02 in 16:45olke

“Neftçi” də rusiyalı veteranları üstələdi

“Neftçi” də rusiyalı veteranları üstələdi
Anar Salmanov qonağı atası ilə “görüşdürdü”
Avropa Liqasının finalını izləmək üçün Bakıya gələn Stavropol diyarının veteran futbolçulardan ibarət komandasının mayın 28-də “Suqmayıt” veteran klubu ilə yoldaşlıq matçı keçirdiyini ötən sayımızda xəbər vermişdik. “Kapital Bank Arena”da baş tutan görüş sumqayıtlıların 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
“Neftçi”nin köhnə bazasına ulduz axını
Srağagün isə rusiyalı qonaqlar “Neftçi”nin veteranları ilə qarşılaşdı. “Olimpiya idman növləri üzrə yığmaların təlim-məşq bazası”nda (“Neftçi”nin köhnə bazası) baş tutan qarşılaşma saat 11.00-da start götürdü. Oyundan əvvəl isə hər iki komandanın üzvləri bir-birinə xatirə hədiyyəsi təqdim etdilər. Kazbek Tuayev, Yaşar Babayev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Maşallah Əhmədov, Asif Əliyev, Asim Xudiyev kimi tanınmış futbol adamlarının da qatıldığı tədbirin aparıcısı Şaiq Həmidov idi. Şaiq bəy qısa çıxışında Azərbaycan futbol ictimaiyyəti adından rusiyalı qonaqları salamlamaqla yanaşı, veteranlar arasında keçirilən belə oyunların iki ölkənin münasibətlərinə də xeyir verdiyini vurğuladı. Qonaqlar adından isə Stavropol diyarının Veteranlar İttifaqının rəhbəri, “Yedinaya Rossiya” partiyasının deputatı, soydaşımız Məliksabit Kazımov çıxış etdi və qonaqpərvərliyə görə Veteranlar İttifaqına, AFFA rəhbərliyinə təşəkkür etdi.
“Neftçi”nin veteranları qonaqlara “futbol dərsi” keçdi
Çıxışlardan sonra isə komandalar meydana çıxdı. Heyətləri sizlərə təqdim edirik.
“Neftçi”: Hüseyn Məhəmmədov, Mahir Şükürov, Emin Quliyev, Elxan Abdullayev, Əli Abışov, Hüseynqulu Quliyev, Alim Qurbanov, Ramal Hüseynov, Rəşad Abdullayev, Mahmud Qurbanov, Kənan Kərimov, Zaur Ramazanov (k), Ramiz Məmmədov, Ədəhim Niftəliyev.
Baş məşqçi: Nadir Qasımov.
Stavropol yığması: Məliksabit Kazımov (k), Vladimir Kaydaş, Zaur Tuqov, Vladimir Roqovoy, Aleksandr Ponomaryov, Roman Qasanov, Marat Canibekov, Rustam Kanamatov, İqor Fedetov, Aleksandr Samoylov, Aleksey Qribov, Ansar Taqalekov, Gennadi Polurezov, Dmitri Kudinov.
Baş məşqçi: Məliksabit Kazımov.
İki gün əvvəl Sumqayıtda keçirilən görüşdən fərqli bu dəfə komandalar qonaqların istəyini nəzərə alaraq, meydana 1+7 şəklində (1 qapıçı, 7 sahə oyunçusu) çıxmışdılar. Buna səbəb Stavropol yığmasının bəzi oyunçularının ilk görüşdən sonra zədələnmələri idi. “Neftçi” veteranlarının rəqibi asanlıqla yenəcəyi gözlənilsə də, birinci hissənin ilk 10 dəqiqəsi bərabər mübarizə şəraitində keçdi. Bizimkilər topla rəftarda, dəqiq ötürmələrlə seçilirdilərsə, şimallılar meydanda daha çox hərəkət etməklə və əzmkarlıqla yadda qaldılar. Meydan sahibləri rəqibə güzəşt etməyin mənasız olduğunu başa düşüb, oyuna daha ciddi yanaşdılar ki, çox keçmədən bunun bəhrəsini gördülər. Kənan Kərimov qolçuluq bacarığını nümayiş etdirərək, Kazımovu topu tordan çıxarmağa məcbur etdi. Lakin veteranlarımızın qol sevinci çox çəkmədi. Hüseynqulu Quliyev cərimə meydançasında rəqibə qarşı kobud oynadığına görə baş hakim Rəhim Həsənov Hüseyn Məhəmmədovun qoruduğu qapıya penalti təyin etdi. Srağagün 40 yaşını qeyd edən Zaur Tuqov isə şansını qaçırmadı. Lakin bu da ilk yarıda vurulan sonuncu qol olmadı. Fasilə ərəfəsində Kərimov növbəti dəfə səhnəyə çıxdı. Forvard dublunu rəsmiləşdirdi.
Fasilədən sonra artıq meydan sahiblərinin üstünlüyü aşkar hiss olunurdu. Stavropol yığmasının yorğunluğu fonunda “Neftçi” veteranları meydanda 18 yaşlı yeniyetməyə bənzəyirdilər. Mahmud Qurbanovun ideal ötürmələri, Zaur Ramazanovun driblinqləri, Rəşad Abdullayevin zərbələri, Ədəhim Nitəliyevin əzmkarlığı, Mahir Şükürovun cinah reydlərindən sonra qapı önünə asmaları matçı izləyənlər tərəfindən alqışla qarşılanırdı. İkinci 25 dəqiqənin əvvəlində Abdullayev fərqləndi. Rəşadın güclü zərbəsini qapıçı dəf edə bilmədi. Sona 4 dəqiqə qalmış isə Zaur oyunda son nöqtəni qoydu. Ramazanov özünəxas tərzdə topu qapıçının ayaqları arasından tora göndərdi. Beləliklə, görüş “Neftçi”nin qələbəsi ilə başa çatdı - 4:1.
Nazim Süleymanovdan narazı qalan “Qusi”, Bakıya heyran olan ataman
Matçdan sonra hər iki komandanın üzvlərinin matçla bağlı fikirlərini öyrəndik. Öncə meydan sahiblərinin qolkiperi, həmişəki kimi “çərçivə”də inamlı təsir bağışlayan Hüseyn Məhəmmədova yaxınlaşdıq: “Çox gözəl ab-havada hamının ürəyincə olan bir qarşılaşmanın şahidi olduq. Qonaqlara da təşəkkür edirəm ki, bu qədər yol gələrək həm “Sumqayıt”ın, həm də “Neftçi”nin veteranları ilə qarşılaşdılar. Belə oyunların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Biz də veteran komandası olaraq, yaxın vaxtlarda ölkə xaricinə yollanmağı düşünürük. Artıq bununla bağlı danışıqlar gedir. Bu gün bazada görün nə qədər veteran, futbol ictimaiyyətinin tanınmış simaları var idi. Kazbek Tuayev, Yaşar Babayev “bürünc “Neftçi”nin həyatda qalan iki üzvüdü. Hələ mən o birilərin adlarını, yaşı daha az olanları demirəm. Bu fakt bir daha göstərir ki, veteranlarımız Oqtay Abdullayevin rəhbəri olduğu Veteranlar İttifaqının yanındadı. Bəlkə də belə oyundan sonra mən kənar mövzuya toxunmamalıyam. Ancaq fürsət düşmüşkən, ürəyimdən keçənləri demək istəyirəm. Nazim Süleymanov tanınmış futbolçumuz olub, insan kimi də hamımız onun xətrini çox istəyirik. Lakin Nazim müəllimin yaratmaq istədiyi yeni qurum mənə çatmır. Həmkarlar İttifaqı yaratmaq istəyirsə, bu artıq var. Və Musa Qurbanov “Futbolçuların Həmkarlar İttifaqı”nın rəhbəridi. AFFA da məhz onu tanıyır. Veteranları öz ətrafında birləşdirmək istəyirsə, buna da ehtiyac görmürəm. Yuxarıda qeyd etdiyim kimi, bütün veteranlar Veteranlar İttifaqının yanındadı. Kazbek Tuayevi, Yaşar Babayevi özünüz də burda gördüz. Bizim kimi bir qədər gənc “qocalar” da ittifaqın işindən razıyıq. Belə olan halda Süleymanovun yeni təşkilatına nə ehtiyac var? Məncə, Nazim müəllim yanlış yol seçib və veteranlar arasında parçalanma yaratmaq istəyir. Ancaq inanmıram ki, o nəyəsə nail olsun”.
Stavropol yığması böyük hesabla uduzsa da, qonaqların heyətində “17 nömrə” əvəzlənmədən 50 dəqiqə meydanda mübarizə apardı. Arada komanda yoldaşlarına əsəbləşən Vladimir Roqovoy da matçla bağlı fikirlərini bizimlə bölüşdü: “49 yaşım olsa da, ilk dəfə Azərbaycana gəlirəm. Dünyanın bir çox ölkələrində olmuşam. Ancaq təəssüf ki, bura yolum düşməmişdi. İnanın, ona təəssüflənirəm ki, diyarımızdan 10 min kilometrlərlə uzaqda olan ölkələrə, şəhərlərə yollansam da, yaxın qoşumuza gəlməmişəm. Yaxşı ki, səhvimi düzətdim. Burda olduğumuz 3 gündə o qədər pozitiv enerji yığdım ki, bu mənə Azərbaycana növbəti səfərimə qədər bəs edəcək. İki oyun keçirdik. Hər ikisində məğlub olmağımıza baxmayaraq, evə xoş təəssüratla qayıdıram. “Sumqayıt”la hardasa başabaş mübarizə apardığımızı deyə bilərəm. Baxmayaraq ki, o komandada usta futbolçular oynayırdı. “Neftçi” isə bizi əməlli-başlı “sürüdü” (gülür). Deməli, daha çox məşq etməli, heyətimizi gücləndirməliyik. Artıq qisas barədə düşünməyə başlamışıq. Hər şeyə görə Azərbaycana səfərimizi təşkil edən “Yedinaya Rossiya” partiyasına, sizin Veteranlar İttifaqına təşəkkr edirəm. Özüm 30 yaşa qədər Region Liqasında futbol oynamışam. İndi isə Ters Kazak Qoşunlarının atamanıyam. Biz kazaklar da sizin kimi qonaqpərvər və istiqanlıyıq. Sanki öz qardaşlarımızla bir arada idik”.
Oyundan sonra şəhər gəzintisinə çıxan qonaqlar axşam yeməyi zamanı yenidən yerli veteranlarla bir süfrə arxasında əyləşdilər. Onların şərəfinə təşkil olunan ziyafətdə keçimişi yada salan hər iki ölkənin veteranları sanki yenidən gənclik illərinə dönmüşdülər.Şən zarafatlar, gülüş səsləri zalı başına götürmüşdü.
Anar Salmanovdan xeyirxah addım
Bu yerdə daha bir məqama toxunmaq istədik. Stavropol veteranlarının şərəfini qoruyan Roman Qasanov yəqin ki, Bakı səfərini heç vaxt yaddan çıxarmayacaq. Onun atası azərbaycanlı olub. Uşaqlığı Bakıda keçən Roman sonradan anası ilə birgə Stavropola köçüb. Atasının dünyasını dəyişdiyini bilən veteran futbolçu onun harda dəfn olunduğunu, ata tərəfdən qohumları arasında sağ qalanların olub-olmadığını bilmirdi. Romanın dərdinə şərik çıxan Anar Salmanov 3 gündə ona çox yardım etdi. Əlaqələrini işə salan Salmanov əvvəlcə onu müəyyənləşdirdi ki, Stavropoldan gələn qonağın atası Binəqədi qəbiristanlığında dəfn olunub. Romanla birgə ora baş çəkən FİFA referisi qiyabi də olsa, illər sonra ata ilə oğulu görüşdürdü. Ardınca isə Salmanov hazırda İstilik İdarəsində mühəndis kimi çalışan Qasanovun qohumlarını da tapdı. Əmiləri ilə Roman şəhərdə bir araya gəldilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar