17 in 22:55olke

Aleksey İsayev Avropaya yollanır

Aleksey İsayev Avropaya yollanır
Sərtanla Elgün “Sumqayıt”a üz tutdu
Mayın 19-da keçirilən ölkə kubokunun finalından sonra kölgəyə çəkilən “Sumqayıt”da yavaş-yavaş sular durulmaq üzrədi. Naxçıvanda baş tutan qarşılaşma bitər-bitməz komandadan ayrılmaq ehtimalının böyük olduğunu söyləyən Ayxan Abbasov növbəti mövsüm də “kimyaçılar”ı çalışdıracaq. Hələ ki klub bununla bağlı rəsmi açıqlama verməsə də, etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, Abbasovla rəhbərlik arasında razılıq əldə olunub.
Ayxan bəyin postunda qalıb işlini davam etdirəcəyini sübut edən dəlillərdən biri də kubokun son finalçısının son günlər həyata keçirdiyi transferlərdi. Hər halda, baş məşqçi məsələsi həll olmadan rəhbərlik düşərgəyə yeni oyunçular cəlb etməzdi. Ötən sayımızda ötən “futol ili”ndə “Sumqayıt”ın şərəfini qorumuş bəzi futbolçulara yeni müqavilə təklif olunduğunu, Mehdi Cənnətov, Şəhriyar Əliyev, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Rail Məlikov kimi oyunçuların yeni anlaşmaya qol çəkdiyini yazmışdıq. Adını çəkdiklərimizdən başqa Amil Yunanovun da köhnə-yeni klubuna qayıtdığını bilirsiz. Bugünlərdə isə “kimyaçılar” heyətinə daha iki futbolçunu cəlb edib. Söhbət “Keşlə” ilə müqavilə müddəti bitən Sərtan Taşkınla Elgün Nəbiyevdən gedir.
Sərtanla 2 illik müqavilə imzalanıb. 22 yaşlı müdafiəçi yeni klubunda “22” nömrəli formanı geyəcək. Xatırladaq ki, “ağ-göylər”in yeni transferi karyerası ərzində yalnız “Keşlə”nin şərəfini qoruyub və premyer-liqada meydana çıxdığı 55 oyunda rəqiblərin torunu 4 dəfə silkələyib.O, həmçinin U-19 (3 oyun) və U-21-in də (11 oyun) uğurları üçün çalışıb. Elgün isə “Sabah”dan icarəyə götürülüb. O qarşıdakı ilyarımı “gənclik şəhəri” təmsilçisinin düşərgəsində keçirəcək.
Yeri gəlmişkən, Sərtanla Elgün “Sumqayıt”ın son transferi olacaq. Ola bilər ki, bundan sonra “ağ-göylər” heyətə maksimum bir oyunçu cəlb etsin. Hazırda sərəncamında 21 oyunçu olan Ayxan bəy əvəzedicilərdən ibarət komandanın 4 üzvünü – Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Baxşəli Baxşəliyev və Cavidan Abbaszadəni də əsas komandaya dəvət edib. “Sumqayıt” yeni oyunçuları heyətə cəlb etməklə yanaşı, qarşıdakı günlərdə aparıcı oyunçularından biri ilə vidalaşa bilər. Klubla müqavilə müddəti davam edən Aleksey İsayevə Avropadan təklif gəlib. Bizə çatan məlumata inasaq, yarımmüdafiəçinin xidmətində Pireney yarımadasının klublarından biri maraqlıdı. Hazırda Rusiyada olan Alekseyin yaxın günlərdə maraq dairəsinə düşdüyü klubun düşərgəsinə yollanacağı gözlənilir. Yığmanın da şərəfini qoruyan futbolçu ümidləri doğruldacağı halda klub rəhbərliyi qarşı tərəflə danışıqlar masası arxasına keçəcək.
Bu arada “Sumqayıt”ın mövsümlərarası fasilə müddətində hazırlıq planına aydınlıq gəlib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 25-də Sumqayıtda bir araya gələcək. İyulun 18-dən avqustun 2-dək isə komanda Türkiyədə təlim-məşq toplanışı keçəcək. “Kimyaçılar”ın qardaş ölkənin hansı bölgəsinə yollanacağı hələ dəqiqləşmədiyindən sınaqçı-rəqiblərin adlarına da aydınlıq gəlməyib. Kluba yaxın mənbədən əldə etdiyimiz bilgiyə görə, bu məsələ ilə bağlı danışıqlar davam edir.
Sonda “Sumqayıt-2” ilə bağlı xəbəri sizlərlə bölüşmək istərdik. Elbrus Məmmədovun U-21-də çalışması səbəbindən klub rəhbərliyi yeni mövsüm üçün əvəzedicilərdən ibarət komandaya yeni baş məşqçi axtarışına çıxıb. Bir ara “Səbail”dən ayrılan Elman Sultanovun “ikincilər”in “sükanı arxasına” keçəcəyi deyilsə də, sonda bu izdivac baş tutmayıb. Sultanov “Neftçi”nin U-17 komandasının baş məşqçisi təyin olunub. Söylənilənlərə inansaq, rəhbərlik son anda onunla işbirliyində maraqlı olmayıb. Ötən gün “Sumqayıt-2”nin yeni çalışdırcısının adına aydınlıq gələcəyi gözlənilirdi. Lakin rəsmilər tələsməyi lazım bilməyiblər və növbəti həftəni gözləməyi, bir daha namizədləri çək-çevir edib doğru seçim etməyi qərara alıblar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar