24 may 15:10olke

Joze Alesio limitin tərəfdarıdı

Joze Alesio limitin tərəfdarıdı
“Çoxları “Araz”ın braziliyalılarsız çempion ola bilməyəcəyini deyirdi”
Yüksək liqada daha bir mövsümə yekun vuruldu və “Araz” növbəti dəfə hamıdan güclü oldu, Çempionlar Liqasında oynamaq hüququ qazandı. İlk dəfə tətbiq olunan pley-off sistemi isə mübarizənin sona qədər davam etməsinə imkan yaratdı. Halbuki əvvəlki illərdə çempion 3-4 tur əvvəldən məlum olurdu. Bəs başa çatan mövsümlə bağlı komandasına qızıl medallar qazandıran baş məşqçi Joze Alesio Da Silva nə düşünür? Razı və narazı qaldığı məqamlar hansılardı? Braziliyalı mütəxəssis federasiyanın rəsmi saytına müsahibə verib.
- Yüksək liqanın başa çatan mövsümünü necə dəyərləndirirsiz?
- Bizim üçün mövsüm çətin keçdi. Xüsusilə də heyətlə bağlı dəyişikliklərimiz çox oldu. Yayda bir heyətlə başladıq, qış fasiləsində isə iranlı futzalçıları komandaya dəvət etdik. Əlbəttə, yeni oyunçuların komandaya qoşulması hazırlıq prosesini də çətinləşdirdi. Çempion olsaq da, komandamın mövsüm ərzindəki çıxışından, hazırlığından tam razı qalmadım. Anlaşma baxımından “axsayırdıq”.
- “Araz”ın əvvəlki illərlə müqayisədə zəif təsir bağışladığını demək olarmı?
- Ötən mövsüm heyətimizdə braziliyalı futzalçılar vardı. Yayda onlar başqa klublara keçdilər. Bu dəfə fərqli ölkədən – İrandan transferlər etdik. Seçmə mərhəldə də uğursuz oynadıq. Amma futzalçılarıma hörmətlə yanaşıram və onlara “zəif oynadız” deyə bilmərəm. Çünki biz mövsümü çempion kimi başa vurduq. Yenə deyirəm, əvvəlki illərdəki kimi oynaya bilmədik. Ümumi götürsək, çempionatda legionerlərin sayı çox idi. Bu amil yüksək liqaya marağı artırsa da, milli komanda üçün yaxşı göstərici deyil. Çünki yerli oyunçular az oynayırlar. Millinin baş məşqçisi kimi növbəti mövsümdən legionerlərlə bağlı limitin tətbiq olunmasının və yerli gənclərin komandalara cəlb edilməsinin tərəfdarıyam.
- Pley-off mərhələsinin tətbiqini necə qiymətləndirirsiz?
- Razıyam, həqiqətən maraqlı oyunlar izlədik. Bütün komandaların şansı eyni idi. Çempion son oyunda müəyyənləşdi. Hətta heç bir komanda 2 qələbəni ilk 2 oyunda əldə edə bilmədi. Ancaq Azərbaycan çempionatı üçün pley-off mərhələsinin tətbiqinin erkən olduğunu düşünürəm. Çünki yüksək liqada cəmi 7 komanda iştirak edir. Pley-off mərhələsini daha çox komandanın iştirak etdiyi çempionatlarda tətbiq edirlər. Biz isə buna hələ hazır deyilik.
- Növbəti mövsümlə bağlı planlar necə olacaq?
- Hələ bununla bağlı federasiya rəhbərliyi ilə görüşümüz olmayıb. Plan quran zaman millini prioritet tutmalıyıq. Oktyabrda bizi dünya çempionatının seçmə qrup mərhələsinin oyunları gözləyir. Məqsədimiz yenidən final mərhələsinə qatılmaqdı. Yaxın günlərdə planlarımız müəyyənləşəcək.
- Yığmadan söz düşmüşkən, komandanın seçmə mərhələ oyunlarında iştirakını da nəzərə alsaq, hansı yeniliklər gözlənilir?
- Seçmə mərhələnin oyunları Bakıda keçiriləcək və biz bu qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Komandanı tez-tez bir yerə toplamalı, məşqlər keçməliyik. Bir beynəlxalq turnirdə (söhbət sentyabrın 21-dən 26-dək Rusiyada təşkil olunacaq turnirdən gedir) iştirak edəcəyik. Ancaq bu kifayət deyil. Görüləsi iş çoxdu. Seçmə oyunlar hər zaman çətin keçir. Biz pley-off oyunlarına qatılmaq üçün qrupda ilk iki pillədən birini tutmalıyıq. Bu məsələləri də federasiya rəhbərliyi ilə müzakirə edəcəyik.
- Mövsümün məşqçisi seçilməyinizə reaksiyanızı bilmək istərdik.
- Seçimlər zamanı mənə səs verən hər kəsə təşəkkür edirəm. Komandam üçün çətin mövsüm oldu. Çoxları “Araz”ın braziliyalılarsız çempion ola bilməyəcəyini deyirdi. Ancaq biz əmək sərf etdik, çox çalışdıq, uşaqlar onlardan nə istədiklərimi anladılar və yekunda məqsədimizə nail olduq. Hər şeydən razıyam.
- Əvvəlki mövsümlərlə bu çempionatı müqayisə edə bilərsiz?
- Bu mövsüm rəqabət var idi. Xüsusilə də pley-off oyunları çox maraqlı keçdi. Son mərhələdə 4 komandanın şansı eyni idi. Halbuki əsas mərhələni biz lider kimi başa vurmuşduq və pley-off mərhələsi olmasaydı, çempionluğumuzu bayram edəcəkdik. Son mərhələ çox emosional keçdi. Texniki zonada oyunu izləyərkən titulu qazanmaqla yanaşı, itirmək qorxusuyla da mübarizə aparırdım.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar