05 apr 22:23olke

“Neftçi” üçün son dayanacaq

“Neftçi” üçün son dayanacaq
Sabah ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Beləliklə, titul uğrunda həlledici qarşılaşmanın iştirakçılarının adlarına aydınlıq gələcək. Ötən həftə baş tutan ilk dueldən fərqli, iki cütdən biri əyalətdə, digəri paytaxtda münasibəıtləri aydınlaşdıracaq. Bəribaşdan qeyd edək ki, "Qarabağ" - "Neftçi” oyunu ağdamlıların bu mövsüm daha çox yararlandığı “Azərsun Arena”da yox, sərəncamında olan mərkəzi stadionda - "Tofiq Bəhramov"da olacaq. Yeri gəlmişkən, sabahkı oyunlar canlı yayınlanacaq. “CBC Sport” həm Qəbələdəki, həm də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı ekranlara daşıyacaq.
Cavab görüşləri ərəfəsində durumun bir qədər dəyişdiyini, favoritlərin 60-70 faiz müəyyənləşdiyini qeyd etmək lazım gəlir. Tarixində ikinci dəfə finala çıxmağa çox yaxın olan “Qəbələ” iki gün əvvəl çempionluq mübarizəsində şansını çətinə salıb. “Zirə” ilə görüşdə xal itirən Roman Qriqorçukun komandası mövsümü titulla başa vurmaqla “yaralarını sarıya”, rəhbərlik qarşısında bəraət qazana bilər. İlk oyunda səfərdə əldə olunan 3:1 hesablı qələbə çox böyük üstünlükdü ki, “qırmızı-qaralar” meydana təzyiq hiss etmədən çıxacaq. “İnter” isə imicini xilas etmək haqda düşünə bilər.
İlk qarşılaşmada iki futbolçu cəzalı duruma düşüb. Sarı vərəqə alan Tərlan Quliyev və Rafael Santos sabah meydanda olmayacaq. Tərlan “Kəpəz”lə 1/4 finalın ilk matçında da cəzalanmışdı.Braziliyalı müdafiəçi isə ilk “sarı”sını “Zaqatala” ilə 1/8 final oyununda almışdı. Onun komandası böyük ehtimalla mərhələ keçəcəyindən, Rafael finalı gözləyə bilər.
“Neftçi” isə sabah ölüm-dirim savaşı aparmalıdı. “Sumqayıt”a məğlubiyyət ölkənin ən köklü klubunun premyer-liqanı mükafatsız tərk edəcəyini rəsmiləşdirdi. 80 illik yubileyi titulla başa vurmaq arzusunun üstündən isə birdəfəlik xətt çəkilməyib. Elxan Abdullayevin komandası bunun üçün 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmalıdı. Prinsipcə 24-cü turdan sonra “Qarabağ”ın çempionluq şansı xeyli artıb. Üstəlik, bazar günü “Qəbələ” ilə “çempionluq oyunu” var. Yəni Qurban Qurbanov əsas qüvvəni bazar günü baş tutacaq derbiyə saxlaya bilər. Ancaq bu, kubok oyununda “Neftçi”yə güzəştə gediləcəyini deməyə əsas vermir. Ötən mövsüm də “ağ-qaralar”a kubok lazım idi, ancaq Qurbanov “qızıl dubl” arzusundan imtina etmədi.

Ölkə kuboku
yarımfinal, cavab oyunları
5 aprel
Qəbələ – İnter
Cəzalılar: Rafael Santos (Qəbələ). Tərlan Quliyev (İnter).
Qəbələ. Şəhər stadionu. Saat 16.30
(ilk oyun – 3:1)
Qarabağ – Neftçi
Cəzalı: yoxdu.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30
(ilk oyun – 2:0)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 Həftənin idman proqramı Bu gün, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də Bu gün, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq Bu gün, 14:12 Yığma şotlandlardan "2 aldı" Bu gün, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış Bütün xəbərlər
Ən çox oxunanlar