12 in 23:02olke

“Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı

“Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı
Mövsüm başa çatan kimi heyətində "təmizlik” işləri aparan və 13 futbolçu ilə vidalaşan "Keşlə" transfer çalışmalarını sürətləndirib. Paytaxt təmsilçisi daha bir yerli oyunçu ilə anlaşıb. Bir müddət əvvəl "Sumqayıt"ın qapıçısı Rəşad Əzizlini sıralarına qatan paytaxt təmsilçisinin növbəti transferi Ruslan Qurbanov olub. Mövsüm başa çatar-çatmaz "Səbail"lə yollarını ayıran, vaxtilə "Neftçi", "Sumqayıt" və "Qəbələ"də də çıxış edən millimizin hücumçusu "Keşlə" ilə müqavilənin bütün detallarını razılaşdırıb. Beləliklə, tərəflər “1+1 il” şərti ilə müqavilə bağlayıb. Bu o deməkdi ki, 28 yaşlı oyunçu növbəti mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, avtomatik sözləşməsi daha bir il müddətinə uzadılacaq.
Əvəzində Əfran İsmayılov variantı baş tutmayıb. Düzdü, "Keşlə" hələ əvvəldən "Sumqayıt"dan ayrılan Əfranın transferi yönündə yayılan xəbərləri təkzib edir, yarımmüdafiəçi ilə danışıq aparmadığını deyirdi. Halbuki futbolçu özü bir müddət əvvəl mətbuata açıqlamasında bunun əksini iddia etmişdi: "Sumqayıt"la yolları ayırdım. Dedilər ki, büdcə aşağı düşür, komandanın heyəti gəncləşdirilir. Buna görə danışığımız olmadı, çıxıb getdim. Baş məşqçi Ayxan Abbasovun postunda qalması qərarıma çox təsir edə bilərdi. Ancaq çox gəncləşdirmə aparıldığından, qalası olmadım. Hazırda Ramazan bayramını qeyd edirəm. Sonra bir neçə günlük rayona gedəcəm. Bakıya qayıdandan sonra karyeramla bağlı məsələyə tam aydınlıq gətirəcəm. "Sumqayıt"da qalmamağım artıq dəqiqləşdiyindən avtomatik özümə klub tapmalıyam. "Keşlə" variantı vardı, sadəcə, bir-iki anlaşlmazlıq olduğundan bu məsələ açıq qalıb. Ancaq hələ tam qapanmayıb. Bir-iki məsələ var ki, bu, çözülməlidi. Əsas variant "Keşlə"di, ancaq hazırda dəqiq söhbət yoxdu. Baxaq, görək qarşıdakı günlərdə nələr olacaq".
Qeyd etdiyimiz kimi, Əfranın “Keşlə”yə keçidi baş tutmayıb. Yarımmüdafiəçi maliyyə şərtlərində paytaxt təmsilçisi ilə razılığa gələ bilməyib. Sabiq “bankirlər” azad agent statusu daşıyan futbolçuya 10 min manatdan yuxarı əməkhaqqı ödəməyəcəyini bildirib. Əfranın “Sumqayıt”da maaşının 13 min manat olduğunu xatırladaq.
Əslində Ruslanın Əfrana alternativ olduğunu demək olar. Çünki Qurbanov da yarımmüdafiənin sağ cinahında çıxış edə bilər. Onun Əfrandan üstünlüyü universallığı, yəni hücumun sivri ucunda da oynaya bilməsidi.
Bu arada “Keşlə” daha bir üzvünü itirə bilər. Belə ki, Cabir Əmirli “Neftçi” yolundadı. Sağ cinah müdafiəçisi artıq “Keşlə” rəhbərliyinə getmək istədiyini çatdırıb. “Neftçi”nin bu transferi tezliklə rəsmən açıqlayacağı gözlənilir. Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm “Keşlə”nin heyətində 18 oyun keçirib və 1 qol vurub.
“Keşlə” mövsümün hazırlığına iyunun sonuncu ongünlüyündə başlamaq niyyətindədi. Təlim-məşq toplanışının ilkin mərhələsi Bakıda keçiriləcək. Komandanın iyulun ortalarında Antalyaya yollanmaq planları var. Belə baxanda komandanın Bakıda qalıb öz bazasında hazırlaşmaq imkanı yoxdu. Çünki yayda “ASK Arena”da təmir işləri aparılacaq. Daha doğrusu, stadionun örtüyü dəyişdiriləcək. Məlum olduğu kimi, AFFA süni örtüyü yenisi ilə əvəzləmək üçün tender elan edib. Tender iyunun 21-də başa çatacaq. Ancaq təmir işlərinin nə vaxt başlayacağı bilinmir. Kobud hesablama aparsaq, prosesə gələn ayın əvvəlində start verilə bilər. Örtüyü dəyişmək isə hardasa 1 ay çəkəcək. Düzdü, “Zirə” və “Sumqayıt”ın stadionları üçün bu çox vaxt aparmış, nəticədə adı çəkilən komandalar ötən mövsümün ilk yarısında ev oyunlarını başqa arenalarda keçirməli olmuşdu. Ancaq “Keşlə”nin belə qayğısı olmayacaq, süni örtük yenisi ilə əvəzlənəcək. Bu isə uzun çəkmir. Xatırladaq ki, 2014-cü ildə o vaxt “İnter Arena” adlanan stadionda “xalça”nın dəyişdirilməsi 20-25 gün ərzində həyata keçirilmişdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar