26 may 15:17olke

“Ekol” kubokun sahibi oldu

“Ekol” kubokun sahibi oldu
Radik Əhmədov: “Sırf yerli futzalçılarla “İran legionu”na qarşı mübarizə aparmaq çətindi”
Fuad Rzayev: “Uğurlu mövsüm keçirdik”

Mayın 23-də Bakı İdman Sarayında futzal üzrə ölkə kubokunun finalı baş tutdu. Həlledici oyunda yüksək liqanın bürünc mükafatçısı “Ekol”la ikinci liqa təmsilçisi “Advokat” üz-üzə gəldi. “Vəkillər”in finala qədər irəliləməsi sürpriz idisə, “şirkət təmsilçisi” “Araz” və “Neftçi” kimi çətin rəqibləri üstələməklə bunu haqq etmişdi. Oyunun favoriti də Radik Əhmədov və komandası idi. Buna baxmayaraq, “Advokat”dan çəkinməyə dəyərdi. Ən azı baş məşqçi amili belə deməyə əsas verirdi. Belə ki, Fuad Rzayev ardıcıl ikinci mövsüm finala komanda çıxarmışdı. Vaxtilə U-17 yığmamızı, həmçinin birinci liqanın çempionlarından olmuş DST komandasını çalışdırmış mütəxəssis ötən mövsüm “Uğur”un “sükanı arxasında” idi. İkinci liqada VİP adı altında da çıxış edən bu komanda həlledici oyunda yüksək liqanın vitse-çempionu “Marafon”a 6:9 uduzmuşdu. Yeri gəlmişkən, məğlubiyyəti həzm edə bilməyən “Uğur” mükafatlandırmaya qatılmamışdı...
Finalı kifayət qədər tamaşaçının izlədiyini vurğulayaq. Hər iki komandanın sponsoru olan şirkət arenaya təşkilatlanmış formada təşrif buyurmuşdu. Yüksək liqa təmsilçisini dəstəkləmək üçün 3, “vəkillər” üçün isə 2 avtobus adam gəlmişdi. Həm də azarkeşlər yetərincə fəal idilər, sanki bir-birinin bəhsinə girmişdilər. Oyunu izləyənlər arasında Hakimlər Komitəsinin sədri Frits Stuxlik, həmçinin FİFA referisi Əliyar Ağayev, millimizin və "Araz"ın baş məşqçisi Joze Alesio da Silva var idi. braziliyalı mütəxəssis bu gün vətəninə istirahətə yollanacaq...“CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanan həlledici oyundan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən ölkə kubokunun finalı üçün hazırlanmış fləşmob nümayiş etdirildi.
Heyətlə bağlı problem yaşamayan tərəflərin duelində hesabı “Advokat” erkən aça bilərdi. Amma 2-ci dəqiqədə qapıçı ilə üzbəüz qalan Vüsal İsayev şansını qaçırdı. Əvəzində “Ekol” qısa müddətdə ardıcıl iki qol vurdu. Fərid Atakişiyev 3-cü dəqiqədə hesabı açdı. Cəmi 18 saniyə sonra təcrübəli Namiq Məmmədkərimov fərqi artırdı. Ancaq “vəkillər” rəqibin 2-ci qolundan 25 saniyə sonra Ceyhun Əhmədovla fərqi azaltdı və intriqanı ölməyə qoymadı. Hissənin ortalarına kimi meydanda başabaş mübarizə getdi. 11-ci dəqiqədə Məmmədkərimov yenə fərqi 2 topa çatdırdı - 3:1. “Advokat” dərhal cavab qolunu vura bilərdi. Ümumiyyətlə, ikinci hissənin ortalarından etibarən ikinci liqa təmsilçisi üçün çox gözəl imkan yaranmışdı. Belə ki, “Ekol”da cərimələrin sayı 5-ə çatdığından, hər qayda pozuntusu 10 metrlik zərbə demək idi. Di gəl ki, 12-ci dəqiqədə Əhmədov ilk belə imkandan yararlana bilmədi. O, tiri nişan aldı. Fasiləyə qədər Namiq daha 2 qol vurub pokerini rəsmiləşdirdi. Fuad Rzayevin komandası isə daha bir 10 metrlik zərbədən faydalana bilmədi. Beləliklə, “Ekol” ilk yarını 5:1 üstün başa vurdu.
İkinci hissədə də azarkeşlər maraqlı mübarizəyə şahidlik etdilər. Düzdü, 26-cı dəqiqədə sırf standart vəziyyəti yerinə yetirmək üçün meydana çıxan, “Ekol”un rəhbərinin oğlu Ələsgər Ələsgərli cərimə zərbəsindən baxımlı qolla hesabı 6:1-ə çatdırdı. Ancaq oyundan qopmayan "Advokat" 3 dəqiqə ərzində 2 qol vurmaqla rəqibini həyəcanlandırdı. Əvvəlcə komandasının ən yaxşısı olan Vüsal İsayev, 30-cu dəqiqədə isə Seymur Davıdov fərqləndi. Ancaq "vəkillər"in bundan artığına gücü çatmadı. Əksinə, nominal meydan sahibləri 31-ci dəqiqədə Fərid Atakişiyevin vurduğu qolla üstünlüyünü bir qədər də artırmaqla 7:3 qalib gəldi və dördüncü dəfə ölkə kubokuna sahib çıxdı.
Oyun başa çatandan sonra mükafatlandırma mərasimi keçirildi. "Ekol" komandasının üzvü Namiq Məmmədkərimovun həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçildiyini vurğulayaq. Mükafatları AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov və beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim etdilər.
Ekol – Advokat 7:3 (5:1)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 7. Ramiz Çovdarov, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev.
Baş məşqçi: Radik Əhmədov.
Advokat: 86. Kamran Əskərov, 6. Vüsal İsayev, 14. Ruslan İsgəndərov, 24. Ramil Həsənov, 91. Elvin Şirinli; 12. Elyar Həsənov, 4. Seymur Davıdov, 7. Emin Zeynalov (k), 8. Ümman Ağamalıyev, 10. Rəfail Abbasov, 15. Rauf Əmiraslanov, 55. Ceyhun Əhmədov, 77. Ceyhun Şirinli, 96. İlyas Şükürov.
Baş məşqçi: Fuad Rzayev.
Qollar: F.Atakişiyev, 3 (1:0). N.Məmmədkərimov, 4 (2:0). C.Əhmədov, 4 (2:1). N.Məmmədkərimov, 11 (3:1). N.Məmmədkərimov, 16 (4:1). N.Məmmədkərimov, 17 (5:1). Ə.Ələsgərli, 26 (6:1). V.İsayev, 28 (6:2). S.Davıdov, 30 (6:3). F.Atakişiyev, 32 (7:3).
Vərəqələr: R.İsgəndərov, 25. V.İsayev, 27 – sarı.
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov.
23 may. Bakı İdman Sarayı.
MİRAĞA

Belə dedilər...
Fuad Rzayev: "Komandamdan razı qaldım. Uğurlu mövsüm keçirdik. Düzdü, yarımfinalı texniki qələbə sayəsində adladıq. Ancaq istənilən halda, ölkə kubokundakı çıxışımızı uğurlu sayıram. Yarımfinala qədər yüksək liqanın, həmçinin birinci liqanın iddialı təmsilçilərini mübarizədən kənarlaşdırmışdıq. Bu gün də "Ekol"a layiqincə müqavimət göstərdik, xeyli qol vəziyyəti yaratdıq. İki "10 metrə"ni boşa verdik. Komandam sırf yerli oyunçulardan qurulub. İkinci liqa ilə müqayisədə kubokda daha uğurlu çıxış etməyimizin səbəbinə gəlincə, rəhbərliklə belə qərara gəlmişdik ki, çempionatda meydan oyunçularından ikisi vəkil, ikisi isə sırf futzalçı olsun. Bu gün, gördüyünüz kimi, əsas oyunçularımın xidmətindən yararlandım".
Radik Əhmədov: "Bildiyiniz kimi, çempionatda bürünc mükafat qazandıq. Pley-offda "Araz" səddini keçə bilmədik. Baxmayaraq ki, "qoşa oyun"dan birini udmuşduq. Həlledici qarşılaşmada itkilərimiz oldu, oyunçularımıza qırmızı verilmişdi. Yeri gəlmişkən, hakimlikdən də narazıyam. Digər tərəfdən, sırf yerli futzalçılarla “İran legionu”na qarşı mübarizə aparmaq çətindi. Pley-offdakı rəqiblərimizin üçünün də - “Araz”ın, “Xəzər Cənub”un və “Neftçi”nin heyətində xeyli iranlı var. “Ekol” olaraq, dəfələrlə buna etiraz etmişik. Bu qədər legionerin futzalımıza heç bir faydası yoxdu. Gəlib at oynadırlar, axırda da mükafatlandırmaya çıxmır, canlı yayınlanan oyunda hörmətsizlik edib gedirlər. Halbuki 11 ildi bizə qarşı hakim ədalətsizliyi olub, narazılığımızı sivil qaydada çatdırmışıq. “Araz”ın uzun illərdi çempionluğu heç kimə güzəşt etməməsi də bizi usandırmır. Nə qədər ki, onlar yerli oyunçularla oynayırdılar, lider biz idik, qış fasiləsinə məhz biz zirvədə yollanmışdıq. Legioner olar, ancaq bu qədər yox. Çox istərdik ki, növbəti mövsüm legioner limiti tətbiq olunsun. İnşallah, ən yaxşı yerli oyunçulara sahib olan “Ekol” da çempion olar. İstənilən halda, mövsümü bürünc mükafatçı və kubokun qalibi kimi bitirməyimizi qənaətbəxş nəticə sayıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar