02 in 17:01olke

Nikolov “Səbail”in seçimini alqışlayır

Nikolov “Səbail”in seçimini alqışlayır
“Ümid edirəm ki, Bolqarıstanın havası “Səbail”ə düşəcək”
Avrokuboklarda debüt edəcək “Səbail”in beynəlxalq arenadakı çıxışı böyük ölçüdə təlim-məşq toplanışının gedişindən asılı olacaq. Odu ki, klub rəhbərliyi bu məsələyə həssas yanaşmağa çalışırdı. Siyahıda üç ölkənin adı var idi: Türkiyə, Sloveniya və Bolqarıstan. Məsləhətləşmələrdən və götür-qoydan sonra hazırlığın əsas mərhələsinin Bolqarıstanın Bansko şəhərində keçirilməsi qərara alındı. Odu ki, “dənizçilər” iyunun ortalarında səfərə çıxacaq.
Bolqarıstan variantına üstünlük verilməsindən sonra ortaya sual çıxır. Xəbər verdiyimiz kimi, təşkilatçılıqla komandanın bş meneceri Fərəc Əliyev məşğul idi. Həmin Əliyev ki, uzun illər “İnter”də çalışmışdı. “İnter”in prezidenti isə bolqar Georgi Nikolov idi. Və həmin Nikolov hazırda Bolqarıstanda turizm işləri ilə məşğul olur. Ona görə də “Səbail”in səfərinin təşkili yolunda Əliyev - Nikolov tandeminin “tər tökməsi” ağla gəlir.
Ehtimalın həqiqətə yaxın olub-olmadığını öyrənmək üçün Fərəc bəylə danışmaq cəhdimiz alınmasa da, “İnter”in sabiq prezidenti ilə əlaqə saxlaya bildik. Nikolov xəbəri eşidincə, münasibəti belə oldu: “Səbail” bura gəlir? Nə gözəl. İndi sizdən eşidirəm. Neçə gündü başım qonaqlarıma qarışıb deyə, xəbərləri diqqətdə saxlaya bilmirəm. Xeyr-xeyr, bu işlə heç bir əlaqəm yoxdu. Olsaydı, sizdən gizlətməzdim ki. Turizm şirkətində çalışıram və bu cür toplanışları təşkil etmək tam bizə görədi. Görünür, Fərəcin Bolqarıstanla əlaqələri var. Çünki vaxtilə “İnter” məhz Banskoda az hazırlıq keçməyib. Daha çox Valentin Xodukinin dönəmində komanda yay hazırlığını Banskoda keçirdi. 2010-nun yayında isə başqa bir kurort şəhəri olan Pravetsə getmişdik. Fərəc, maşallah, hər şeydən xəbərdardı, burdakı şəraiti özü görüb. Məncə, rəhbərliyə Bansko variantını da o məsləhət görüb. Xeyirli olsun! Ümid edirəm ki, Bolqarıstanın havası “Səbail”ə düşəcək. Həm Avroliqada, həm də çempionatda uğurlu mövsüm keçirərlər”.
Nikolovla danışmışkən Banskonu, məsələn, Antalyadakı şəraitlə müqayisə etməyi xahiş etdik. Həqiqətənmi əlverişli məkandı? Rəqib tapmaq baxımından problem olmur? Qəzetimizin bolqar dostu “Səbail”in seçimindən ağızdolusu danışdı: “Yay təlim-məşq toplanışı üçün Bansko ilə Pravets ən ideal şəhərlərdi. Komandalar üçün hər cür şərait yaradılıb. Həm də hava şəraiti idealdı. Məsələn, Bansko dağlar qoynunda yerləşir, inanılmaz dərəcədə mükəmməl havası var. Yay hazırlığı zamanı komandalar dəniz kənarlarına yox, əsasən dağlıq bölgələrə üstünlük verir. Ona görə də uyğun məkan olduğunu deyərdim. Rəqiblərə gəlincə, Serbiya, Makedoniya və Yunanıstan qonşu dövlətlərdi. Bu ölkənin bir çox təmsilçiləri məhz Banskoda hazırlıq keçir. Rəqiblərlə bağlı hansısa problemin olmayacağına əmin ola bilərsiz. Yadıma, bilirsiz, nə düşdü? Xodukinin dövründə “İnter” bir ay Banskoda qalmışdı və bu müddətdə 15 yoldaşlıq görüşü keçirmişdik. Hətta aramızda kimsə zarafatla demişdi ki, çempionatda oynamağın mənası yoxdu. Biz mövsümün ilk yarısını burda keçirdik”.
Nikolovdan indiki işinin futbolla nə dərəcədə əlaqəli olduğunu da soruşduq: “Bolqarıstanda sizin dilə tərcümədə “Günəşli sahil” mənasını verən şəhər var. Mənim işim əsasən bu şəhərdədi. Liman şəhəridi. Yay aylarında əsasən dəniz turizmi ilə məşğuluq. Rusiyanın aparıcı şirkətlərindən biri ilə əməkdaşlıq edirik. Həm də yayda heç bir komanda burda hazırlıq keçmək istəməz, dəniz qırağıdı. Günəşli sahil qışda əlverişlidi. Ümid edirəm ki, Azərbaycan təmsilçilərindən bura gələn olacaq. Hər halda, Antalyadakı kimi yağışa düşməzlər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar