04 apr 16:02olke

Milli AÇ üçün toplandı, Ramiz Çovdarov yenə kənarda qaldı!

Milli AÇ üçün toplandı, Ramiz Çovdarov yenə kənarda qaldı!
Biro Jade: “Diqqətimizi belə xırda məsələlərə ayırmağa vaxtımız yoxdu”

Bakının evsahibliyi edəcəyi Avropa çempionatının əsas mərhələsinin startına cəmi 5 gün qalır. Yığmamız məhz qitə yarışı üçün dünən bir araya gəlib. Bu gündən isə təlim-məşq toplanışı başlayır. Bəribaşdan qeyd edək ki, milli üzvləri bu gündən başlayaraq AÇ-nin sonuna qədər AFFA-nın Futbol Akademiyasında qalacaq. B qrupunda Bosniya və Hersoqovina, Macarıstan və Albaniya ilə mübarizə aparacaq komandamızın baş məşqçisi Biro Jade məsul yarış üçün heyəti müəyyənləşdirib. Düzdü, yekun siyahı bu gün açıqlanacaq, ancaq biz dəvətlilərin adlarını dünən öyrəndik və baş məşqçiylə dəqiqləşdirdik ki, bu elə yekun heyətdi. Beləliklə, Moldova ilə oyunlardakı heyətlə müqayisədə bir neçə dəyişiklik diqqəti çəkir.
“Araz”ın gənc oyunçusu Oqtay Rüstəmli ilə “Neftçi”nin üzvü Fərid Atakişiyev budəfəki siyahıda yer almayıb. Görünür, onların Moldova ilə martın 29-u və 30-da baş tutan oyunlardakı çıxışı Bironu qane etməyib. Digər tərəfdən, Vitali Borisovun dönüşü də baş məşqçinin “əlini gücləndirib”. Serbiya “Ekonomaç”ında forma geyən legionerimiz dünən gecə Bakıya dönməliydi. Bundan başqa, gənc mütəxəssis AÇ-də “Ekol”un üzvü Nihad İsmayılovun xidmətindən yararlanmağı düşünür. Beləliklə, ölkəmizi qitə çempionatında bu futzalçılar təmsil edəcək: Rövşən Hüseynli, Anar Məmmədov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev, Everton Kardosa, Fineo de Araujo, Eduardo Borges, Vilyam Oliveyra, Tyaqo Teles (hamısı “Araz”), Elnur Zamanov, Nihad İsmayılov (hər ikisi “Ekol”), Faiq Əliyev, Namiq Məmmədkərimov (hər ikisi “Neftçi”), Vitali Borisov (“Ekonomaç”, Serbiya).
Göründüyü kimi, Ramiz Çovdarov yenə millidən kənarda qalıb. Məşqə gəlməyən və buna görə baş məşqçinin iradıyla üzləşən, səhvini etiraf etmək əvəzinə Biro Jade ilə mübahisə edən intizamsız futzalçı xarakterinin cəzasını çəkir. Hərçənd o, qəzetimizə verdiyi açıqlamada səhvini anladığını, Futzal Federasiyasının prezidenti Zaur Axundovla görüşdükdən sonra yığmaya dönəcəyinə ümid etdiyini bildirmişdi. Belə görünür, Çovdarov braziliyalı mütəxəssisə “yuxarılar”ın əliylə təzyiq edə biləcəyinə inanır. Ancaq deyəsən, “daş qayaya rast gəlib”. Biro sələflərinə bənzəmədiyini ortaya qoymaqda, prinsipial mövqeyini nümayiş etdirməkdədi. Braziliyalı, ümumiyyətlə, Ramizlə münaqişə yaşadığını dilə gətirmək istəmir. Baş məşqçiylə bu barədə qısa dialoqu diqqətinizə çatdırırıq.
- Yekun siyahını nə vaxt açıqlayacaqsız?
- Siyahı artıq hazırdı və onu federasiya rəsmilərindən ala bilərsiz.
- Bizə dedilər ki, o ilkin siyahıdı.
- Heç bir dəyişiklik gözlənilmir. Sadəcə, rəhbərlik təsdiqləyəcək, vəssalam. Artıq bu gün məşqlərə başlayırıq.
- Ramiz Çovdarovu yenə dəvət etməmisiz. Bu, aranızdakı mübahisəyə görədi?
- Aramızda heç nə baş verməyib.
- Axı Ramiz özü bunu bizə etiraf edib.
- Mən hamının fikirlərinə hörmətlə yanaşıram. Amma onun yığmada olmaması mübahisəyə görə deyil.
- Bəs nəyə görədi?
- Bu gün Azərbaycanda istedadlı gənclər çoxdu. Mən braziliyalıların sayını 5-ə endirmişəm və yerli gənclərə üstünlük verirəm. Sizə Faiq Əliyev, Nihad İsmayılov, Fərid Atakişiyev kimi gənclərin olması maraqlı deyil?
- Ramiz rəhbərliklə görüşdükdən sonra milliyə çağırılacağına ümid edir.
- Yenidən əvvəlki suala qayıtdız? Dedim axı, heç bir dəyişiklik gözlənilmir. Rəhbərlik seçim etməyi mənə tapşırıb. Mən də siyahını hazırlayıb onlara vermişəm. Sabah təsdiqlənəcək və biz toplanışa başlayacağıq. Bir daha deyirəm, Azərbaycanda başqa istedadlar da var. Diqqətimizi belə xırda məsələlərə ayırmağa vaxtımız yoxdu. Bizi qarşıda məsul yarış gözləyir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar