04 in 16:58olke

“Forvard cərimə meydançasının kralı olmalıdı, təlxəyi yox”

“Forvard cərimə meydançasının kralı olmalıdı, təlxəyi yox”
Zaur Ramazanov komandalarımızın qrupa düşəcəyinə inanmır
Zaur Ramazanov istər futbol oynadığı dönəmdə, istərsə də karyerasını başa vurandan sonra media üçün maraqlı persona olub. Futbol camiəsinin bəzi nümayəndələri kimi “malalamağı” xoşlamayan, düşündüklərini dilinə gətirən veteran futbolçu həmişə ağa “ağ”, qaraya “qara” deyib. Onunla budəfəki söhbətdə həm geridə qalan “futbol ili” barədə danışdıq, həm də gələcək planları ilə maraqlandıq.
- Başa çatan mövsümlə bağlı fikirlərinizi bilmək istərdik.
- Hər şey gözlənildiyi kimi oldu. “Qarabağ” yenə çempionluğu bayram etdi ki, bu da gözlənilən idi. Düzdü, “Neftçi” sona qədər “qızıl” uğrunda mübarizə apardı, bir qədər çempionata rəng qatdı. Ancaq ustalıq səviyyəsi və təcrübə sonda özünü göstərdi. Qurban Qurbanovun komandası həlledici anda imtahandan üzüağ çıxmağı bacardı. Digər klublar da çempionatda layiq olduqları pilləni tutdular.
- Sizcə,“Səbail”in “Qəbələ”ni qabaqlayaraq “bürünc”ə sahib çıxması qanunauyğun idi?
- Qanunauyğun olmasaydı, “Səbail” üçüncü olmazdı ki... Arada 5 xallıq fərq olubsa, deməli, Aftandil Hacıyevin komandası bu yeri daha çox haqq edib. “Qəbələ” tərəfi hələ sevinməlidi ki, son anda avrokuboklara vəsiqə qazandılar. Hələ ötən yaydan hamı bu komandanın eniş yaşayacağını bilirdi. Səbəblər çox olduğundan, indi bir-bir onları xırdalamaq istəmirəm. Görək bundan sonra onların taleyi necə olacaq? Yalnız gənclərlə çox uzağa getmək olmaz. Həmin yeniyetmələrin yanında bir neçə təcrübəli futbolçu olmalıdı ki, çətin anda onlara nəyisə izah etsin, təzyiqlərdən qorusun. Paltardəyişmə otağının lideri olmalıdı. Bu tək futbolda belə deyil. Cəmiyyətdə də lider funksiyasını üzərinə götürən insanlar var ki, kütlə onun arxasınca gedir.
- Bir çoxları son mövsüm barədə müsbət fikirlər sələndirir. Onların fikrincə, gərgin mübarizə fonunda baxımlı çempionata şahidlik etdik. Bu fikirlə razısız?
- Kimin nə dediyini bilmirəm, ancaq mənə görə ildən-ilə premyer-liqanın səviyyəsi aşağı düşür. 8 komandalı çempionatda hansı inkişafdan danışmaq olar? Futbolçular il ərzində bir-birini görməkdən artıq beziblər. O vaxt çempionatın baxımlı olduğunu, səviyyənin artdığını deyə bilərik ki, iştirakçı komandların sayı artsın, mövsümün sonunda azı 2-3 yerli futbolçu üzə çıxsın. Artıq neçə illərdi eyni aktyorların ifasında serial izləyirik. İnsan bir kinoya 2, 3, uzağı 5 dəfə baxar. Nə qədər yaxşı film olsa da, növbəti dəfə artıq izləmək istəmirsən, doyursan. Futbol da elədi. Rəngarənglik olmayanda bezirsən. Boş tribunalar qarşısında oynayan, azarkeş təzyiqi hiss etməyən futbolçu heç vaxt nəticəyə görə həyəcan keçirməz. O udanda da, uduzanda da müqavilədə göstərilən maaşını alacaq. Ancaq azarkeş məğlubiyyətə görə futbolçunu və ya komandanı “sıxanda” artıq məsuliyyət hissi yaranır, növbəti oyunda fit və söyüş eşitməmək üçün ikiqat əzmlə mübarizə aparır. Bir neçə il əvvəl belə idi. İndi vəziyyət dəyişib. Tribunada 1000 azarkeş olanda sevinirik. İnkişaf belə olmur.
- “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Səbail” bu yay ölkəmizi avrokuboklarda təmsil edəcəklər. Təmsilçilərimizdən qitəmiqyaslı turnirlərdə nə gözləyirsiz?
- Açığı, heç nə. Bizim premyer-liqada tək ayaqla futbol oynayırlar, sürət çox aşağıdı. Avropada isə hər saniyə qızıldan qiymətlidi. Bizimkilərin sürünən futbolu fonunda onlar meydanda “Formula-1”in bolidləri kimi hərəkət edirlər. Bu üzdən heç bir komandamızın qrup mərhələsinə vəsiqə qazanacağına inanmıram.
- Qardaşınızın şərəfini qoruduğu “Səbail” ilk dəfə qitəmiqyaslı turnirə qatılacaq. Bu komanda ilə bağlı nə deyə bilərsiz?
- Heç nə. Onlar da bu çempionatda çıxış edirlər. Hamı necə, “Səbail” də elə.
- Qış fasiləsində qəzetimizə verdiyin müsahibədə yerli hücumçuların çıxışından narazığılını bildirmişdin. Onları bir növ qorxaq oyun sərgiləməkdə ittiham etmişdin. Yəqin ki, Ağabalaya da iradlarını bildirmisən. Fasilədən sonra qardaşının “ayağı açılıb”.
- Hücumçu cərimə meydançasının ağası olmalıdı. Bizdə isə əksinədi. Forvardlarımız top itirməkdən, məsuliyyəti üzərinə götürməkdən çəkinirlər. Niyə? Bu sualın cavabını özləri də bilmirlər. Qardaşıma da, onunla eyni mövqedə oynayan oyunçulara da deyirəm ki, qapıya zərbə vurmaqdan, təkbətək mübarizələrdən çəkinməyin. Hücumçu səhvdən qorxmamalıdı. Beş dəfə alınmayanda, birində məqsədinə çatacaqsan. Müdafiəçi deyilsən ki, xırda səhvin komandaya baha başa gəlsin. Hücumçu inamlı olanda, müdafiəçi də ondan çəkinir. Bir sözlə, forvard cərimə meydançasının kralı olmalıdı, təlxəyi yox. Ola bilsin, Ağabala da məsləhətlərimdən nəticə çıxarıb.
- Qışdan sonra qolları sıralayan Ağabala artıq yığmaya dəvət olunub.
- Lap yaxşı. Deməli, çəkdiyi əziyyətin qarşılığını gördü. Lakin bununla kifayətlənmək olmaz. Onun ən böyük çatışmazlığı, forvard olmasına baxmayaraq, geriyə çəkilməsi idi.
- Bəlkə bunu baş məşqçi tapşırıb...
- Özü də bunu deyir. Qışa qədər belə idi. Fasilədən sonra vəziyyət dəyişdi. Yəqin ki, Aftandil Hacıyev də durumu təhlil etdi və ona daha çox irəlidə qalmağı tapşırdı.
- “Xəzər Lənkəran”dan ayrılandan sonra futboldan kənar düşmüsüz. Başqa klublardan iş təklifi almamısız?
(yazının davamı qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar