09 in 15:47olke

Yeni rəis təyinatından danışdı

Yeni rəis təyinatından danışdı
Elgiz Abbasov: “İlk dəfə geniş kütləyə açıqlayıram ki, yeni sistem üzərində çalışırıq”
Həftənin diqqətçəkən xəbərlərindən biri Peşəkar Futbol Liqasındakı (PFL) struktur dəyişikliyi ilə bağlı oldu. 2014-cü ildən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan, PFL-in rəsmi saytının baş redaktoru olan Elgiz Abbasov artıq Texniki İdman Şöbəsinin rəisi təyin olunub. Həmkarımızla əlaqə saxlayıb təyinatı ilə bağlı fikirlərini öyrəndik: “İlk növbədə təbriklərə görə çox sağ olun. Adətən, Azərbaycan kubokunun finalından sonra müəyyən qədər istirahət imkanımız olurdu. Amma bu dəfə final matçını təşkil edib, daha sonra “Heydər Əliyev Kuboku”nu keçirib Naxçıvandan paytaxtda qayıtdıqdan sonra mənə PFL-də Yarışların Təşkili Şöbəsinin rəisi olmaq təklif olundu. Təklif PFL prezidenti Ramin Musayevdən gəldi. Fürsətdən istifadə edib ona təşəkkür edirəm. Çalışacağam ki, etimadı doğruldum. Daha sonra yaxın dostum, böyük qardaş kimi qəbul etdiyim Aslan Şahgəldiyev, bu sahədə böyük təcrübəsi olan Məlik Həsənovla danışdım və müqaviləyə imza atdım. Sözsüz ki, özüm üçün özəl saydığım başqa adamlarla da bu mövzunu müzakirə etdim. Rəsmi açıqlamadan sonra gələn xoş sözlər, təbriklər və mənə olan etimad çox xoşdu. İşləməyə həvəsimi daha da artırır. Sizə də yer verdiyiniz üçün təşəkkür edirəm”.
Abbasov yeni postunda görəcəyi işlərə də aydınlıq gətirdi: “İşim əhatəlidi. Bunu ümumi qeyd etməli olsam, yarışların təşkilinə və keçirilməsinə nəzarət edəcəyəm. Üzərimə düşən məsuliyyəti dərk edirəm. Klublarda çalışan və bu işlə məşğul olan şəxsləri yaxından tanıyıram və düşünürəm ki, bunun mənim üçün müəyyən üstünlüyü var. Eyni zamanda, yayınçı şirkət olan “CBC Sport”, Hakimlər Komitəsi, bununla yanaşı, Beynəlxalq şöbələr, Klublar Komitəsi ilə yaxından əməkdaşlıq edəcəyik. Məqsəd sözsüz ki yarışların qüsursuz təşkil olunması və əlaqələrin gücləndirilməsidi. Bundan əlavə, üzv olduğumuz Avropa Peşəkar Futbol Liqaları Birliyi ilə də müəyyən işbirliklərimiz olacaq”.
Həmkarımız “hansısa yeniliklər olacaqmı” sualına ehtiyatlı cavab verdi: “Mən hər zaman yeniliyin tərəfdarı olmuşam. Amma nəzərə almaq lazımdı ki, hər yenilik də uğurlu olmur. Ona görə də yüz ölçüb bir biçəcəyik. Sizin vasitənizlə ilk dəfə geniş kütləyə açıqlayıram ki, yeni sistem üzərində çalışırıq. Bu sistem futbolçu qeydiyyatına, protokola, eləcə də elektron arxivləşməyə aid olan və böyük bir dəyişikliyi özündə birləşdirən vasitədi. Hazırda tam gücümüzlə bunu ərsəyə gətirməyə çalışırıq. Hazır olduqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat verəcəyik. Onu deyə bilərəm ki, yeni mövsümün Əsasnaməsində yeniləmə və beynəlxalq yarışlarla uzlaşma bəndlərinə rast gələcəksiz”.
Təbii ki, sayt əməkdaşı, həmçinin media ilə əlaqəli olan biri üçün çempionatın keçirilməsində təşkilatçılıq işlərinə cavabdehlik heç də asan olmayacaq. Ancaq həmkarımız bu işin öhdəsindən gələcəyinə əmindi. O, dəstəyə də arxalanır: “Çətin olmayacaq? Məncə, heç bir asan yolun sonunda xoşbəxtlik yoxdu. Çətin yollar eyni zamanda təcrübədi. Dediyim kimi, hər məsuliyyət mənim üçün əsas meyar olub, bunu daim iliklərimə kimi hiss etmişəm və bu gün də belədi. Eyni zamanda, təcrübəlilərdən öyrənirəm. Siz də bilirsiz ki, artıq 12 ilə yaxındı bu sahədəyəm. Belə demək mümkünsə, yollar fərqli olsa da, tanışdı. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Əlbəttə, sizin, futbol ictimaiyyətinin dəstəyinizlə. Mütərəqqi fikirləri, yararlı ideya və təklifləri daim nəzərə alacağıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar