28 may 19:40olke

Tahir Süleymanov azarkeşlərin futboldakı rolundan yazdı

Tahir Süleymanov azarkeşlərin futboldakı rolundan yazdı
“Bizdə sponsor futbola bir gələndə sevinir, bir də bəxti gətirsə, müflis olmayıb gedəndə”
Avroliqanın final qarşılaşmasının Bakıda keçirilməsinə hərə bir cür münasibət göstərir. Beynəlxalq dərəcəli hakim, vaxtilə “Neftçi”nin vitse-prezidenti olmuş Tahir Süleymanov da məlum qarşılaşmaya və bu oyunun ətrafında olan bəzi məqamlara toxunub. 5 ildi işsiz qalan Süleymanov sosial şəbəkədə paylaşdığı təhlil yazısında vurğunu azarkeşlərin futbol üçün vacibliyinə vurub. Buyurun, siz də oxuyun.
Azarkeşsiz futbol futbol deyil. Futbol tribunaları varlısından kasıbına, 7-dən 77-yə kimi hər kəsi birləşdirir, bərabərləşdirir, vahid bir varlığa çevirir. Futbol sehrbazları yaşıl meydanda 90 dəqiqə ərzində insanların dərd-sərini, problemlərini unutdurur, xoş anlar bəxş edir. Acı məğlubiyyətlər belə, azarkeşləri futboldan soyutmur, yeni qələbələrə səsləyir, təkan verir. Futbol bütün dünyanı özündə birləşdirən təbii dopinqdi. Bu "xəstəlik" bəla gətirmir, sevinc, kədər dolu göz yaşları ilə sabaha ümid verir. Futbol irq, din, mənsubiyyət tanımır, azarkeş sevgisinə ruhunu verir və illər ötdükcə daha çox sevilir...
Avroliqanın finalına sayılı günlər qalıb. UEFA-nın tələbləri çox yüksəkdi. Futboldan öncə insan təhlükəsizliyi əsas amildi. Bununla yanaşı, biletlərin qiymətləri də çoxdan bəllidi. Keyfiyyətli məhsul hər zaman baha olur. Futbolun ayaqda durmasının, inkişafının təmin olunmasının əsas 4-5 faktoru var. Bunlardan biri azarkeşlərdi. Daha doğrusu, azarkeşlərdən gələn gəlir. Kommersiya gəlirləri və yayından qazanılan vəsaitlərlə yanaşı, oyun günlərində əldə edilən mənfəət klubların büdcəsini formalaraşdırır. Finalda qarşılaşacaq "Çelsi" və "Arsenal" üzərində dayanaq.
Klub olaraq "Arsenal"ın dəyəri 2,5 milyard dollardı. "Çelsi" də ondan geri qalmır, qiyməti 2 milyarddan çoxdu. Dünyanın ən varlı, gəlirli klubları siyahısında olan "topçular”ın ötən mövsüm ümumi qazancı 435 milyon avro təşkil edib:
- Kommersiya gəlirləri – 135,8 milyon avro
- Yayın – 167,1 milyon avro
- Oyunu günü - 132 milyon avro
"Çelsi" - 420 milyon avro
- Kommersiya – 148,7 milyon avro
- TV-yayın – 178,2 milyon avro
- Oyun günü – 93,1 milyon avro
"Arsenal" hər qarşılaşmada bir azarkeşdən orta hesabla 97, "Çelsi" isə 90 dollar qazanır. Bütün gəlirlərin kökündə fanat, azarkeşlər dayanır. Milyonların futbola marağı olmasa, nə sponsorlar və reklamlar olar, nə də telekanalların çempionatlara milyardlarla yatırımı. Futbolda gəlirləri şərtləndirən bir nömrəli səbəbkarlar azarkeşlərdi. Onlar olmasa, futbola heç bir kommersiya, marketinq marağı göstərilməz. Təbii ki, burda maraqla yanaşı, ölkələr üzrə yaşayış səviyyəsi də gəlirlərə birmənalı təsirini göstərir.
Böyük futbol dərin təhlillərə söykənməli, münasibət tam fərqli olmalıdı. Azərbaycan futbolunun İngiltərə, klublarımızın "Çelsi" və "Arsenal"la müqayisəsi doğru olmasa da, Avropa futboluna daha yaxından inteqrasiyasını istəyiriksə, futbola fərqli yanaşılmalıdı.
Ölkədə futbolun ümumi durumu bəllidi. Üzdənyanaşmalar, pafoslu, emosional fikirlər, təhlillərə söykənməyən tənqidlər, futbol problemlərinin dəqiq araşdırılmaması həlli ləngidir, sonda irəli getməsini daha da zəiflədir. İndiki vəziyyət futboldakı yadlara sərf edir. Mövcud durumda min əziyyətlə qrup üzü görən klublarımızdan reallığa uyğun olmayan daha böyük nəticələr tələb edilir, rəqiblər, Avropa futbolu incələnmir. Əksinə, uğursuzlar kölgədə qalır, uğur qazananlar amansız təzyiqlərlə üzləşir, daha çox tənqid edilir. Belə münasibət futbolumuzda lövbər salanlara daha sərfəlidi. Futbol ictimaiyyətində psixoloji durum o həddə çatıb ki, bir çoxu daxili futboldan bezib üz döndərir, digərləri isə dünən yaradılmış komandalar üzərindəki qələbələrə sevinir.
Avropa klub reytinqində ilk “15-liy”ə düşməyimizə 4-5 pillə qalırdı. Bu, əsl böyük futbol ailəsinin daimi sakininə çevrilmək, həm də əlavə bir klubumuzun da yolunun açılması demək idi. İrəli addımlamaq əvəzinə geri dönürük. Bu gün Azərbaycan klublarının milyonlar qazanmasının tək yolu var: Avropada nəticə, yəni qrupa düşmək! Əks halda dağı(dı)lmış klublarımız kimi hamısı gec-tez məhvə sürüklənəcək. Ən yaxşı halda əksəriyyəti indiki kimi 1-2 milyonluq "yetim payı" ilə baş girləməli olacaq...
“Sky Sports” və “BT Sports” telekanalları İngiltərə premyer-liqasının 160 oyunu üçün 6 milyard dollara yaxın vəsait ödəyib. Ötən mövsüm 20 klubun hesabına ümumilikdə 3.1 milyard dollar köçürülüb. Ümumi məbləğin bir hissəsi bərabər bölünsə də, qalan hissəsi xüsusi kriteriyalara uyğun həyata keçirilir. Bunlardan biri də yuxarıda qeyd etdiyim azarkeş amilidi. Hansı komandaların oyunlarında tribunalar dolursa, yayından əlavə vəsait əldə edilir.
Azərbaycan çempionatını adaşı ilə müqayisə etməkdən uzağam. Qeyd olunanlar ictimaiyyətin futbola düzgün yanaşması üçündü. Rusiya, Türkiyə, Hollandiya bir yana, liqamız Polşa, Rumıniya klublarının yayından qazandıqları gəlirlərə belə yaxın dura bilməz. Azərbaycan çempionatında yayından “qazanılan" məbləğ 0-a bərabərdi. Bilet satışından da "əldə edilən" qəpik-quruş “Neftçi” – Qarabağ“ oyunundakı kimi əcaib "ilklər"lə ola bilər. Hansısa komandanın hər dəfə evdə keçirdiyi qarşılaşmalarda anşlaq olsa belə, bu, bir səviyyəli legionerin illik müqaviləsinə bəs etməz.
"Arsenal"ın ancaq azarkeşlərdən qazandığı mövsümlük gəlir aparıcı klublarımızın 15-20 illik büdcəsi edir. Azərbaycan futbolunda donor-sponsorun "qanını sovurub”, son damlasına kimi içməyənə qədər ondan əl çəkilmir. Bizdə sponsor futbola bir gələndə sevinir, bir də bəxti gətirsə, müflis olmayıb gedəndə. Ona görə də "bütün günahlar klublardadı" düşüncəsi birdəfəlik beyinlərdən silinməlidi. Onsuz da klub qalmayıb, ildən-ilə tükənirlər. İngiltərədə, həmçinin digər ölkələrdə, Çempionlar Liqası və Avroliqa kimi yarışlar o səviyyədə təşkil edilir ki, azarkeş marağı olur, klublar müxtəlif gəlirlərlə təbii olaraq stimullaşdırılır. Son 20 ildə klubların gəlirləri 6-7 dəfə artıb, artıq milyonlarla yox, milyardlarla ölçülür. Almaniya bundesliqasında hər il klub akademiyalarına 200 milyon avro vəsait xərclənilir. Bu, federasiyanın tələbidi, boşuna edilən diqtə deyil. Çempionatdan pul qazandırır və buna uyğun da ümumi strategiyanı müəyyənləşdirmək üçün akademiyaya pul ayırmağı tələb edir.
Azərbaycan futbolunda yeni futbol sistemi, işlək mexanizm formalaşdırmadan, çempionatın səviyyəsini artırmadan, xüsusi layihə ilə köklü bölgə klublarının bərpasını təmin etmədən, azarkeşləri yenidən tribunalara qaytarmadan gələcək inkişafdan danışmağa dəyməz. Ciddi islahatlar olmadan futbol qurumları, klublar son damlaya qədər dövlətin, xalqın, sponsorların qanını zəli kimi sormağa davam edəcəklər. Tək futbolda olanların yox, ictimaiyyətin də futbola münasibəti fərqli olmalıdı. Hamı Avropa futbolunu arzulayır, amma böyük futbol düşüncəsini yaxına buraxmaq, bununla da təfəkkür olaraq dəyişmək istəmirik. Böyük futbolun nə olduğunu azərbaycanlı azarkeşlər canlı olaraq Avroliqanın finalında bir daha görəcəklər. Nə olur olsun, futbolu möhtəşəm edən meydanda göstərilən oyunla yanaşı, stadionları dolduran fanat, azarkeşlərdi. Pulunu ödəyib dünya, Avropa futbolunun inkişafına önəmli töhfə verən təmənnasız azarkeşlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar