07 in 15:35olke

Ayxan Abbasovun məsələsi yubanır

Ayxan Abbasovun məsələsi yubanır
Elbrus Məmmədovu Elman Sultanov əvəz edə bilər
“Sumqayıt”ın baş məşqçisi kim olacaq” sualı hələ də açıq qalır. Düzdü, bəzi saytlarda Ayxan Abbasovun postunda qalıb işini davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb. Elə “Futbol+” olaraq biz də prosesin sonunun belə olacağını yazmışıq. Ancaq bu məsələyə hələ də nöqtə qoyulmayıb. Ötən sayımızda klubun prezidenti Riad Rəfiyevin dünən “Sumqayıt”ın əsas sponsoru olan “Azərkimya”nın Müşahidə Şurasının sədri İmran Arzumanzadə ilə yenidən görüşüb, bəzi məsələlərə aydınlıq gətirəcəyini xəbər vermişdik. Lakin tərəflər arasında görüş baş tutmadığından Abbasovla bağlı yekun qərar verilməyib.
Baş məşqçinin məsələsinə aydınlıq gəlməsə də, “kimyaçılar”ın rəhbərliyi bəzi oyunçularla müqavilənin müddətini uzatmağa qərar verib. Kapitan Vurğun Hüseynov daha bir mövsum “ağ-göylər”in uğurları üçün tər tökəcək. Onunla yanaşı, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Süleyman Əhmədovla da yeni anlaşma əldə olunub.
Dünən isə “Sumqayıt” ilk transferini reallaşdırıb. Belə ki, komanda son mövsümü “Zirə”də keçirən Vüqar Mustafayevlə anlaşıb. Birillik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da “6” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və əsas millimizin də (1 oyun) formasını geyən Vüqar U-23-ün heyətində 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
“Gənclik şəhəri”nin təmsilçisinin əvəzedici komandasını Elbrus Məmmədovun çalışdırdığını bilirsiz. Ancaq bundan sonra Elbrus bəy yalnız U-21-də fəaliyyət göstərəcək ki, bu üzdən ötən mövsüm birinci divizionda gümüş medallara sahib çıxan “Sumqayıt-2”nin “sükan”ı yeni mütəxəssisə tapşırılacaq. “İkincilər”in baş məşqçisi postuna isə namizədlərin sayı gündən-günə artır. Əldə etdiyimiz məlumata görə, onların arasında nə qədər təəccüblü olsa da, ən realı “Səbail”dən qovulan Elman Sultanovdu. Mənbəmizin sözlərinə inansaq, Riad bəy bugünlərdə Sultanovla görüşüb və tərəflər ortaq məxrəcə gəliblər. Ancaq klub prezidenti Elman bəyin qarşısına şərt qoyub: özünlə yalnız bir köməkçi gətirə bilərsən. Onun maaşı isə 500 manat təşkil edəcək.
Heç kimə sirr deyil ki, Sumqayıt futbol şəhəridi. Və bu üzdən “gənclik şəhəri”ndə yaxşı futbolçularla yanaşı, işini bilən yetərincə məşqçi də var. Elə akademiyanın özündə onların sayı heç də az deyil. Belə olan halda Rəfiyevin Sumqayıtı qoyub, əvəzedicilərdən ibarət komandaya Bakıdan məşqçi dəvət etməsi çox təəccüblüdü. Görəsən, Sultanov bu günə kimi hansı uğura imza atıb ki, klub prezidenti yerli kadrları bəyənmədən “Sumqayıt”ın gələcəyini ona tapşırır? “Səbail”dən qovulan məşqçi haqda futbol camiəsində heç də xoş olmayan söhbətlər dolaşır. Yəqin ki, bizim eşitdiklərimiz Rəfiyevin də qulağına çatmamış deyil. Belə olan halda onun bu addımı nəyə hesablanıb? Söylənilənlərə inansaq, Sultanova AFFA-da sözü keçən şəxslərdən biri himayədarlıq edir. Elman bəyin “Sumqayıt-2”də çalışmasını da klub prezidentindən o xahiş edib.
Ancaq dünən kluba yaxın mənbədən əldə etdiyimiz məlumata inansaq, Sultanovla bağlı qərar hələ verilməyib. Onun əvəzediciləri çalışdırmaq ehtimalı 50-nin 50-yə nisbətindədi.
RƏŞAD
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar