12 in 19:58olke

Ceyhun Sultanov 40-ı tamamlayır

Ceyhun Sultanov 40-ı tamamlayır
“Funksioner kimi bakalavr təhsilimi “Sumqayıt”da aldım, magistraturanı isə “Neftçi”də oxuyuram”
Sabah “Neftçi”nin idman direktoru Ceyhun Sultanov 40 yaşını qeyd edəcək. Doğum günü ərəfəsində onunla görüşüb, uşaqlığından, məktəb illərindən, futbola gəlişindən söhbətləşdik. Ona sual vermədik, sadəcə, 40 illik həyatı özünün vərəqləməsini istədik.
Uşaqlığım
Kiçik yaşlarından məndə futbola sevgi yaranıb. Belə deyək, özümü dərk edəndən topla yatıb, topla durmuşam. İmkan düşən kimi məhəllədə ancaq futbol oynayırdıq. Ən çox oynadığımız yer isə indiki Vergilər Nazirliyinin qarşısındakı park və Elmlər Akademiyasının ərazisindəki asfalt meydança idi. Yayın istisində, qışın soyuğunda bizi ancaq orda tapmaq mümkün idi. O vaxt kompüter və yaxud başqa əyləncə də yox idi. Dəcəl olmasam da, sakit də deyildim. Köhnə məhəlləmizə tez-tez baş çəkirəm. Bir yerdə böyüdüyümüz uşaqların hərəsi indi bir tərəfə köç edib. Köhnə qonşularımızın sayı gündən-günə azalır. O məhəllə daim mənim üçün doğma olub. İndi məhəlləmizin görkəmi dəyişib, hazırda daha yaxşıdı. Ancaq həmişə 20-30 il əvvəli, uşaqlığım keçən dönəmi yada salıram.
Məktəb illəri
Bakının ən tanınmış təhsil ocaqlarından biri hesab olunan 20 saylı məktəbi bitirmişəm. Sözün açığı, məktəb illəri o qədər də maraqlı olmayıb. Futbola həvəsim böyük olduğundan təhsilə o qədər də diqqət ayırmamışam. Ancaq bu gün düşünürəm ki, səhvə yol vermişəm. Düzdü, peşəkar idmanla təhsil çox vaxt üst-üstə düşmür. Hansınısa qurban verməlisən. Lakin oxumaq həmişə vacibdi. İndi idmanla məşğul olan gənclərə demək istəyirəm ki, təhsilə barmaqarası yanaşmasınlar. Özüm vaxtilə bu səhvə yol vermişəm və istəmirəm ki, indikilər də bu yolu tutsunlar. Tez-tez olmasa da, sinif yoldaşlarımla görüşüb o illəri yada salmağı xoşlayırıq.
Futbola gəlişim
Uşaq futbolunda debütüm də elə 20 saylı məktəbin həyətində olub. Məktəbin stadionunda bir məşqçi uşaqlara futbolun sirlərini öyrədirdi. Yaşım az olduğundan kənarda dayanıb həmişə onların məşqlərini izləyirdim. Bir gün uşaqlardan kimsə məşqə gəlməmişdi. Məşqçi məni çağırıb futbol oynamaq istəyib-istəmədiyimi soruşdu. 10 yaşım var idi, düşünmədən “hə” cavabı verdim. Həmin gündən futbol həyatım başladı. Məni meydançaya dəvət edən isə Vaqif Paşayev idi. Heç vaxt məşq buraxmağı xoşlamamışam. Qeyr-adi nəsə olmalıydı ki, mən meydana çıxmayım. Qardaşım da futbol oynadığından nə mənə, nə ona “qiymətləriniz zəifləyib, buna görə məşqə getməyəcəksiz” deyilməyib. Valdeynlərim hər ikimizə ayrıca müəllim tutmuşdu. Bizə evdə əlavə dərslər keçirdilər. Həmin kurslarda da fikrimiz topun yanında olurdu. Müəllimlər hər dəfə evdəkilərə “yalandan özünüzü əziyyətə salımayın, bunlar oxumayacaqlar” deyirdilər (gülür).
Sınıq ayağa 50 dollar maaş
16 yaşa qədər Vaqif Paşayevin rəhbərliyi altında məşq etmişəm. Futbolçu kimi yetişməyimdə adını çəkdiyim mütəxəssisin danılmaz əməyi var ki, buna görə də həmişə ona böyük hörmətlə yanaşıram, hər yerdə fəxrlə Paşayevin müəllimim olduğunu bildirmişəm. Vaqif müəllim futbolçunun potensialını üzə çıxarmağı bacarır. İlk dəfə məhz o yarımmüdafiədə oynamağımı istədi. Hamı kimi istəyirdim ki, hücumçu olum, qollar vurum. Ancaq məşqçim oyunu oxumaq qabiliyyətimin olduğunu görüb meydanın mərkəzinə çəkdi. Səhv etmirəmsə, ilk peşəkar müqaviləmi 1995-ci ildə imzalamışam. Onda “Fərid” adlı komanda var idi. Baş məşqçisi də rəhmətlik Ruslan Abdullayev idi. Bir gün bizim komanda ilə Ruslan müəllimin rəhbərlik etdiyi kollektiv arasında yoldaşlıq görüşü keçirildi. Həmin qarşılaşmada ayağım sındı. Matç başa çatandan sonra Abdullayev ayağım düzələndən sonra yanına gəlməyimi istədi. Təxminən bir aydan sonra onun yanına getdim və mənə “Fərid”də oynamağı təklif etdi. Üstəlik, 50 dollar maaş alacağımı bildirdi. Xasiyyəti tünd idi, heç kim onun sözünün qabağında söz deyə bilməzdi. Nə cavan, nə də yaşlı oyunçu. Adama qəribə baxmağı var idi. Qarşısındakını elə süzürdü ki, adam özünü itirirdi. Səsimi də çıxarmadım və təklif etdiyi məbləğə razılaşdım. Həmin illərdə futbolda orta əməkhaqqı 200-250 dollar idi. “Sən futbol oyna, lazım olsa, maaşını mən artıracam” deyib, mənimlə söhbəti bitirdi. Bir dəfə U-21-lə “Şəmkir” arasında yoxlama görüşü keçirildi. 5:1 hesabı ilə qalib gəldiyimiz matçda, səhv etmirəmsə, 3 qol vurub, 2 məhsuldar ötürmə etmişdim. Oyundan sonra düşünürdüm ki, baş məşqçimiz məni tərifləyəcək. Ancaq nə oldu? Ruslan müəllim mənə yaxınlaşıb “elə bilmə ki, sən bu gün yaxşı oynadın. Get bir az da üzərində işlə” deyib, çıxıb getdi. Sözün açığı, çox pərt olmuşdum. İlk maaşı hara xərclədim? Vallah, yadımda deyil. Ancaq onu dəqiq deyə bilərəm ki, nə evdəkilərə verdim, nə də evə nəsə aldım. Çox sevincək idim, elə özümə xərclədim (gülür). Dostlarımla əyləndik. İlk müəllimim Paşayev olubsa, böyük futbola gəlişimin səbəbkarı Ruslan Abdullayevdi.
Yığmaya dəvət
Dəqiq tarixi xatırlamasam da, deyəsən, 2002-ci il idi. Həmin vaxt İranda çıxış edirdim. Mənimlə birgə Füzuli Məmmədova da dəvət göndərilmişdi və İrandan bir yerdə gəldik. Baş məşqçi Karlos Alberto Torres idi. Millidə ilk qolumu isə Gəncədə keçirilən yoxlama görüşündə Estoniyaya vurmuşam. Yığma ilə çox ölkədə olmuşam. Ancaq bu gün xüsusi xatırlayacağım bir səfər yoxdu. Çoxları elə düşünür ki, getdiyimiz ölkəni başdan-ayağa gəzib gəlirik. Ancaq bu heç də belə deyil. Hava limanı – otel - məşq - oyun və geriyə dönüş. Futbol həyatı belədi. Bəzən getdiyimiz şəhəri gəzmək imkanı olurdu. Onda da bir-iki yerə dəyib otelə qayıdırdım. Şahin Diniyev millinin “sükanı arxasında” olanda mən qısa vaxtda iki əzizimi itirdim. Əvvəlcə atam, ardınca isə qardaşım dünyadan köçdü. Heç kim inanmırdı ki, həmin vaxt Ceyhun Sultanov millinin düşərgəsinə qayıdıb, komanda ilə birgə oyuna çıxar. Doğrudan da mənə çox çətin idi. Ancaq həmin günlərdə özümə qapansaydım, kənara çəkilib türklər demiş, dərdimlə baş-başa qalsaydım, futbola dönə bilməyəcəkdim. Evdəkilər də həmin an mənə çox dəstək oldular. Özümü psixoloji cəhətdən sınmağa qoymadım və yığmanın düşərgəsinə döndüm. Məncə, bu məsələdə insanın iradəsi çox önəmlidi. Hər kəs özü-özünün psixoloqu olmalıdı. Meydan mənim üçün müqəddəs yerdi. Aktyor səhnəni sevdiyi kimi, mən də yaşıl meydanı sevirəm. Ağır itkilərlə üzləşməyimə baxmayaraq, meydana çıxanda ancaq futbol haqda düşünürdüm. Bu həmişə belə olub.
Klub funksioneri olmaq...
Çox çətindi. Bir də hansı klubda işləməyin çox böyük önəmi var. Heç şübhəsiz, “Sumqayıt”da işləməklə “Neftçi”də çalışmaq eyni deyil. Birinci klubda əsasən yerlilər çıxış etdiyindən onlarla danışmaq, dil tapmaq daha asandı. Yerlilər Sultanovu tanıyırlar və hörmət edirlər. Ancaq böyük klubda durum fərqlidi. “Neftçi”ni böyük klub adlandırmaqla sumqayıtlıların qəlbinə dəymək istəmirəm. O şəhərə, kluba və sumqayıtlı azarkeşlərə həmişə hörmətlə yanaşmışam. Ancaq heç kimə sirr deyil ki, “Neftçi” tarixinə və ənənələrinə görə ölkədə bir nömrədi. Ondan hamı nəticə gözləyir. Hamı istəyir ki, “Neftçi” daim iddialı olsun. Bunun üçün isə gecə-gündüz işləmək lazımdı. Futbolçu olmaq çox asandı. Gəlib saatyarım, 2 saat məşqini edib gedirsən. Ancaq funksioner günün az qala 16 saatı iş başında olur. Belə deyim, funksioner kimi bakalavr təhsilimi “Sumqayıt”da aldım, magistraturanı isə “Neftçi”də oxuyuram. Burdan sonrası artıq aspiranturadı. Ona görə də “Neftçi”də işləmək çox çətindi. Bu klubda həmişə təzyiq altında olursan. Ardıcıl qələbələrin ardından komanda bir oyunda uduzan kimi aləm bir-birinə dəyir. Tənqidin sayı-hesabı olmur. Əslində mən tənqidə açıq adamam və çalışıram ki, ondan nəticə çıxarım. Həyatda bəlkə də səbirli insanam. Ancaq iş barədə o sözü demək olmaz.
Təmizlik vurğunu
Kiçik yaşlarımdan özümə fikir verən olmuşam. Həmişə çalışmışam ki, səliqəli geyinim, paltarlarım ütülü və təmiz olsun. Bu daxildən gələn bir şeydi. Zorla təmizlik olmur ki... İnsan özü-özünə diqqət yetirməlidi. Xasiyyətim belə olub, belə də davam edir. Təmizliyə, səliqə-səhmana xüsusi diqqət verirəm. Zövqlə geyinməyi xoşlayıram. Məncə, hər bir insan belə olmalıdı. Fərqi yoxdu, o kişidi və ya xanım. Dinimizdə də paklığa, abadlığa xüsusi önəm verilir.
Ən böyük qazancım...
10 yaşımdan futbola gəldiyimdən, artıq 30 ildi bu sahədəyəm. Çoxları düşünə bilər ki, Ceyhunun ailəsində hamı futbolla nəfəs alır. Ancaq heç də belə deyil. Ailə üzvlərimdən heç kim futbolla maraqlanmır. Ancaq onu bilirlər ki, bu gün “Neftçi”də işləyirəm. Hərdən balaca qızım televizorda futbol görəndə “Neftçi” deyir. Mən ailəmi heç vaxt futbola yaxın buraxmamışam. Allah bütün balaları saxlasın, 3 qızım var. Həyat yoldaşımı da nəzərə alsam, evdə 4 xanım var və onların da nazını çəkmək o qədər də asan iş deyil. Bizdə hər ailədə oğlan övladının olmasını arzulayırlar, nədənsə qıza bir qədər çəp baxırlar. Ancaq mən bu gün sevinirəm ki, 3 qızım var. Özüm oğlan olmuşam, nə etmişəm?! Rəhmətlik atam nəsə iş tapşıranda, yalandan nəsə deyib, aradan çıxmışam (gülür). Deyirlər ata-anaya daha çox qızlar can yandırır. Ona görə də əsas odu, hamının balası sağlam böyüsün, əmin-amanlıq şəraitində yaşasın. 40 ildə futbol mənə çox şey verib. Həyatda ən böyük qazancım isə ailəm və əzizlərimdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar