18 in 00:24olke

“Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi

“Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi
Cavanşir Novruzov: “Biz diriykən ölü kimiyik”
Son günlər Veteranlar İttifaqı futbol veteranları arasında yoldaşlıq görüşləri keçirməklə ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacarıb. Ötən bazar “Neftçi”nin köhnə bazası daha bir belə qarşılaşmaya qucaq açdı. Söhbət “Qarabağ”ın veteranları ilə veteranlardan ibarət yığma arasında baş tutan görüşdən gedir. “Neftçi”nin, “Sumqayıt”ın veteran komandaları tez-tez belə oyunlar keçirsə də, “Qarabağ”ın sabiq oyunçularının komanda şəklində bir araya gəlib meydana çıxması çoxları üçün gözlənilməz oldu. Uzun illərdən sonra onları bir araya gətirən kim və ya nə oldu? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Qarabağ”ın sabiq forvardı, sözügedən matçın təşkilatçılarından biri olan Cavanşir Novruzovla söhbətləşdik.
- Uzun illərdi “Qarabağ”ın veteranlarının bir araya gəldiyini görmürdük. Nəhayət, uzun müddətdən sonra ötən bazar veteranlardan ibarət yığma ilə görüşdə sizləri yenidən meydanda gördük. Futboldan uzaq düşməyinizin səbəbini bilmək istərdik.
- İndiyədək təşəbbüs irəli sürən yox idi. Ona görə də “Qarabağ”ın veteranları diqqətdən kənarda qalmışdı. Bu nədən irəli gəlir? Sualın bir cavabı var. Hər şey klubdan asılıdı. Yenə sağ olsun Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev ki, bizləri yada saldı. Onun təklifiylə yığma ilə “Qarabağ” veteranları arasında yoldaşlıq görüşü təşkil olundu.Bilirsiz ki, ittifaqın son konfransında Habil Qurbanovla Ramiz Məmmədov Qarabağ zonası üzrə ələqaləndirici seçildilər. Oqtay müəllimdən təklif gələndən sonra mən Ramiz müəllimlə, Habil Qurbanovla əlaqə saxlayıb, belə təklifin olduğunu bildirdim. Onların da dəstəyi ilə vaxtilə çiyin-çiyinə oynadığımız uşaqlarla əlaqə saxlayıb oyuna dəvət etdik. Hamı sevindi, böyük məmnuniyyətlə gələcəyini bildirdi. Və bunun da yekunu kimi yaddaqalan matç baş tutdu. Fürsətdən istifadə edib bir daha bizi yada saldıqlarına görə Veteranlar İttifaqına təşəkkür edirəm. Çox istərdim ki, belə tədbirlər davamlı olsun, Azərbaycanın bütün bölgələrini əhatə etsin. Hər bölgənin də veteran komandası olsun ki, öz aramızda turnir təşkil edək.
- Söhbətimizin əvvəlində “Qarabağ” veteranlarını Ağdam klubunun unutduğunu bildirdiz. Doğrudanmı klub rəhbərliyi sizləri yada salmır?
- Şəxsən mən o komandada böyümüşəm. Bir müddət Mingəçevir “Avtomobilçi”sinin və Qazax “Göyəzən”nin şərəfini qoruduqdan sonra 1988-ci ildə yenidən doğma yuvama dönmüşəm və 2001-ci ilədək klubda olmuşam. Mənim kimilər çoxdu. Ancaq bu gün biz diriykən ölü kimiyik. Niyə? Ona görə ki, “Qarabağ” rəhbərliyi bizi heç vaxt yada salmır, heç bir tədbirlərə dəvət almırıq. Bizim onlardan nə istəyimiz ola bilər? Dünyaya baxıb, dərs götürsünlər. Avropada klublar öz veteranlarını heç vaxt unutmurlar. İstər beynəlxalq, istərsə də xüsusi əhəmiyyət daşıyan çempionat oyunlarında onlara dəvətnamə göndərib, şərəf tribunasında yer ayırırlar. Bizimikilər isə heç vaxt bu addımı atmayıblar. Bir neçə gün əvvəl Bakıda Avropa Liqasının finalı keçirildi. UEFA həmin tədbirə nə qədər veteran futbolçu dəvət etmişdi. “Qarabağ” rəhbərliyi isə bizi unudub, yaddan çıxarıblar. Elə bil bu komanda ancaq indiki rəhbərliyin gəlişindən sonra yaranıb. Bəs ona qədər? Niyə avrokuboklarda “Qarabağ”ın hansısa bir veteranı səfərə aparılmamalıdı? Bu sualımı cavablasalar, yaxşı olar. Mənə doğma olan komandanın hər uğuruna sevinir, adı ilə fəxr edirik. “Qarabağ” bizim üçün hər şeydi. Pulsuzluq, çətin vaxtlarda biz o komandanın dağılmasının qarşısını aldıq, bir qarnı ac, bir qarnı tox futbol oynadıq. Həmin illərdə hərəmiz bir yana üz tutub getsəydik, bu gün hamımızı sevindirən “Qarabağ” həyatda olardı? Olmazdı. Ən azı buna görə biz yaddan çıxmamalıyıq. Həmin vaxt komandanı sevən dostlarımız sinələrini irəli verib bizə yardım etdilər. Məşhur samboçumuz Ceyhun Məmmədov, yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov, Faiq Əzimov, Habil Qurbanov, Aqil Abbas, Yunis İldırımzadə kimi böyüklər qoymadı ki, “Qarabağ” adı tarixdən silinsin.Çox təəssüf ki, bu gün onların da adı çəkilmir.
- Bəlkə günah siz veteranlardadı? Hər halda, “Qarabağ” rəhbərliyi belə mənəvi məsələlərə xüsusi diqqət yetirir.
- Sizinlə açıq danışacam. 2004-cü ildə mən “Qarabağ”ın direktoru Əmrah Çəlikəllə görüşdüm. Söhbət zamanı veteranlar barədə məlumat verdim və onu da əlavə etdim ki, vaxtilə “Qarabağ”ın şərəfini qorumuş veteranlar komandaya ancaq xeyir verə bilərlər. Onları da diqqət mərkəzində saxlamaq lazımdı. “Əlaqə saxlayarıq” dedi. Görün həmin söhbətin üstündən neçə illər keçib. Hələ də əlaqə saxlayırlar (gülür). Onlar bizi nəzərə almırlarsa, mən yenidən ora nəyə görə getməliyəm? Bir dəfə rəhmətlik Adil Nadirov mənimlə görüşdü. Xatırlayırsızsa, bir ara komandanın yaranma tarixi ilə bağlı mediada, sosial şəbəkələrdə müzakirələr getdi. Mənə dedi ki, həmin məsələ ilə bağlı rəhbərliklə görüşüb, aralarında söz-söhbət yaranıb. Mən də onun bu sözlərinə qarşılıq olaraq “ora getmişdiz, niyə bizimlə bağlı bir söz demədiz” sualını verdim. Heç nə demədi. Görünür, ondan asılı bir şey olmayıb deyə, sualımı cavabsız qoydu. Rəhmətliyin “Qarabağ”ın yaranmasında xüsusi əməyi olub. Biz onun başına toplaşmışdıq.Komandamız SSRİ çempionatının ikinci liqasına Adil müəllimin rəhbərliyi altında yüksəldi.
- Əksər köklü klublar öz veteranlarını işlə təmin ediblər. Bəs “Qarabağ” necə?
- Özünüz məndən yaxşı bilirsiz ki, “Qarabağ”da durum necədi. Hamının bildiyi məsələ barədə nə danışım? Bəlkə də bir az gülməli çıxacaq, ancaq deməyə məcburam. “Qəbələ”də ağdamlıların sayı “Qarabağ”dan çoxdu. Bu o demək deyil ki, klubun hazırkı prezidenti Fariz Nəcəfov özü ağdamlı olduğuna görə onları yanına gətirib. Sadəcə, o klubda hansı bölgədən olmasından asılı olmayaraq, işini bilən mütəxəssislərə diqqət göstərilir, onların işinə dəyər verilir. Bir müddət “Qəbələ”nin əsas komandasında Ramiz Məmmədovun köməkçisi olmuşam. Sonradan akademiyada seleksiyaçı-məşqçi kimi çalışmışam. Ancaq məlum məsələlərə görə bir aya yaxın olar ki, ixtisara düşdüm. Buna görə də heç kimdən incimir, heç kimi qınamıram. Doğrudan da “Qəbələ” daim hamıya diqqət yetirib, işlə təmin edib, ehtiyacı olan veteran idmançılara yardım edib. Tale Heydərova da, Fariz müəllimə də təşəkkür edirəm.
- “Qarabağ”ın veteran komandası uzun fasilədən sonra ilk oyununu keçirdi. Yəqin ki, davamı gələcək…
- Yığma ilə görüşdən sonra qərara gəldik ki, həftədə heç olmasa, bir dəfə bir araya gəlib məşq edək. Habil müəllim, Ramiz müəllim bu ideyanı dəstəklədilər. Habil müəllim həmişə bizim yanımızda olub, yenə də yanımızdadı Elə qeyd etdiyiniz oyundan sonra yenə əlini cibinə salıb, uşaqlara stol açmağı lazım bildi. Məmmədov da əlindən gələni edir ki, “Qarabağ” veteranları yenidən bir yerdə olsunlar, digər veteran komandalarla yoldaşlıq oyunları keçirsinlər. Bəlkə də kənardan baxanda həmin qarşılaşmanın mahiyyəti kimlər üçünsə adi görünə bilər. Biz isə fərqli hisslər keçirdik, sanki yenidən futbol oynadığımız illərə qayıtdıq. Özümüzü yenidən 25-30 yaşda hiss etdik…
- Bəlkə növbəti qarşılaşmanı Quzanlıda, ağdamlıların daha çox məskunlaşdığı bölgədə təşkil edəsiz?
- Açığı, belə fikrimiz var. Bu haqda məlumat vermək istəyirdim, ancaq siz məni qabaqladız. Düşünürük ki, növbəti yoldaşlıq görüşlərimizdən birini Quzanlıda keçirək. Ümid edirəm ki, ora qayıtsaq, azarkeşlərimizin qarşısında futbol oynasaq, ardıcıl çempionluqları bayram edən indiki “Qarabağ” komandası da ağdamlılarla görüşə gedər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar