29 may 16:27olke

Yenilikçi Stuxlik və üç debütant

Yenilikçi Stuxlik və üç debütant
Əliyar Ağayev statusuna uyğun təyinat almayıb
“Futbol+” mövsümün yekunlarına dair araşdırma yazıları davam etdirir. Bu dəfə premyer-liqadakı hakimlik, təyinatlarla bağlı diqqəti çəkən qeydləri oxucularımızla bölüşmək istəyirik. Bəribaşdan qeyd edək ki, maraqlı məqamlara rast gələcəksiz...
ƏLİYAR AĞAYEV
İdarə etdiyi oyun sayı: 19
Ən çox hansı komandanın oyununda olub: Sumqayıt - 7
Ən az hansı komandanın oyununda olub: Neftçi, Sabah - 3
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 13
Ən çox hansı inspektorla yolları kəsişib: Əhmədağa Cabbarov - 3
Ən az hansı inspektorla yolları kəsişib: Məlik Həsənov, Məhəmməd Məmmədov, Əli Hüseynov, Murad Məmmədov, Asim Xudiyev, Babək Quliyev, Ramil Diniyev – 1.
Qeyd: FİFA referisi premyer-liqada ən çox təyinat alan hakimdi. 19 oyunda iş başında olmasına baxmayaraq, təyinat bölgüsü Əliyarın statusuna uyğun aparılmayıb. Onun ən çox autsayderlərdən olan “Sumqayıt”ın oyununa getməsi belə deməyə əsas verir. Bu mənada “Qarabağ”, o cümlədən bürünc mükafatçı “Səbail” ilk “üçlük”də belə yoxdu. FİFA referisi premyer-liqanı cəzasız başa vurub. O, uzağı iki tur dincəlib ki, bu da cəza ilə bağlı olmayıb.
İNQİLAB MƏMMƏDOV
İdarə etdiyi oyun sayı: 17
Ən çox hansı komandanın oyununda olub: Zirə - 6
Ən az hansı komandanın oyununda olub: Sumqayıt – 2
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 13
Ən çox hansı inspektorla yolları kəsişib: Kərim Ağayev - 3
Ən az hansı inspektorla yolları kəsişib: Əli Hüseynov, Əhmədağa Cabbarov, Şahin Cəfərov, Fazil Mürşüdov, Anar Salmanov, İmanxan Sultani, Zöhrab Qədiyev, Vüsal Əliyev, Ceyhun Haşımov, Əmrah İbrahimov – 1.
Qeyd: premyer-liqaya təyinat alan 14 hakim arasında oyun sayına görə ikinci sırada İnqilab Məmmədovdu. Çimərlik futbolu üzrə FİFA referisi bütün ağır oyunlarda iştirak edib. Düzdü, daha çox “Zirə”nin oyununda fit çalıb, ancaq “Sumqayıt” istisna olmaqla, digər komandaların hamısı ilə 4-5 dəfə yolu kəsişib. İnqilab xüsusilə sonuncu dövrədə Hakimlər Komitəsi üçün əvəzolunmaz isim olub. Belə ki, o, 23-27-ci turlarda, ardıcıl 5 oyuna təyinat alıb.
RƏHİM HƏSƏNOV
İdarə etdiyi oyun sayı: 12
Ən çox hansı komanda(lar)ın oyununda olub: Sabah, Keşlə – 5
Ən az hansı komandaın oyununda olub: Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: Simqayıt
Neçə hakim-inspektordan qiymət alıb: 8
Ən çox hansı inspektorla yolları kəsişib: Fazil Mürşüdov, Kərim Ağayev, Murad Məmmədov, Vüsal Əliyev - 2
Ən az hansı inspektorla yolları kəsişib: Rövşən Əhmədov, Şahin Cəfərov, Asim Xudiyev, İmanxan Sultani – 1.
Qeyd: FİFA referisi üçün mövsüm uğurlu keçmədi. Rəhim Xaqani Məmmədovun güvəndiyi hakimlərdən idi. O, mövsümün əvvəlində, konkret ilk dövrədə 5 oyuna təyinat almışdı. Amma sonrakı 21 turda cəmi 7 dəfə baş hakim kimi iş başında oldu. Son 5 turda, ümumiyyətlə, premyer-liqada görünmədi. Hakimlər Komitəsi onun fiziki testdən keçmədiyini və bu səbəbdən bir neçə hakimlə birgə uzaqlaşdırıldığını açıqladı. Əslində iş başında olduğu vaxtlarda da liderlərin oyununa nadir hallarda göndərilirdi. Təsadüfi deyil ki, ən çox “Sabah” və “Keşlə” ilə yolları kəsişib. Maraqlıdı ki, Rəhim geridə qalan mövsümdə premyer-liqada “Sumqayıt”ın bir oyununa belə göndərilməyib.
RAUF CABBAROV
İdarə etdiyi oyun sayı: 11
Ən çox hansı komandanın oyununda olub: Neftçi, Qəbələ, Zirə - 4
Ən az hansı komandanın oyununda olub: Səbail - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 9
Ən çox hansı inspektorla yolları kəsişib: Xaqani Məmmədov, Ceyhun Haşımov - 2
Ən az hansı inspektorla yolları kəsişib: Murad Məmmədov, Şahin Cəfərov, Fazil Mürşüdov, Füzuli Nəcəfov, Rövşən Əhmədov, Anar Salmanov, Ramil Diniyev – 1.
Qeyd: Rəhim kimi, Rauf da çempionatın sonluğunu boşa verdi. Premyer-liqanın gedişində zədələnən və bir neçə turu boşa verən FİFA referisi məhz bu səbəbdən testə qatılmadı. Nəticədə son 6 turda meydanda görünmədi və cəmi 11 oyunda iş başında ola bildi.
RƏVAN HƏMZƏZADƏ
İdarə etdiyi oyun sayı: 11
Ən çox hansı komandanın oyununda olub: Qəbələ - 4
Ən az hansı komandanın oyununda olub: Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 6
Ən çox hansı inspektorla yolları kəsişib: Vüsal Əliyev - 4
Ən az hansı inspektorla yolları kəsişib: Rövşən Əhmədov, Ramil Diniyev, Munis Abdullayev - 1
Qeyd: perspektivli hakimlərdən olan Rəvanın qış fasiləsinə kimi işləri rəvan gedirdi. O, 7 təyinat almışdı. Başqa sözlə, 14 turun yarısında fit çalmışdı. Ancaq onda da sonluq bərbad alındı. Frits Stuxlikin “qələmini qırdığı” 4 referi arasında o da var idi. Maraqlıdı ki, Həmzəzadənin işinə ən çox qiymət verən hakim-inspektor Vüsal Əliyevdi. Belə ki, 11 oyundan 4-də bu ikilinin yolları kəsişib.
ORXAN MƏMMƏDOV
İdarə etdiyi oyun sayı: 10
Ən çox hansı komandanın oyununda olub: Sumqayıt - 5
Ən az hansı komandanın oyununda olub: Qəbələ, Səbail, Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 8
Ən çox hansı inspektorla yolları kəsişib: Şahin Cəfərov, Asim Xudiyev - 2
Ən az hansı inspektorla yolları kəsişib: Əli Hüseynov, Füzuli Nəcəfov, Murad Məmmədov, Vüsal Əliyev, Feyzulla Feyzullayev, Rövşən Əhmədov - 1
Qeyd: sabiq FİFA referisi, demək olar, mövsümü boşa verdi. Komitə 28 turda ona cəmi 10 dəfə güvəndi. Əsasən də “Sumqayıt”ın oyunlarında göründü. Maraqlıdı ki, Məmmədov 10 oyundan 5-də “Sumqayıt”ın yolunun üstünə çıxıb. 23-cü turdan sonra baş tutan normativləri yerinə yetirə bilməyən Orxan son oyunlara təyinat almadı.
SƏBUHİ BAYRAMOV
İdarə etdiyi oyun sayı: 10
Ən çox hansı komandanın oyununda olub: Neftçi - 4
Ən az hansı komandanın oyununda olub: Sabah, Keşlə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 9
Ən çox hansı inspektora yolları kəsişib: Şahin Cəfərov - 2
Ən az hansı inspektorla yolları kəsişib: Zöhrab Qədiyev, Fazil Mürşüdov, Ceyhun Haşımov, Anar Salmanov, Rövşən Əhmədov, Kərim Ağayev, Asim Xudiyev, Vüsal Əliyev – 1.
Qeyd: 2018/19-un tapıntısı Səbuhi Bayramov oldu. Cari mövsümdə premyer-liqada debüt edən gənc hakimin “siftə”si 12-ci turun “Zirə” – “Sumqayıt” qarşılaşmasında reallaşdı. Bunu nəzərə alsaq, o, 17 turun 10-da şans qazandı. Bir neçə həmkarının cəzalanması da onun işinə, təcrübə toplamasına yaradı. Düzdü, bir neçə oyunda səhvləri ilə yadda qaldı, ancaq bunu təcrübəsizliyinə bağlamaq lazımdı. Əslində günah Hakimlər Komitəsindədi ki, Səbuhini birdən-birə çətin oyunlara göndərdi. Onun elə “Neftçi”nin 4 oyununa getdiyini xatırlatmaq kifayətdi.
VÜQAR HƏSƏNLİ
İdarə etdiyi oyun sayı: 9
Ən çox hansı komandanın oyununda olub: Sumqayıt, Zirə - 4
Ən az hansı komandanın oyununda olub: Neftçi, Qarabağ, Keşlə - 1
Hansı komandalarla yolu kəsişməyib: -
Neçə hakim-inspektordan qiymət alıb: 6
Ən çox hansı inspektorla yolları kəsişib: Asim Xudiyev - 3
Ən az hansı inspektorla yolları kəsişib: Rövşən Əhmədov, Munis Abdullayev, Feyzulla Feyzullayev, Şahin Cəfərov – 1.
Qeyd: Vüqar Həsənli premyer-liqada cəmi 9 oyunda iş başında oldu. Amma onun istedad və perspektiv baxımından Səbuhi Bayramovdan geri qaldığını deyə bilərik. Hər halda, o, ağır qarşılaşmaları yola verməkdən çox, “təcili yardım” funksiyasını yerinə yetirməyə yarayır.
RƏŞAD ƏHMƏDOV
İdarə etdiyi oyun sayı: 5
Ən çox hansı komandanın oyununda olub: Qəbələ, Səbail, Sumqayıt - 2
Ən az hansı komandanın oyununda olub: Neftçi, Sabah, Keşlə, Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: Qarabağ
Neçə hakim-inspektordan qiymət alıb: 5
Ən çox hansı inspektorla yolları kəsişib: Fazil Mürşüdov, Asim Xudiyev, Munis Abdullayev, İmanxan Sultani, Əhmədağa Cabbarov - 1
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: Rövşən Əhmədovun oğlu tək-tük oyunlarda baş hakim kimi təyinat aldı. Rəşad Səbuhidən daha əvvəl premyer-liqa təcrübəsi qazansa da, bu mövsüm az şans qazandı.
RAMİL DİNİYEV
İdarə etdiyi oyun sayı: 3
Ən çox hansı komandanın oyununda olub: Qarabağ - 2
Ən az hansı komandanın oyununda olub: Neftçi, Səbail, Keşlə, Zirə - 1
Hansı komandalarla yolu kəsişməyib: Qəbələ, Sabah, Sumqayıt
Neçə hakim-inspektordan qiymət alıb: 3
Ən çox hansı inspektorla yolları kəsişib: Əli Hüseynov, Xaqani Məmmədov, Vüsal Əliyev
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: Ramil Diniyev 4-cü turdan sonra anladı ki, hakimlikdən getməlidi. Əslində startda 3 oyuna təyinat almaqla uğurlu başlamışdı, sanki gözə gəldi. Ciddi zədə alan hakim bir daha meydana dönmədi. Qış fasiləsində isə qərara aldı ki, hakim-inspektor olsun. Beləliklə, Diniyev mövsüm ərzində həm hakim, həm inspektor kimi iş başında olmaqla unikal göstəriciyə sahib oldu.
RÖVŞƏN RƏCƏBOV
İdarə etdiyi oyun sayı: 2
Ən çox hansı komandanın oyununda olub: Sabah, Neftçi, Qarabağ, Səbail - 1
Ən az hansı komandanın oyununda olub: -
Hansı komandalarla yolu kəsişməyib: Qəbələ, Sumqayıt, Keşlə, Zirə
Neçə hakim-inspektordan qiymət alıb: 2
Ən çox hansı inspektorla yolları kəsişib: Şahin Cəfərov, Anar Salmanov
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: Rövşən Rəcəbov “təcrübə dovşanı”dı. O, iki mövsüm əvvəl premyer-liqada debüt etmiş, sonra gözdən itmişdi. Bu mövsüm də premyer-liqada cəmi 2 oyun aldı.
KAMAL UMUDLU
İdarə etdiyi oyun sayı: 2
Ən çox hansı komandanın oyununda olub: Neftçi – 2
Ən az hansı komandanın oyununda olub: Sumqayıt, Qarabağ - 1
Hansı komandalarla yolu kəsişməyib: Qəbələ, Səbail, Sabah, Keşlə, Zirə
Neçə hakim-inspektordan qiymət alıb: 2
Ən çox hansı inspektorla yolları kəsişib: İmanxan Sultani, Babək Quliyev
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: “Neftçi” - “Sumqayıt” oyunu Kamal üçün yaddaqalan oldu. Belə ki, o, 26-cı turda premyer-liqada debüt etdi. Beləliklə, Umudlu Azərbaycan çempionatları tarixinə 100-cü baş hakim kimi düşdü.
ALİK YUNUSOV
İdarə etdiyi oyun sayı: 1
Ən çox hansı komandanın oyununda olub: Qarabağ, Keşlə - 1
Ən az hansı komandanın oyununda olub: -
Hansı komandalarla yolu kəsişməyib: Neftçi, Qəbələ, Səbail, Sabah, Sumqayıt, Zirə
Neçə hakim-inspektordan qiymət alıb: 1
Ən çox hansı inspektorla yolları kəsişib: Fazil Mürşüdov
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: təcrübəli hakimin cəmi 1 oyunda özünü göstərmək imkanı oldu. Fritn Stuxlik Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Keşlə” matçında qusarlı hakimi şəxsən iş başında izlədi və onun hakimliyə yaramadığı qənaətinə gəldi.
RAUF ALLAHVERDİYEV
İdarə etdiyi oyun: 1
Ən çox hansı komandanın oyununda olub: Keşlə, Sumqayıt - 1
Ən az hansı komandanın oyununda olub: -
Hansı komandalarla yolu kəsişməyib: Qarabağ, Neftçi, Qəbələ, Səbail, Sabah, Zirə
Neçə hakim-inspektordan qiymət alıb: 1
Ən çox hansı inspektorla yolları kəsişib: Anar Salmanov
Ən az hansı inspektorla yolları kəsişib: -
Qeyd: gənc referi cari mövsümdə premyer-liqada oyun idarə edən 14 hakimdən biridi. Əslində Rauf Allahverdiyev 17-ci turun “Keşlə” – “Sumqayıt” qarşılaşmasına ehtiyat hakim kimi təyinat almışdı. Ancaq oyunun gedişində zədələnən baş hakim Rauf Cabbarovu əvəz etməklə debütünü gerçəkləşdirdi. Ancaq onun idarəçiliyi elə 45 dəqiqəyə sığdı. Ciddi səhvlərlə yadda qalan gənc hakim bir daha premyer-liqa oyunlarında baş hakim kimi görünmədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar