02 in 16:25olke

Mahir Şükürov idman direktoru olmaq istəyir

Mahir Şükürov idman direktoru olmaq istəyir
“Futbol veteranları ilk növbədə özlərinə hörmət qoymalıdılar ki, kənardakılar da bizə hörmət qoysun”
“Neftçi” veteranlarının Stavropoldan olan həmkarları ilə görüşündə iştirak edənlər arasında karyerasını iki il əvvəl bitirən Mahir Şükürov da var idi. Oyunboyu fəal görünən “4 nömrə” həmişəki kimi cınah reydləri və qapı önünə asmaları ilə diqqəti çəkirdi. Təsadüfi deyil ki, qarşılaşmadan sonra Rusiyadan gələn qonaqlar da Mahirin oyununu xüsusi qeyd edib, onunla söhbətdə karyerasının “Anji” səhifəsini yenidən xatırladılar. Şükürovla söhbətləşmək, bizi maraqlandıran suallara cavab tapmaq fürsətini əldən vermədik.
- Əvvəlcə oyunla bağlı fikirlərini bölüşərdin.
- Öncə məni bu matça dəvət etdikləri üçün təşəkkür etmək istəyirəm. İstər qonaqlarımıza, istərsə də bizim veteranlara maraqlı görüşə görə minnətdaram. Maraqlı qarşılaşma alındı. Hər iki komandanın üzvləri bir araya gəlməkdən məmnun qaldı. Belə oyunların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdı.
- Açığı, Mahir Şükürovun veteran qismində meydana çıxması kənardan bir qədər təəccüblü görünür. Bəs özün necə, veteran statusu ilə barışırsan?
- Bu həyatın qanunudu. İstəsək də, istəməsək də, bununla razılaşmalıyıq. Butslarımı mismardan asmışamsa, deməli, veteranam. Özümə də qəribə gəlir. Bu gün heyətdə olanlar arasında ən cavan mən idim (gülür). Mənə elə gəlir, hər bir özünə hörmət qoyan futbolçu nə qədər çətin olsa da, futboldan üzüsulu getməlidi ki, dalınca danışmasınlar. Söhbət heç də yaşdan getmir. Kimin gücü varsa, oynaya bilər.
- Belə başa düşmək olar ki, artıq “çatdırmırdın” deyə karyerana nöqtə qoydun...
- Niyə özüm-özümü aldatmalıydım? Hiss edirdim ki, əvvəlki Mahir deyiləm. Bəziləri kimi meydana vaxt keçirmək üçün çıxmaq istəmədim. Hər şeyin bir vaxtı var. Hörmətli-izzətli getmək lazımdı.
- Veteranlarla tez-tez bir araya gəlirsiz?
- Yaxşı ki, indi sizinlə görüşdüyümüz bu baza var. Hamı bura gəlir, çay içirik, söhbətləşirik. Mən əvvəl elə bilirdim ki, futbolda söz-söhbət ancaq oynayan vaxt olur. Ancaq indi görürəm ki, yaşın heç bir fərqi yoxdu. Veteranlar arasında da müəyyən xoşagəlməz söhbətlər yaşanır. Məsələn, son günlər başverənlərə toxunmaq istərdim. Məndə olan məlumata görə, Nazim Süleymanov yeni təşkilat yaradıb və veteranları başına toplamaq istəyir. Əvvəlcə elə başa düşdüm ki, mənim kimi Sumqayıt futbolunun yetirməsi olan məşhur futbolçumuz nəsə yeni, Azərbaycanda tayı-bərabəri olmayan bir qurum yaradır. Sonradan bəlli oldu ki, Veteranlar İttifaqının oxşarı olan bir təşkilatdı. Məncə, balaca ölkə üçün bir təşkilat bəs edər. İkincini neynirlər? Oqtay Abdullayev də imkanı çatdığı qədər bütün veteranların işinə yarayır, bacardığı qədər onların problemlərini yoluna qoymağa çalışır. Bizim kimi veteran statusuna təzə yiyələnənlər ağsaqqallardan nəsə öyrənmək, illərin onlara qazandırdığı təcrübəyə güvənərək onların məsləhət bildiyi yolla getmək istəyirik. Onlar öz aralarında yola getmirlərsə, bizə nə məsləhət verəcəklər? Parçalanmaq, hərənin bir tərəfə üz tutması futbolumuzun ziyanına olacaq. Futbol veteranları ilk növbədə özlərinə hörmət qoymalıdılar ki, kənardakılar da bizə hörmət qoysun. Mən həmişə ağa “ağ”, qaraya “qara” demişəm. Heç kim bu gün məndən inciməsin. Futbolumuzun tanınmış nümayəndələri illərboyu qazandıqları xətir-hörməti belə oyuncaq qurumlara yox, yeni klubların yaradılması yönündə sərf etsəydilər, daha yaxşı olardı.
- Veteranlara yeni qoşulmağına baxmayaraq, artıq iradlarını bildirirsən.
- Vallah, mən düz deyirəm.
- Bir qədər futbolmuzun bugünkü durumundan danışaq. Qarşıda bizi avrokubok mövsümü gözləyir. Təmsilçilərimizdən nə gözləyirsən?
- Açıq deyəcəm, ötən il olduğu kimi, yenə bütün ümidlər “Qarabağ”la “Neftçi”yədi. “Səbail” bu yay qitə arenasında debüt edəcək. Bu üzdən onlar təcrübəsizdi. Avrokuboklarda bir mərhələ adlasalar belə, bunu uğur kimi qəbul edə bilərik. Bacarmasalar da, onları heç kim qınamayacaq. “Qəbələ”nin durumu isə hamıya məlumdu. Gənclərlə nə etmək olar?
- Vaxtilə “Qəbələ”nin şərəfini qorumusan. “Qırmızı-qaralar”ın bugünkü durumuna üzülürsən?
- Tək onlara yox, zəifləyən, büdcəsi azalan istənilən klubumuza görə məyus oluram. “Qəbələ” indi kursu dəyişir, öz yetirmələrinə güvənəcək. Mənə elə gəlir, klub rəhbərliyi bu yola daha erkən, 3-4 il əvvəl qədəm qoymalı idi. Geridə qalan vaxtda hər mövsüm akademiyanın 3 yetirməsi əsas heyətdə oynamaq şansı qazansaydı, indi məşqçilər korpusu heç nədən çəkinməzdi. Əsas komandada akademiyanın təcrübəli yetirmələrinin sayı daha çox olardı. Heç kim də “bu uşaqlar təcrübəsizdi” deyib, klubun gələcəyi üçün narahat olmazdı. Söylədiklərim bütün klublara aiddi. İllər uzunu legionerlərə böyük pullar sərf edən klublar nə vaxtsa geriyə addım atmaq məcburiyyətində qalacaq. Bütün gücü yerli gənclərin yetişməsinə sərf etmək lazımdı.
- Dəfələrlə müsahibələrində məşqçi kimi çalışmaq istəmədiyini bildirmisən. Hələ də bu fikirdəsən?
- Bəli, məncə, hər kəs həyatda daha çox uğur qazana biləcəyi işlə məşğul olmalıdı. Bu o demək deyil ki, məndən məşqçi olmaz. Şükür Allaha, futbol savadımız yerindədi. Futbolçu kimi topladığım təcrübə də oyunçularla dil tapmağa imkan verir. Sadəcə, mən özümü başqa sahədə görürəm. İdman direktoru kimi daha çox uğur qazana bilərəm. Çünki mənim əhatə dairəm genişdi. Türkiyə, Rusiya və Avropanın müxtəlif ölkələrində çox sayda futbolçu dost-tanışım var. Normal komanda qurmaq üçün nə lazımdı? Savadlı, işini bilən baş məşqçi və səviyyəli futbolçular. Mən də bunu bacarıram. Fuitbolçu seçimində də özümə güvənirəm.
- Bir ara Bakıda PSJ-nin futbol məktəbini açmaq istəyirdin. Sonu necə oldu?
- Bu gün də həmin layihənin üzərində işləyirik.
- Açığı, bu bir qədər qeyri-ciddi layihəyə bənzəyir.
- Niyə elə düşünürsüz? PSJ-nin futbol məktəbləri bu gün Türkiyənin, eləcə də dünyanın bir çox yerlərində fəaliyyətə başlayıb. Bu bir şəbəkədi. İnşallah, Bakıda da olacaq. Bu yaxınlarda Paris klubu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən məktəbləri arasında turnir təşkil etmişdi. Həmin yarışın keçirilməsində əsas məqsəd perspektivli uşaqları gözaltı etmək, müəyyən vaxtdan sonra onları Fransaya dəvət etməkdi. Hazırda məktəbin fəaliyyət göstərəcəyi məkanın axtarışı ilə məşğulam. Bununla bağlı bəzi yoldaşlarla görüşür, məsləhətləşirəm. Yəqin ki, qısa vaxtda Fransa təmsilçisinin Bakıda da məktəbi işə başlayacaq.
- Məktəbdə yerli məşqçilər çalışacaq, yoxsa əcnəbilər?
- Yerli mütəxəssislər işləyəcək. Ancaq həftəlik məşq proqramını PSJ-nin əsas ofisi göndərəcək. Məşqçilərimiz də həmin proqrama uyğun məşq keçəcəklər. Bu Fransadan kənarda fəaliyyət göstərən bütün məktəblərə şamil olunur. İldə bir neçə dəfə isə fransız məşqçilər həmin məktəblərə ezam olunub, görülən işlərlə yerində tanış olurlar.
- Yəqin ki, məktəbdə təhsil ödənişli olacaq.
- Bəli. Ancaq məbləğ o qədər də yüksək olmayacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar