28 may 16:43olke

"Səbail" polşalı qapıçı ilə danışıq aparır

"Səbail" polşalı qapıçı ilə danışıq aparır
Klubun meneceri Bolqarıstandadı
"Səbail" ilk dəfə çıxış edəcəyi avrokuboklara hazırlıq baxımından fəallığı ilə seçilir. "Köhnə qvardiya"nın üzvlərindən bir çoxuyla müqavilələri yeniləyən Bayıl təmsilçisinin ilk transferi Kamal Bayramov olmuşdu. Deyəsən, növbəti transfer də "əlcək sahibi" olacaq. Komanda ukraynalı əsas qapıçı Aleksandr Rıbkanın uzun müddətə - 5-6 aylığa sıradan çıxmasından sonra əcnəbi qolkiper axtarışını davam etdirir. Görünən odu ki, Kamalın və Elxan Əhmədovun bu yükü daşıya biləcəyinə inanmırlar. "Səbail" polşalı əlcək sahibi Daniel Kayzerlə yaxından maraqlanır. 27 yaşlı qapıçı 2017-ci ildən Bolqarıstanda legioner həyatı yaşayır. Belə ki, o, yüksək liqa təmsilçisi olan "Botev"də forma geyərək son mövsümdə 36 matç keçirib. Plovdiv klubuyla müqaviləsinin müddəti bitən Danielin sərbəst futbolçu olması "Səbail"in işinə yarayır. Sadəcə, "dənizçilər" bu transferi öz büdcəsinə uyğun şərtlərlə həyata keçirmək istəyir. Tərəflər razılıq əldə edərsə, 1 illik müqavilə imzalanması nəzərdə tutulub.
Bu arada "Səbail"in Avroliqa üçün hazırlıq planına qismən aydınlıq gəlib. "Dənizçilər" Ramazan ayı bitəndən sonra - iyunun 7-də bir araya gəlmək fikrindədi. Hazırlığın ilk mərhələsi paytaxtda, klubun Bayıldakı bazasında olacaq. Xaricə təlim-məşq toplanışına yollanma vaxtı viza, bilet məsələlərinin həllindən, rəqiblərin nə vaxt ora gələcəyindən asılı olacaq. Həmin ölkəyə birbaşa reyslə yollanmağı düşünən Aftandil Hacıyevin komandası iyunun ikinci yarısından iyulun ilk günlərinə kimi xaricdə hazırlıq keçəcək. "Səbail" iyunun 19-da baş tutacaq püşkə görə Avroliqadakı debüt matçını səfərdə keçirməli olarsa, birbaşa həmin ölkəyə yollanmaq variantıyla bağlı təşkilati məsələrin həllini də götür-qoy edir. Ölkə kənarında keçiriləcək toplanış üçün bir neçə variant var. Premyer-liqanın bürünc medalçısı Türkiyə, Sloveniya və Bolqarıstan variantlarından sonuncusuna daha isti yanaşır. Belə ki, "dənizçilər" orda hazırlıq keçəcək komandaların, yoxlama oyunları üçün seçə biləcəkləri rəqiblərin gücünə əsasən Bolqarıstan variantı ilə bağlı müsbət qərar verməyə çox yaxındı. Təsadüfi deyil ki, "Səbail" bu məqsədlə nümayəndəsini - əsas komandanın meneceri Fərəc Əliyevi həmin ölkəyə göndərib. Onu da bildirək ki, Avroliqadakı təmsilçimiz Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçməyi planlaşdırır. Əliyev artıq həmin məkanda vəziyyətlə yerində tanış olur və növbəti həftənin əvvəlində Bakıya qayıdaraq klub rəhbərliyinə, baş məşqçiyə məlumat verəcək. Qeyd edək ki, ötən il yay toplanışını Türkiyənin paytaxtı Ankara yaxınlığında keçən "Səbail"in bu dəfə üz tutmaq fikrində olduğu Bansko şəhəri Pirin dağlarının ətəyində yerləşir və dəniz səviyyəsindən 936 metr hündürlükədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar