24 may 13:18olke

“Topaz” mayın 28-də festivala başlayır

“Topaz” mayın 28-də festivala başlayır
“Hilton”da açılış tədbiri keçirildi
Mayın 28-dən iyulun 14-dək Azərbaycanda “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək. “Topaz”ın dəstəyi ilə baş tutacaq mini futbol üzrə yarış 7 bölgəni əhatə edəcək. Dünən “Hilton” otelində festivalın təqdimat mərasimi baş tutdu. Tədbirdə "Caspiantech" QSC-nin nümayəndələri Esin Umut və Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və futbol ictimaiyyətinin başqa nümayəndələri iştirak edirdi. Tədbirin aparıcısı iştirakçıları salamladıqdan sonra söz “Topaz” rəsmisi Aynurə Bayramovaya verildi: “Bildiyiniz kimi, “Topaz” 2011-ci ildən Azərbaycanda ilk və yeganə qanuni idman-mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yarandığımız gündən idmanın inkişafına xüsusi dəstək olmağa çalışırıq. 2012-ci ildən Azərbaycan premyer-liqasının rəsmi sponsoruyuq, müxtəlif federasiyaların isə dəstəkçisiyik. “Topaz Futbol Festivalı”nın keçirilməsində əsas məqsəd isə Azərbaycanda futbolun inkişafına dəstək olmaqla yanaşı, həvəskarların boş vaxtlarını səmərəli keçirmələrinə də şərait yaratmaq, eyni zamanda bölgələrimizdə mini futbolun təbliğatını daha da artırmaqdı”.
Sabiq hakim Əfqan Həmzəyev məlumat verdi ki, turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq. Həvəskarlar arasında keçiriləcək yarış ödənişsizdi və sırf insanların asudə vaxtının səmərəli təşkilinə xidmət edəcək: “Elə bölgələrimiz var ki, orda məhəllələrarası yarışlar keçirilir. Ancaq bu, rəsmi turnir səviyyəsində deyil və çox vaxt mükafat almırlar. Bu festival onlar üçündü, həm işdən sonra futbol oynamaqla əylənəcəklər, həm də kubok və hədiyyə qazanacaqlar. Ümumiyyətlə, heç bir iştirakçı hədiyyəsiz qalmayacaq. “Topaz” hətta uduzan komandalara da alış-veriş talonları verəcək. Açılış və bağlanış mərasimlərini təmtəraqlı keçirəcəyik, müğənnilər, futbol və müharibə veteranlarını dəvət edəcəyik. Hər bölgədə keçiriləcək turniri xüsusi viktorinalar daha da maraqlı edəcək. Bir sözlə, əsl bayram, festival olacaq”.
Gülağa Cabbarov isə yarışın reqlamenti ilə bağlı bilgi verdi: “Ölkədə futbolun inkişafına dəstək olaraq keçiriləcək yarışda bütün bölgələr üzrə ümumilikdə 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Hər komandada 10 oyunçu, 2 məşqçi olacaq. Yarış dairəvi sistemlə keçiriləcək, bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq. Paytaxt komandaları da Sumqayıtdakı turnirə qatılacaqlar. Yalnız Sumqayıtdakı yarışdan iki komanda finala adlayacaq. Bir sözlə, festivalın qalibi məhz Bakıda müəyyənləşəcək. Həlledici mərhələ də dairəvi sistemlə keçiriləcək”.
Festivalın ilk mərhələsi Qusarda baş tutacaq və əlamətdar tarixə - 28 May Respublika Gününə təsadüf edəcək. Bu turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində baş tutacaq. İyunun 2-də isə Xocavənd turniri start götürəcək. Xocavənd İdman Kompleksində keçiriləcək mərhələ bir günə yekunlaşacaq. Lənkəran mərhələsinin qalibi isə iyunun 16-da Olimpiya İdman Kompleksində müəyyənləşəcək. Gəncəbasar zonası iştirakçıları iyunun 23-də “Nizami yurdu”na yığışacaqlar. Oyunlar Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək. Ardından bir həftə sonra Qax turnirinə start veriləcək. Sumqayıt turniri isə başqalarından fərqli Olimpiya Kompleksində yox, "Spartak" Bədən Tərbiyəsi İdman Cəmiyyətində baş tutacaq. Son mərhələ iyulun 7-nə təsadüf edəcək. İyulun 14-də isə bölgə qalibləri Bakıda final mərhələsində qüvvəsini sınayacaq. Həlledici oyunlar Bakı Su idman Sarayında keçiriləcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar