28 may 19:38olke

Zaur Axundov Tərlan Əhmədovun komandada qalacağını təsdiqlədi

Zaur Axundov Tərlan Əhmədovun komandada qalacağını təsdiqlədi
“Keşlə" yeni mövsümdən UEFA-nın "2 ulduz" standartlarına tam cavab verən örtükdə mübarizə aparacaq”
"Keşlə"nin Müşahidə Şurasının üzvü Zaur Axundov “Azarkeş Festivalı”nda jurnalistlərin suallarını cavablayıb. O, rəhbərlik etdiyi klubun durumu ilə bağlı danışıb.
- “Keşlə”nin premyer-liqada iştirakı dəqiqləşib?
- AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Bu məsələ ilə bağlı yekun qərar orda veriləcək.
- Bəs baş məşqçi Tərlan Əhmədovun gələcək taleyi necə olacaq?
- Tərlan Əhmədov hələlik daha bir mövsüm komandada qalacaq və işini davam etdirəcək. Ancaq bildiyiniz kimi, komandada ciddi islahatlar aparılır. Klubda köklü dəyişikliklər edirik. Bu, həm futbolçulara, həm də işçilərə aiddi.
- Növbəti mövsümlə bağlı hədəfiniz nə olacaq?
- Uğurlu çıxış etmək. Komanda ötən il ölkə kubokunun sahibi oldu, amma bu mövsüm çempionatda sonuncu yeri tutdu. Bu, böyük fərqdi. Təbii ki, həm mən, həm də "Keşlə"nin azarkeşləri bununla razılaşa bilməz. Kluba yeni oyunçular, işçilər dəvət olunacaq. İnanırıq ki, bununla canlanma yaranacaq və növbəti mövsüm uğurlu çıxış edəcəyik.
- Avrokuboklara vəsiqəni hədəfləyəcəksiz?
- Təbii ki, hər bir komanda Azərbaycanı avrokuboklarda təmsil etmək istəyir. O cümlədən də "Keşlə". Amma indi bu haqda düşünmürük. Əsas istəyimiz kollektivi komplektləşdirmək, yeni mövsümə sağlam ruhlu, iddialı komanda kimi başlamaqdı.
- Dediyiniz kimi, ötən il ölkə kubokunu qazanan komanda son mövsümdə çempionatda sonuncu oldu. Baş məşqçi dəyişikliklərinin buna təsiri oldu?
- Bunun təsiri çox oldu.
- Bəs ən çox məsuliyyət hansı məşqçidə oldu?
- Ən çox məsuliyyət məndə oldu. Seleksiya işi həvalə olunan adamlara böyük ümid bəsləyirdim. Amma onlar bunu çox zəif şəkildə etdilər. Komandaya lazımsız oyunçular cəlb olundu. Həmin futbolçular da cəmi 5-6 turdan sonra "dayandılar", oynamadılar. İllərdi futbolun içindəyəm. Görürdüm ki, komanda 60-cı dəqiqədən sonra oynaya bilmir. Bu da yanlış oyunçu seçimindən qaynaqlanır. Elə buna görə də əksər futbolçularla yolları ayırmışıq.
- Ötən mövsüm danışılmış oyun məsələləri var idi ki, buna görə komandadan uzaqlaşdırdığınız futbolçular oldu. Bu mövsümdəki matçların ikinci hissələrindəki zəif çıxış sizdə şübhə yaratmır?
- Xeyr, bu tam olaraq fiziki çatışmazlıqla bağlıdı. Aparıcı futbolçu hesab etdiyimiz bəzilərinin fiziki gücləri çatmadı. Buna görə də komandamız uğursuz nəticələr göstərdi. Bizim klubda oyun alğı-satqısından artıq söhbət gedə bilməz.
- Stadionla bağlı problem yoluna qoyulub?
- Heç bir problem yoxdu. İyunun 1-də tender təşkil ediləcək və qalib şirkət meydanın örtüyünü dəyişəcək. "Keşlə" yeni mövsümdən UEFA-nın "2 ulduz" standartlarına tam cavab verən örtükdə mübarizə aparacaq.
- Bütün stadionlarda artıq təbii örtük quraşdırılıb. Siz niyə təbii örtüyə keçmədiz?
- Hazırda Avropada elə süni stadionlar var ki, təbii otdan heç də geri qalmırlar. UEFA onlara ulduz kateqoriyası verir və həmin arenalarda bu qurumun bayrağı altında olan turnirlər keçirmək mümkündü. Bu üzdən də qərara gəldik ki, süni örtük daha məqsədəuyğun olar. Həm də bizim əvəzedici heyətimiz və U-19 komandamız da orda çıxış edir. Təbii örtükdə oyun keçirsən, gərək qarşılaşmadan sonra 3 gün ora heç kim daxil olmasın. Meydanlar da az olduğundan, süni örtüyü üstün tutduq. Çünki 10-a yaxın komandamız var.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar