28 may 19:56olke

“Əsas odu, futboldan doymamışam, oynamaq həvəsim var”

“Əsas odu, futboldan doymamışam, oynamaq həvəsim var”
Rəşad Sadiqov Tərlan Əhmədovun təklifinə isti yanaşır
Tərlan Əhmədovun qəzetimizin ötən sayındakı müsahibəsi ilə tanışsız. Təcrübəli mütəxəssis başa çatan mövsümdəki uğursuzluğa dair suala “kollektiv qura bilmədim” açıqlamasını verməklə yanaşı, “Keşlə”də qalacağı təqdirdə planlarının müəyyən hissəsini açıqlamışdı.
Əhmədov iki təcrübəli futbolçuya – Rəşad Sadiqovla Rail Məlikova ehtiyac duyduğunu və həmin oyunçuları sərəncamında görməkdən məmnun olacağını demişdi. Adı hallanan futbolçulardan Rəşad ötən yay karyerasını başa vurduğunu elan etmişdi. Və Tərlan bəyin “Keşlə”yə gəlişindən sonra məşqçiliyə başlamışdı. Bir ildi yaşıl meydanlardan uzaq qalan Sadiqovun baş məşqçinin təklifinə necə münasibət göstərəcəyi maraq doğurduğundan, onunla əlaqə saxlamağı lazım bildik. Rəşad bu işdə hansısa problemin olmadığını dedi: “Tərlan müəllimin açıqlamasından xəbərim var. Açığı, bunu özümə də eşitdirmişdi, lakin konkret söhbətimiz olmamışdı. Baş məşqçinin dediklərindən ancaq məmnun olaram. Çünki özüm də futbol oynamaq istəyirəm. Başa çatan mövsümü kənardan izləmək çox çətin idi. Düzü, elə qarşılaşmalar olurdu ki, komandaya kömək edə biləcəyimi hiss edirdim. Ancaq futbolçu kimi sifariş olunmamışdım deyə, meydana çıxmağım mümkün deyildi. Hazırda 35 yaşım var, halbuki bir çox futbolçular 36-38, hətta 40 yaşına qədər top dalınca qaçırlar. Yaş amilinin vacib olduğunu düşünmürəm”.
Deyək ki, yaş amilinin ciddi önəmi yoxdu. Axı Rəşad düz bir ildi yaşıl meydanlardan kənarda qalıb. Bu qədər uzun fasilədən sonra fiziki formasını bərpa etmək və oyun təcrübəsinin azlığı çətinlik yaratmayacaq? Səbəbkar bu mövzuda nikbindi: “1 il futbol oynamamaq dünyanın sonu deyil. O qədər zədəli futbolçular olub ki, ilboyu futbol oynamayıblar. Zədə bir tərəfə, klubsuz qalan oyunçuları da xatırlayıram. Lakin yenidən məşq edərək, daha çox çalışaraq sözlərini deməyi bacarıblar. Futbolda güc vacibdi, amma təcrübə və istək də onun qədər önəmlidi. Bəlkə də çempionatın gedişində qayıtsaydım, çətin olardı. Çünki yarıdan başlamaq asan olmur. Amma indi mövsümlərarası fasilədi. Qarşıda təxminən 2 ay vaxt var. Həmin müddətdə komanda təlim-məşq toplanışı keçəcək, yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Bu da istər-istəməz mənə xeyirdi. Həm də artıq çəkidən əziyyət çəkmirəm. Hamı kimi normal hazırlıq keçsəm, problem yaşayacağımı düşünmürəm. Yox, görsəm ki, “çatdırmıram”, meydanda kiminsə yerini tuturam, özüm ehtiyat oyunçular skamyasında oturacam. Yenə deyirəm, əsas odu, futboldan doymamışam, oynamaq həvəsim var. Tərlan müəllim məni yenidən futbolçu kimi sərəncamında görmək istəyirsə, əlimdən gələn köməyi etməyə hazıram”.
Maraq üçün qeyd edək ki, Rəşad Sadiqov buna qədər də futboldan uzaqlaşmışdı. 2017-ci ilin yayında qısa “Zirə” karyerasından sonra komandanı tərk etmiş, nəticədə işsiz qalmışdı. Tərlan Əhmədov “Neftçi”yə gəldikdən sonra ona güvənmiş və aparıcı futbolçu gözündə gördüyü Rəşad Sadiqov və komanda yoldaşları 2017/18 mövsümünü bürünc medallarla başa vurmuşdular. Sadiqov sonuncu dəfə ötən ilin mayında rəsmi qarşılaşmanın iştirakçısı olub.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar