07 in 21:53olke

Transfer dönəminin ortaya çıxardığı suallar

Transfer dönəminin ortaya çıxardığı suallar
Qiymətlər niyə aşağı düşüb?
Daxili bazarda çaxnaşmadı. Aləm bir-birinə dəyib. Alan kim, satan kim, göndərən kim, gətirən kim. İşin maraqlı tərəfi gündəmdə əsasən yerli futbolçuların olmasıdı. Çünki legionerləri dilə gətirmək asan deyil. Mövsümü yaxşı keçirən əcnəbi bir neçə agentlə əlaqəyə girib ona xaricdə klub tapmağı xahiş edir. Bununla da qiymətini qaldırmış olur. Elə buna görə də başqaları bir tərəfə, avrokuboklara hazırlaşanlardan da səs-soraq yoxdu. Qısası, çempionatın başa çatmasından bu yana olan bir aya yaxın müddətdə hərəkətlilik müşahidə olunur.
Hamı “Qəbələ”dən “dartmağa” çalışır
Bu gün hədəfdə olanlar “Qəbələ”lilərdi. Klub rəsmilərinin min bir zəhmətlə yetişdirdiyi, ya da inkişaf etməsində rol oynadığı, ordan-burdan tapıb gətirdiyi futbolçular bu gün başqalarının diqqət mərkəzindədi. Digər klub rəsmiləri zəhmət çəkib futbolçu yetişdirmək, axtarışa çıxmaq əvəzinə ən sadə yolu seçib: “Qəbələ”nin durumu yaxşı deyil deyə, maksimum yararlanmalıyıq.
Voislav Stankoviç, Stiven Jozef-Monroz və Rauf Əliyevin “Neftçi”yə qismət olacağı deyilir. Anlaşma əldə olunub, qalır rəsmi müqavilə. Cavid Hüseynov artıq “Zirə”nin futbolçusudu. Elvin Camalov da dünən Hüseynovun komanda yoldaşı oldu. Ürfan Abbasov, İlqar Qurbanov, Asif Məmmədovun da yolüstə olduğu dəqiqdi. Hətta bəziləri Davit Volkovun da komandadan ayrılacağını deyir. Bu isə o deməkdi ki, bazarda olan fəallıq “Qəbələ”nin üzləşdiyi duruma görədi. Bütün klublar bölgə təmsilçisindən nəsə qoparmağa çalışır.
“Səbail” istisnadı
Elita təmsilçilərinin bu mənadakı fəallığı fonunda “Səbail”in seyrçi mövqeyi tutması maraqlıdı. Heyətini Maykl Essyen kimi yüksəködənişli ulduzla gücləndirən bayıllıların maliyyə imkanlarına şübhə etməyə dəyməz. Lazım olsa, Essyen kimisinin birini də gətirərlər. Lakin nədənsə “Qəbələ”dən ayrılanların adı Aftandul Hacıyevin transfer siyahısında yoxdu. Təbii ki, söhbət Rauf Əliyev, Stiven Jozef-Monroz, Voislav Stankoviç kimilərdən gedir. Yəni mövsümboyu daim oynayıb, az-çox sözünü deyənlər.
Halbuki təlim-məşq toplanışına qədər yenilərlə müqavilə bağlanması vacibdi. Təbii, “Səbail”in axtarışları davam edir, kimlərləsə danışıq aparılır. Ruslan Qurbanovla Yengeni Koçukun yerinə yenilər cəlb olunmalıdı axı. Di gəl ki, onların arasında sabiq “Qəbələ”lilərin olacağı ehtimal olunmur. Yalnız Ürfan Abbasov variantı var ki, bu söhbət də hələ ki “havada uçur”. Görünür, “Səbail” rəhbərliyi bir köynək yaxın olduqları “Neftçi” başbilənlərinin transfer planlarını pozmaq istəmir. Ona görə də bölgə təmsilçisinin “qaymaqları” bayıllılara lazım deyil.
Qiymətlər xeyli aşağı düşüb
“5-10 il əvvəlki vaxt deyil ki, götür-qoy edəsən, düşünəsən. Bu gün “Qarabağ” xaric, digər klubların hamısı 5 manat aşağı, 5 manat yuxarı eyni məbləği təklif edir. Eyni söz “Neftçi”nin yerlilərinə də aiddi. Bilmirəm, nəsə məsələdi, sanki klublar öz aralarında sözləşiblər. Sanki “azərbaycanlı futbolçuya bundan yuxarı vermək olmaz” sözünü bir yerə qoyublar. Belə olmaz axı” – ölkənin üzdə olan futbolçularından biri sayılan Cavid Hüseynovun qəzetimizin ötən sayına müsahibədə dedikləridi.
Bəli, adam dediklərində haqlıdı. 5-10 il əvvəlki durum necə idi? “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ” kimi pullu klublar arasında futbolçu savaşı gedirdi. Cavid səviyyəsində yerli futbolçuların illik maaşı 250-400 min dollar aralığında dəyişirdi. Dolların köhnə kursuyla hesablasaq, 200-320 min manat arası. İndiki durum isə fərqlidi. Qiymətlər o vaxtkı ilə müqayisədə 2-3 dəfə aşağı düşüb. Yalnız “Qarabağ”ın aparıcı üzvləri istisna sayılır. Komanda hər il avrokubokların qrup mərhələsində oynayıb kluba qazanc gətirir deyə, rəhbərlik yığma üzvlərinə illik 200-250 min manatdan başlayan müqavilə təklif edir. Nisbətən az oynayan, əsas heyətdə özünə yer edə bilməyənlərin 12 aylıq qazancı 100-150 min manat aralığında dəyişir.
Gözəgəlimli karyeraya malik, son mövsümdə nisbətən baxımlı oyun göstərən futbolçuların dəyəri isə 120-180 min manat aralığındadı. Burda söhbət Elvin Məmmədov, Əfran İsmayılov, Cavid Hüseynov, Rauf Əliyev, Elvin Camalov kimilərdən gedir.
Səbəb sadədi. AFFA “Qarabağ”la “Qəbələ” xaric, əlini digər klubların üstünə qoyub. Yəni hər klubda qurumun rəsmisi var. Onlar da öz aralarında bazarın ümumi qiymətini müəyyənləşdirirlər. Məsələn, filan səviyyəli futbolçulara bu pulu verək, filan səviyyədə olanlara bunu. Ona görə də futbolçular üçün xoş olmayan mənzərə yaranıb. Amma digər tərəfdən süni qiymətqaldırmanın qarşısı alınıb, yerlilər haqq etmədikləri paralara qovuşmurlar.
Gənclərin yolu açılmalıdı
Avqustun 31-nə qədər əsas istəyimiz hansısa həmyerlimizi yanında agenti, əcnəbi klubun bayrağı ilə görməkdi. Deyək ki, nisbətən təcrübəlilərə ehtiyac yoxdu. Amma gənclərin timsalında xoş xəbər eşidə bilərik. Necə ki, yaxın keçmişdə Budaq Nəsirov “Sportinq”də, Fərid Nəbiyev “Slaviya”da peyda olanda sevinmişdik.
Bu dəqiqənin özündə inamlı gələcək vəd edən gənclərimiz var. Təkcə son mövsümə nəzər salmaq kifayətdi. Bəhlul Mustafazadə, Amin Seydiyev, Ömər Buludov... Siyahını onlardan yaşca nisbətən böyük olan Mahir Əmrəli və Mirabdulla Abbasovla davam etdirə bilərik. Yəni adı çəkilənlərin hər biri premyer-liqada özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Sabah Avropaya getsələr də, sözlərini deyə bilərlər. Sadəcə, onları “vitrinə qoyan”, tanıdan, avropalılarda inam yaradan lazımdı. Ümid edək ki, bu yay hansısa biri haqda sevindirici xəbər yazacağıq.
HƏBİB
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/

Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете
Используйте тор браузер для windows на русском он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность.


тор браузер для виндовс

https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar