23 may 20:32olke

Finalın meydanda görünməyən tərəfləri

Finalın meydanda görünməyən tərəfləri
lkə kubokunun finalı 2-ci dəfə Naxçıvanda keçirildi. Burdakı əvvəlki qarşılaşma "Qəbələ" üçün uğursuz alınmışdı. Bu dəfə isə "qırmızı-qaralar" kuboku başı üzərinə qaldırdı. Ancaq bu oyunda diqqəti çəkən məqamlar az deyildi. Gəlin, onları bir daha xatırlayaq.

Zaur Axundovu Naxçıvana aparan səbəb
Kubokun final matçını izləyənlər arasında "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov da var idi. Düzdü, klub rəhbəri kimi onun "Qəbələ" - "Sumqayıt" matçını izləməsi qəribə görünə bilər. Ancaq bir məqam var ki, Axundov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü. Bu baxımdan onun assosiasiya rəhbərliyi ilə birgə həlledici oyunu izləmək üçün Naxçıvana yollanması normaldı. Bundan başqa, Zaur bəyin doğulduğu bölgəyə baş çəkməyə getməsi və həmin ərəfədə kubokun finalının olması, onun da fürsəti qaçırmayıb oyunu izləmək qərarına gəlməsi ssenarisində də qeyri-adi bir şey yoxdu. Amma... Həftənin cümə günü məhz Axundovun rəhbərlik etdiyi futzalda önəmli gün idi. Belə ki, çempionatın final görüşü baş tutdu və "Araz" "Xəzər Cənub"u məğlub etdi. Ancaq Futzal Federasiyasının prezidenti olan Zaur bəy bu oyunda yox idi. Futzal təsərrüfatını sənə tapşıralar və mövsümün oyununu izləməyəsən, mükafatlandırma mərasiminə qatılmayasan... Uzağa getməyək, elə AFFA prezidenti Rövnəq Abdullayev həm premyer-liqanın, həm də kubokun mükafatlandırma mərasimində iştirak etdi, medalları şəxsən verdi. Məlum olduğu kimi, futzal üzrə ölkə çempionatının final oyunu qalmaqalsız ötüşmədi. "Xəzər Cənub" etiraz əlaməti olaraq, gümüş medalları almağa çıxmadı. Çox güman, Axundov belə ssenarinin mümkünlüyünü nəzərə alaraq, final oyununa qatılmayıb. Halbuki yuxarıda sadaladığımız amillər onun "Araz"la "Xəzər Cənub" arasındakı matçı izləməsini şərtləndirirdi. Hər halda, məsələylə bağlı Axundovun fikirlərini öyrənməyi lazım bildik. Ancaq Zaur bəy telefonumuza cavab vermədi. Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov isə bunları dedi: "Demişdim ki, Zaur müəllim Bakıda yoxdu. Naxçıvana getmişdi. Amma niyə getdiyini bilmirəm. Kubokun finalı ilə bağlı hansısa işə, yaxud da başqa səbəbə görə Muxtar Respublikaya yollandığını deyə bilmərəm".

Şişirdilmiş rəqəm
Oyun Naxçıvan mərkəzi stadionunda gerçəkləşdi. Hansı ki, bu arena 12800 azarkeş tutumuna malikdi. Ancaq həmin idman qurğusunun uzağı yarısı dolu idi. Halbuki giriş pulsuz idi, PFL bilet satışına ehtiyac duymamışdı. Buna rəğmən, stadionun yarısı dolmuşdu. Bunun hava şəraiti və ya başqa amillə bağlı olduğunu bir kənara qoyaq. Onsuz da məkan seçiminin yanlış olduğunu finaldan öncə də yazmışdıq, qarşılaşmada da bəlli oldu. Dərd burasındadı ki, matçın protokolunda oyunu 10000 tamaşaçının izlədiyi qeyd olunub. Bunu da AFFA nümayəndəsi qeyd edir. Oyunda həmin funksiyanı Eldəniz Musayev yerinə yetirdiyindən onunla danışmaq qərarına gəldik. Lakin Eldəniz bəy danışmağa icazəsinin olmadığını söylədi. Bu üzdən stadionun direktoru İbrahim Rzayevlə əlaqə saxladıq: "Azarkeş sayını mən deməmişəm. Matçın komissarı var. Özləri keçib sektorlara baxdılar. Mən hansısa rəqəm desəm də, onu yazmazlar axı. Onlar gördüklərinə uyğun yazırlar. Ancaq gözəyarı deyim ki, ən azı 8 min tamaşaçı var idi. Amma bu mənim təxminimdi. Onu da deyim ki, oyundan öncə yağış yağmasaydı, azarkeş sayı daha çox olacaqdı".

Hakim səhvi
Oyunun protokolunu görəndə təəccüblənməmək mümkün deyildi. Belə ki, 5 əvəzetmədən yalnız birinin dəqiqəsi düzgün göstərilmişdi. Söhbət Nicat Qurbanov - Arif Daşdəmirov dəyişikliyindən gedir. Qalan 4 əvəzetmənin dəqiqəsi protokolda yanlış qeyd olunub. "CBC Sport"un yayınındakı vaxtla dəyişikliyin dəqiqəsi arasında 1 dəqiqə fərq olsaydı, "əsas hakimin saatıdı" demək olardı. Ancaq söhbət 5 dəqiqəlik fərqdən gedirsə, deməli, məsələ başqadı. Oyunun baş hakimi İnqilab Məmmədovla danışmaq cəhdimiz alınmadı. Referidən eşidəcəyimiz cavab da böyük ehtimalla "danışmağa icazəm yoxdu" olacaqdı. Bu üzdən məsələylə bağlı PFL-in saytının redaktoru Elgiz Abbasovun fikrini öyrəndik: "Hakimin göndərdiyi sənəd bizim üçün əsas sənəddi. Ona əsasən dəqiqələri sayta yerləşdiririk. Bildiyiniz kimi, kubokun finalının ardından burda - Naxçıvanda "Heydər Əliyev kuboku" keçiririk. Ona görə də dediyiniz məsələni araşdırmaq üçün imkan yaranan kimi bunu edəcəyik. Hakimlə də əlaqə saxlayacağıq, onun raportuna əsasən yanlış dəqiqə varsa, düzəldiləcək".
***
Bir marafona sözardı
AFFA və PFL-in siyasəti “az aşım, ağrımaz başım” deyiminə əsaslanır

Mayın 11-də premyer-liqanın son turu gerçəkləşmişdisə, srağagün kubokda da mübarizə başa çatdı. Finalda “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəldi və qalib tərəf “qırmızı-qaralar” oldu. Bununla da bölgə təmsilçisi tarixində ilk tituluna qovuşdu. “Kimyaçılar” isə şansı əldən verdi. Özü də həlledici matçda qalib gələn tərəf həm də Avroliqaya sonuncu vəsiqənin sahibi olacaqdı. “Qarabağ”, “Neftçi” və “Səbail”in ardından yayda ölkəmizi beynəlxalq arenada təmsil edəcək 4-cü komanda “Qəbələ” oldu. Razılaşaq ki, bu mövsüm kubok mübarizəsi də yetərincə gərgin alındı və bir sıra sensasiyalar reallaşdı. Odu ki, başa çatan marafonun əsas anlarını gözdən keçirməyə dəyər.

“Birincilər”in darmadağını
Premyer-liqa iştirakçılarından tən yarısı mübarizəyə ilk mərhələdən - 1/8 finaldan başladı. Qalan 4 komandanın isə “ikinci cəbhə”dəki çıxışı 1/4-dən start götürdü. Birinci diviziondan cəmi 4 klub kubokda yarışmağa “hə” demişdi. Düzdü, 14 iştirakçıdan 7-si əvəzedicilər idi. Bununla belə, qalan 3 komanda da “ikinci cəbhə”də vaxt itirməyə ehtiyac duymadı. Təbii, söhbət kubokdan gedirsə, bu mübarizənin ana xəttini kütləvilik təşkil edir. Hər halda, dünyada belədi. Ancaq bizdə kütləviliyi düşünən kimdi? Bizim futbol qurumlarının – AFFA və PFL-in siyasəti “az aşım, ağrımaz başım” prinsipinə əsaslanır. Necə ki, son bir ayda verdikləri qərarlar və bəyanatlar bir daha bunu təsdiq edir. Bir sözlə, futbol rəhbərliyinin “uğurlu” siyasəti fonunda kubokda cəmi 12 komanda mübarizə apardı. Kütləviliyi, təbliğatı rahatlığına qurban verənlər üçün əslində bu rəqəm utandırıcı olmalıdı. Bu öz yerində. Birinci divizionun heç bir klubu 1/4 finala yüksələ bilmədi. Beləcə ardıcıl 5-ci mövsümdə aşağı dəstə təmsilçiləri 1/8 finaldan “sağ çıxmağı” bacarmadı. Sonuncu dəfə 2013/14 mövsümündə “Araz Naxçıvan” 1/8 finalda “Simurq”u üstələmişdi. O vaxt naxçıvanlıların bundan artığına gücü çatmamışdı. Özü də başa çatan “futbol ili”ndə “birincilər” hamısı darmadağınla mübarizəni dayandırdı. “Ağsu” “Sabah”a, “Şüvəlan” “Keşlə”yə 3 cavabsız qolla uduzdu. “Sumqayıt” “Qaradağ Lökbatan”ı, “Səbail” “Kəpəz”i eyni hesabla (4:0) məğlub etdi.

Əvvəlcə “Neftçi”...
“Neftçi” uzun müddətdən sonra titul həsrətinə son qoymaq istəyirdi. “Ağ-qaralar” sonuncu uğurunu məhz ölkə kubokunda əldə etmişdi. Bu da 5 il öncə gerçəkləşmişdi. Hər nə qədər əsas hədəf çempionluq olsa da, paytaxt təmsilçisi “ikinci cəbhə”də də kubok qazanmaq istəyirdi. Bu, mövsümü ən azı titulsuz başa vurmamaq baxımından önəmli idi. Lakin Roberto Bordinin komandası gözlənilmədən kubokda mübarizəni dayandırdı. Əslində belə sürprizin əsası bir neçə gün öncə qoyulmuşdu. Belə ki, dekabrın 12-də “Neftçi” ilə “Sumqayıt” çempionat oyununda üz-üzə gəldi və flaqman rəqibin müqavimətini qıra bilmədi (0:0). Bu nəticə kubokun 1/4 finalı ərəfəsində “ağ-qaralar” üçün həyəcan siqnalı olmalıydı. Lakin Bordin komandasını lazımi şəkildə hazırlaya bilmədi və “Neftçi” dekabrın 15-də “Bakcell Arena”da gerçəkləşən ilk oyunda “Sumqayıt”a uduzdu (0:2). Cavab görüşündə isə minimal hesabla (1:0) qalib gəlməsinə baxmayaraq, flaqman kubokla vidlaşdı. Beləcə, əsas favoritlərdən biri yolun başlanğıcında mübarizədən qopdu. “Sumqayıt” isə uğurun davamını gətirərək yarımfinalda “Zirə” səddini səfər qolunun üstünlüyü hesabına (0:0, 3:3) keçdi.

...növbəti mərhələdə “Qarabağ”
“Köhlən atlar” 2017/18 mövsümündə kubokla erkən vidalaşmışdı. Belə ki, ağdamlılar 1/4 finalda “Sumqayıt” səddinə ilişmişdilər. Odu ki, Qurban Qurbanovun yetirmələri bu dəfə sensasiyaya imkan vermək niyyətində deyildi. Bölgə təmsilçisi ilk hədəfin öhdəsindən gəldi və yarımfinala adladı. Yarımfinalda “Qəbələ” – “Qarabağ” duelini çoxları “erkən final” da adlandırırdı. Əksəriyyət məhz “köhlən atlar”ı favorit görürdü. Buna da səbəb var idi. Belə ki, ağdamlılar mövsüm ərzində premyer-liqa çərçivəsində bütün oyunlarda “qırmızı-qaralar”a qalib gəlmişdi. Ancaq Sənan Qurbanovun komandası çempionatdakı məğlubiyyətlərin əvəzini kubokda çıxa bildi. Evdə 1:0 hesabıyla qalib gələn şimallılar cavab oyununda uduzsa da (1:2), səfər qolu məhz onları finala daşıdı. Beləliklə, daha bir iddialı sıradan çıxdı. Bu isə həlledici matçda həm “Qəbələ”nin, həm də “Sumqayıt”ın iddiasının artmasına təkan verdi.

Nəticəyə təsir edən məqamlar
Yadınızdadısa, ötən il də kubokun finalı ərəfəsində “Qəbələ” əsas favorit göstərilirdi. Ancaq yekunda “Keşlə” qalib gəlməklə belə düşünənləri yanıltdı. Odu ki, bu dəfə daha ehtiyatlı proqnozlar səsləndirilirdi. Ümumiyyətlə, “qırmızı-qaralar”ın finallarla bağlı sindromu var idi. Belə ki, “Qəbələ” bir dəfə Yuri Syominin, iki dəfə isə Roman Qriqorçukun rəhbərliyi altında həlledici matçda uğursuzluq yaşamışdı. Bu üzdən hər nə qədər favorit göstərilsə də, “qırmızı-qaralar”ın ehtiyatlı davrandığı birmnənalı idi. Üstəlik, komandanın 4 üzvü matçı buraxırdı. Amin Seydiyevlə Sabien Lilay cəzalı, Dmitri Bezotosnı zədəli, Ceyms Adeniyi isə xəstə olduğuna görə finalda iştirak edə bilmirdi. Təbii, adlara da nəzər salanda itkilərin nə qədər ciddi olduğunu anlamaq çətin deyil. “Sumqayıt”ın əsas heyət üzvlərindən Aleksey İsayev də cəzalı olduğu üçün matçı buraxırdı. “Neftçi” ilə anlaşması an məsələsi olan Stiven Jozef-Monrozun qolu matçda yeganə oldu. Sadəcə, “kimyaçılar” ilk yarıda o qədər də inamlı təsir bağışlamadı. Bəlkə də İnqilab Məmmədov “qırmızı-qaralar”ın qolundan öncə “gənclik şəhəri” təmsilçisinin xeyrinə penalti təyin etsəydi, nəticə tam fərqli ola bilərdi. Ümumilikdə isə “Sumqayıt” qalib gəlmək istəyirdisə, ilk yarıda daha aqressiv oynamalıydı. Təcrübəsi yetərincə olan futbolçulardan biri liderlik keyfiyyətlərini ortaya qoymalı idi. Necə ki, Cavid Hüseynov uzun müddətdən sonra ən yaxşı oyunlarından birini keçirdi və qələbədə önəmli pay sahibi oldu. Ülvi İsgəndərovun meydana çıxması ilə mənzərə dəyişsə də, digər əvəzetmələri daha tez etmək olardı. Hərçənd sonradan meydana çıxan Cavid Tağıyevin qırmızı vərəqə ilə cəzalanması da ayrıca toxunulası məqamdı. Ancaq artıq 90+5-ci dəqiqə idi və ona qədər “kimyaçılar”ın “qatarı getmişdi”. Hər halda, taleyi qeyri-müəyyən olan “Qəbələ”yə bu kubok hava və su qədər zəruri idi. İlk titulun “şimallılar”ın taleyinə təsir edib-etməyəcəyini zaman göstərəcək. Ancaq bir fakt var ki, son illərin ən zəif təsir bağışlayan, gələcəyi sual altında olan, mövsümün sonuna yaxın prezidenti dəyişən, baş məşqçisi gənc və yerli mütəxəssis olan “Qəbələ” tarixində ilk tituluna qovuşdu. Beləcə, daha bir marafon, ümumilikdə ölkədaxili yarışlarda mübarizə başa çatdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar