24 may 14:03olke

“Dəyişikliklər vacibdi, amma belə yox”

“Dəyişikliklər vacibdi, amma belə yox”
Ayite “Keşlə” ilə yeni müqavilə bağlaya bilər
Türkiyəli azarkeşlər, xüsusən də alanyalı futbolsevərlər onu daha yaxşı tanıyır, xatırlayır və sevir. Birvaxtlar “Alanyaspor” aşağı dəstədə mübarizə aparanda məhz onun vurduğu qolların sayəsində superliqaya vəsiqə qazanmışdı. Sonradan “Yeni Malatyaspor”la “Samsunspor”un heyətində yer alsa da, payızda karyerasını “Keşlə”də davam etdirmək qərarına gəldi. Lakin ölkəmizdə top qovduğu dönəmdə ümidləri tam doğrultduğunu deyə bilmərik. Çempionatın sonuna yaxın qolları sıralasa da, artıq gec idi, “qırmızılar”ın sonunculuqdan qurtula bilməyəcəyi böyük ölçüdə dəqiqləşmişdi.
Haqqında danışdığımız Conatan Ayitedi. Həmin futbolçu ki, klub saytı yaydığı xəbərdə onunla yeni müqavilə bağlanmayacağını diqqətə çatdırıb. O isə bu məlumata təəccübləndiyini deyir, karyerasını ölkəmizdə davam etdirmək istəyini və yenidən “Keşlə”də oynamaq imkanının olduğunu gizlətmir. Dünən əlaqə saxladığımız təcrübəli futbolçuyla bir çox suallar ətrafında söhbətləşdik.
- Deyəsən, Türkiyədəsən...
- Xeyr, Bakıdayam hələ.
- Nə yaxşı?
- Oğlum burda təhsil alır. Məktəblərin bağlanmasını gözləyirik. Mayın sonuna qədər burdayıq, görək nə olur.
- Dedim, bəlkə “Keşlə”ylə danışıq aparırsan deyə, Bakıda qalmısan.
- Hər şey ola bilər. Mövsüm başa çatandan sonra yeni müqavilə şərtləri ilə bağlı heç kimlə danışmamışam. Ona görə də gözləyək.
- Amma klub saytında müqaviləsi yenilənməyən 13 nəfərin arasında sənin də adın göstərilib.
- Bilirəm, xəbərim var. Komandadan ayrılan futbolçular arasındadı adım, gördüm. Görək necə olur.
- Nəsə dəyişə bilər ki?
- Həyatdı, hər şey ola bilər.
- Yeni müqavilə?
- İndidən nəsə demək istəmirəm. Bir az səbr edək, bəlkə hansısa yenilik oldu.
- “Keşlə”, yoxsa başqa klub?
- Danışıq apardığım bir neçə klub var. “Keşlə” variantı da istisna deyil. Bakıda yaşamaq, burda futbol oynamaq mənim və ailəm üçün xoşdu. Üstəlik oğlum məktəbə gedir, dostlar qazanıb özünə. Daha 1 il Azərbaycanda oynamaq istəyirəm. Alınmasa, karyeramı yenidən Türkiyədə davam etdirəcəm.
- Saytdakı xəbəri oxuyanda təəccübləndin?
- Düzünü desəm, hə. Belə olacağı ağlımdan keçmirdi. Adımın gedənlərin siyahısında olmasını sürpriz kimi qarşıladım. Mövsümün sonunu yaxşı keçimişdim. Müntəzəm şans qazanır, qollar vurur, komandama kömək edirdim. Çempionatın gedişində lazımi qədər fürsət qazanmadım. Əvvəldən daim oynasaydım, qolların sayı daha çox olardı. Siyahını kimin tərtib etdiyini bilməsəm də, təəccübləndim.
- Mövsüm başa çatandan sonra klub rəhbərliyindən heç kimlə danışmamısan?
- Heç kimlə söhbətim olmayıb. Amma bilirəm ki, rəhbərlikdə təmsil olunanlardan bəziləri qalmağımı istəyir.
- Elədisə, komandada qalmağını kim istəməyib? Ya Zaur Axundov, ya da Tərlan Əhmədov.
- Biri başqandı, o biri baş məşqçi. Mütləq ki, qərarı onlar verməlidi. Amma konkret ad çəkə bilməyəcəm. Çünki Əhmədovla heç bir söhbətim olmayıb. Əksinə, mövsümün son oyunlarında mənə güvəndiyini göstərirdi. Axundov isə məni şəxsən “Keşlə”yə dəvət etmiş, inandığını demişdi. Hətta çempionatın gedişində çıxışımdan razı qaldığını deyirdi. Ona görə də qərarı kimin verdiyini demək çətindi.
- Baş məşqçi ilə münasibətin necə idi?
- Peşəkar münasibətimiz olub. Sırf futbolçu ilə baş məşqçi arasında olan münasibət. Mənimlə türk dilində danışırdı. Özümə qarşı qapalılıq, yaxud uzaqlıq hiss etməmişəm. Ona görə də adımı siyahıda görəndə təəccübləndim. Amma daxilində nə düşündüyünü deyə bilmərəm.
- Necə düşünürsən, Conatan Ayite “Keşlə”yə faydalı olmağı bacardı?
- Bu cür klubda, ab-havada və şəraitdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Komanda bir futbolçudan ibarət deyil ki, hər şeyi o həll etsin. Hər kəs öz çıxışına cavabdehdi. Öz adımdan onu deyə bilərəm ki, başlanğıcda o qədər də yaxşı deyildim. Bu da ilk dəfə Azərbaycan çempionatında oynadığıma görəydi. Fransa və Türkiyə kimi ölkələrin yüksək dəstəsində çıxış etdikdən sonra burdakı futbola və ab-havaya uyğunlaşmağım zaman tələb edirdi. Gördüyünüz kimi, vaxt keçdikcə özümə gəldim. Çempionatın sonlarında əla forma yığmışdım, son 3 oyunun hər birində qol vurmağı bacardım. Kaş premyer-liqa başa çatmazdı, daha 3-5 tur olardı və nəyə qadir olduğumu tam göstərərdim.
- Rəhbərliyin 13 nəfərlə bağlı məlum qərarı “Keşlə”nin mövsümü sonuncu pillədə başa vurmasıyla bağlıdı. Klub prezidenti olsaydın, eyni qərarı qəbul etməzdin?
- Futbolçuların səviyyəsi aşağıdısa, bəli, mən də eyni cür edərdim. Amma futbolçuların bacarığı varsa, sadəcə, komanda şəklində möhkəmlənib nəticə qazanmağı bacarmayıblarsa, məncə, burda kütləvi yolasalmaya gərək yoxdu. Heç kim deyə bilməz ki, “Keşlə”nin futbolçularının hamısı zəif idi deyə, sonuncu oldular. Dəyişikliklər vacibdi, amma belə yox. Baxın, 13 nəfərlə yollar ayrılıb. Bu nə deməkdi? Növbəti mövsüm üçün azı 13-14 nəfərlə güclənmək lazımdı. Və bu futbolçuların heç də hamısı təlim-məşq toplanışı başlayan günə qədər komandaya qoşulmayacaq. Biri iyunun əvvəlində gələcək, digəri ortasında, bir başqası avqustda. Bir də baxacaqsan ki, çempionat başlayır, lakin sən tam heyətlə toplanış keçə bilməmisən. Hətta 13 nəfər ilk gündən gəlsə belə, ayyarıma yeni komanda qurmaq asan iş deyil. Bunun üçün möcüzə etməlisən.
- “Keşlə” rəhbərliyinin, yaxud Tərlan Əhmədovun yerinə olsaydın, nə edərdin?
- Nikola Mitroviç çox yaxşı futbolçudu. Denis Silva müdafiədə təcrübəlidi. Özüm haqda heç nə deməyəcəm, Türkiyə futbolu ilə yaxından maraqlananlar nəyə qadir olduğumu görüb, bilir. Göndərilən 13 nəfərdən dörd-beşini saxlamaq olardı. Çünki hər bir komandaya daxili ab-havadan xəbərdar olan bir neçə təcrübəli futbolçu lazımdı. Yeni gələn əcnəbilər həmin təcrübəlilərdən nəsə öyrənməlidi ki, uyğunlaşma prosesi tez başa çatsın. Başqa cür desəm, komandanın lideri olmalıdı və həmin futbolçu ətrafına əsl kollektiv yığmalıdı. Sağlıq olsun, nə vaxtsa məşqçi işləsəm və ya klub rəhbəri olsam, belə davranaram.
- Komandan mövsümü niyə sonuncu pillədə başa vurdu?
- Ötən mövsümün sonundan başlayan dəyişiklikləri yada salın. Neçə məşqçi və futbolçu dəyişikliyi baş verib. Ukraynalı mütəxəssis olub, o getmişdi, yerinə serb çalışdırıcı gəlmişdi, mövsümün gedişində də Tərlan Əhmədov gəldi. Həmçinin də futbolçular. Bəziləri yayda cəlb olunmuşdu, mən də daxil olmaqla bəziləri mövsümün gedişində gəldik, qışda daha bir neçə nəfər. Yəni bu qədər dəyişiklik və yeniliklərin fonunda uğur qazanmaq möcüzə olardı. Futbol sabitliyi sevir. Futbolun səviyyəsi o qədər də yüksək olmayan ölkədə “Qarabağ”ın avrokuboklardakı uğuru mənə maraqlı gəlir. Ətrafımdakılardan səbəbini soruşuram, hamı sabitliyi əsas gətirir. Baş məşqçiləri, səhv etmirəmsə, 10 ildən çoxdu komandadadı. Bir neçə aparıcı futbolçusu da azı 3-5 ildi “Qarabağ”da oynayır. Uğur qazanacaq komanda görmək istəyirsənsə, yayda heyəti komplektləşdirməli, yaxşı hazırlıq keçməli, yoldaşlıq görüşlərində qüvvəni sınayıb əskikləri görüb, aradan qaldırmalı və həvəslə çempionatın başlamasını gözləməlisən. Başqalarını demirəm, özümdən götürək. Superliqada, Liqa A-da oynamış futbolçu kimi qışa qədər “Keşlə”yə fayda verə bilmirdim. Çünki zamana ehtiyacım vardı. Sonradan özümə gəldim. Diallo Quidileyeni xatırlayırsız yəqin. Mənimlə eyni vaxtda gəlmişdi. Fantastik oyunçudu, vaxtilə “Brest”, “Nansi” kimi komandaların şərəfini qoruyub, üstəlik 2017/18 mövsümünü superliqada keçirmişdi. Lakin alınmadı. Bura gələndə hazır deyildi deyə, ona vaxt lazım idi. “Keşlə”yə yayda qoşulub, çempionata hazır başlasaydıq, hər şey fərqli olardı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar