17 in 21:36olke

“Energetik” can üstədi...

“Energetik” can üstədi...
Klubu bir il saxlamaq üçün 200 min manat lazımdı
Ölkə futboluna rəhbərlik edənlər elitada klub sayını artırmağın planlarını cızarkən aşağı dəstələrdə olan-qalanlar da tarixə qovuşur. Belə ki, Region Liqasında yarışan “Energetik”ə 2003-cü ildən sponsorluq edən “Azenko” şirkəti iyunun 12-də klubla anlaşmaya son verib.
Klub prezidenti Ruslan Həmidov “Yeni Sabah”a açıqlamasında “Azenko”nun bundan əvvəl də az maaş verdiyini və əhalinin yığdığı pulla komandanın problemlərinin həll olunduğunu bildirib: “Onsuz da biz bir ildi pomidorla, kolbasa ilə oyunlara gedib-gəlirik. “Azenko” bir ildi ezamiyyət xərclərini vermir. Yol puludu, yemək puludu - Mingəçevir əhalisi kömək edir. Bir-iki manatdan yığıb 30-40 manat mənə pul verirlər ki, uşaqlara yolda yemək alım. Mən bu cür əziyyət çəkirəm. Ezamiyyəti heç keçən il vermədilər, bu il də əməkhaqqımızı dayandırdılar. Bütün jurnalistlər 190 manat yazır, amma biz 180 manatı cəmi bir ay gördük. 2003-cü ildən bu günə kimi 150 manat maaş alırdıq, zülm çəkirdik. Minumum əməkhaqqı artandan sonra 1 ay 180 manat aldıq, onda da zəng elədilər ki, gəlin, ərizələriniz yazın, “Azenko” artıq sizdən imtina edir, baxa bilməyəcək, özünün vəziyyəti pisdi”.
Həmidov futbolçuların bu maaşla dolana bilmədiklərini də vurğulayıb, eyni zamanda bir neçəsinin bundan sonra təklif gəldiyinə görə gedə biləcəyini qeyd edib: “Mingəçevir futbolunun keçmişi var. Həmişə futbol məktəbi olub, milli komandaya futbolçular verib. Bu vəziyyətdə Mingəçevir futbolunu saxlamışıq. Vallah, Mingəçevirin adına görə futbol oynayırıq. Komandada 27, 28 yaşlı uşaqlar var, ailə qurmalıdılar, 150 manata görə qura bilmirlər. 6-7 nəfər futbolçum var, onlara başqa klublardan təklif gəlib. 3 futbolçum var, 17 yaşlılardan milli komandada oynayır. Təsəvvür edin ki, 3-cü liqada ola-ola, milli komandaya futbolçu veririk”.
Klub prezidenti bir neçə yerə müraciət etdiklərini və sponsor axtarışında olduqlarını söyləyib. O bildirib ki, klubu ayaqda saxlamaq üçün o qədər də böyük məbləğə ehtiyac yoxdu: “İndi özümüzə sponsor axtarırıq. Energetika nazirinə müraciət etmişəm, “Azərişıq” Səhmdar Cəmiyyətinə müraciət etmişəm. AFFA-ya məktub yazmışam. Burda yaxşı müəssisələr var ki, vergidən azad olsalar, kluba baxmaq istəyirlər. Bir klubu bir il ərzində maaş, mükafat, ezamiyyət xərcləri ilə təmin etmək üçün 200 min manat pul lazımdı. Tibbi yardımın sığortası 120 manatdı, mən onu gətirə bilməyəcəyəm. Əvvəllər şəhər əhalisi kömək edirdi. Tibbi yardım da olmasa, oyun təxirə salınır, başlamır. Ölkədən kənarda yaşayan şəhər uşaqları vardı, hesab açdılar, tibbi yardımın, gediş-gəlişin pulu yığıldı. Amma bu yolla futbol klubu saxlamaq olmaz. Camaatın özünün də vəziyyəti pisdi. Mingəçevir klubuna böyük maliyyə, milyonlar lazım deyil. Mən indi “Azərenerji”nin rəhbəri Balababa Rzayevin qəbuluna yazılacam. Xahiş edəcəm ki, nə olar, biz daha sürünürük. 90-96-cı illərdən ölkəyə işıq verdik, 2003-04-cü illərdə ordan maliyyələşmişik. Mingəçevirdə futbolun olmasını istəyirlərsə, “Azərenerji”dən 26 ştat verilməlidi. Bu aya o qədər də böyük pul etmir. İldə 250 min manat edir. Belə olsa, Mingəçevir klubu elə həmin il də çempion olar. Çünki burda ağsaqqal futbolçular da var, kənarda qalıblar. Bu gün pul yoxdu deyə, onları çağıra bilmirik. “Azərenerji”nin avtobusu da var, mən niyə gedib kiməsə 250 manat pul verim, komandanı aparım? Özümün 33 yaşım var, bilmirəm, məşq edim, ya şəhərə düşüb pul yığım. İki daş arasında qalmışam. 1 il əvvəl əməkhaqları dayanmışdı, komandanı öz üzərimə götürdüm. Dedim, komandanı oynadacam, yemək pulunu verəcəm. İl ərzində ezamiyyətlərə 78 min manat xərcləmişik. Mən şikayət etmirəm, müraciət edirəm. Heç kimlə də pis deyiləm. Bütün nazirlik və orqanlardan xahiş edirəm ki, Mingəçevir futbolunu yaşadaq”.
Klubun acınacaqlı durumu ilə bağlı başqa təfərrüatlar da var. Belə ki, futbolçular məşqlərdən sonra yaşayışlarını təmin etmək üçün başqa işlərlə məşğul olmağa məcburdu.
Elvin Əlizadə və Allahverdi Allahverdiyev “Pleysteyşn” klubunda günə 5 manata, Zamir Cəlilov “Azərkabel”də gecə növbəsində usta, Vüsal İsmayılov FHN-nin yanğınsöndürmə idarəsində, Elgiz Ələsgərli isə məktəbdə müəllim işləyir.
Xatırladaq ki, klubun maliyyə problemləri “Azenko”da Etibar Pirverdiyevin işdən çıxmasından sonra yaranıb. Bundan sonra 2003-dən kluba sponsorluq edən şirkət komandanın yemək və yol pulunu kəsib. Yaxın günlərdə yeni sponsor tapılmasa, “Energetik”in dağılmaq təhlükəsi realdı. Bu isə şanlı ənənələrə malik daha bir şəhərin futbol xəritəsindən silinməsi deməkdi.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar