23 may 20:13olke

AFFA “Xəzər Cənub”a cəza yağdırdı

AFFA “Xəzər Cənub”a cəza yağdırdı
Futzal Federasiyasının rəsmisi: “Onları sıxışdırırlarsa, finala yüksəlmələrinə niyə imkan verilirdi?”
Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclas futzal üzrə yüksək liqanın final görüşündə - “Araz” – “Xəzər Cənub” qarşılaşmasında başverənlərə həsr olunub. Artıq fəaliyyətini dayandıran Lənkəran təmsilçisinə qarşı sərt sanksiyalar tətbiq olunub. 25-ci dəqiqədə rəqibi aşkar qol vurmaq imkanından məhrum edən və buna görə birbaşa “qırmızı” alan “Xəzər Cənub”un qapıçısı Həmid Rəşidi 1 oyunluq cəzalanıb. 48-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə alan Amid Şocayi də eyni aqibətlə üzləşib. Oyun başa çatdıqdan sonra baş verən xoşagəlməz hadisə ilə bağlı isə “Xəzər Cənub”un üç üzvü 1 illik diskvalifikasiyaya məruz qalıb. Söhbət Rəşid Qalapur, Amid Şocayi və cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana çıxan İsaq Surqalıdan gedir. Hakimə hücum çəkib fiziki təzyiq göstərən iranlılar 12 ay müddətində AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. Oyundan sonra hakimi təhqir edən “Xəzər Cənub”un qapıçısı Həmid Rəşidi cəzasını daha da ağırlaşdırıb. O, 3 oyunluq cəzalanıb.
Dünən kubokun yarımfinal qarşılaşmasına çıxmayan debütant isə başverənlərə görə federasiyanı və hakimləri günahlandırır. “Xəzər Cənub”un rəsmilərindən İlkin Mirzəyevin qəzetimizin ötən sayına verdiyi açıqlamalar bu yöndə idi. Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov “Xəzər Cənub”un ittihamlarını cavabsız qoymadı: “İddia edirlər ki, bizi bilərəkdən sıxışdırdılar, çempion olmağımıza imkan vermədilər. Hətta ölkə çempionluğunun ancaq “Araz”a aid olduğunu iddia edirlər. Belə sual verim: iddia etdikləri kimi “Xəzər Cənub ”sıxışdırılırsa, onların finala yüksəlməsinə niyə imkan verilirdi? Narazılıq etdiyikləri hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanıb. Hər şey ortadadı. Əksinə, mövsümboyu hakimlər onların oyunçularının aqressiv davranışına dəfələrlə göz yumub. Hətta bir neçə oyunda özünüz dediklərimin şahidi olmusuz. Təbii ki, onlar da bundan sui-istifadə ediblər. Hakim səhvlərindən heç kim “sığortalanmayıb”. Federasiya onların işinə müdaxilə edə bilməz. Bəli, bir oyunda “Xəzər Cənub”un oyunçusuna qarşı qayda xətası oldu, hakim sarı vərəqə göstərən zaman bunun ikinci olduğunu zənn edib, qırmızı vərəqə də göstərdi. Bu hal federasiya rəhbərliyinin təşəbbüsü ilə İntizam Komitəsinə bildirildi və qırmızı vərəqə ləğv olundu. İdman mübarizədi, udmaq olduğu kimi, uduzmaq da var. Final oyununda nəticəyə təsir edən hansısa səhv oldumu? Niyə pley-off qarşılaşmaları zamanı onların xeyrinə olan səhvi demirlər? Hansı ki, həmin epizodda qol vurdular. Pley-off ərəfəsində “Araz”ın əsas oyunçularından Xətai Bağırova qırmızı vərəqə verildi və o, 2 oyunluq cəzalandırıldı. Pley-offun ilk matçında “Araz”ın digər üzvü İsa Atayevə qırmızı vərəqə verildi. Təsəvvür edin, pley-offun ilk oyununda uduzan “Araz” cavab görüşünə iki vacib oyunçusuz çıxır. Hansı ki, həmin dueldə alınacaq məğlubiyyət “Ekol”un finala yüksəlməsini təmin edəcəkdi. “Araz”a “kömək edənlər” niyə bu cür qərarlar versinlər? Məntiq yoxdu axı.
Bir ilin komandasıdı deyə, heç kim onların çempionluğuna mane ola bilməz. Hətta pley-off oyunlarından əvvəl federasiya rəhbərliyinin və komandaların iştirakı ilə iclas keçirildi. Federasiya prezidenti Zaur Axundov bütün oyunları izləyəcəyini, idman prinsiplərinin pozulmayacağını iştirakçılara bildirdi və pley-off mərhələsinin qarşılaşmalarını sona qədər tribunadan izlədi. Bu cür bəhanələrlə suyu bulandırmaq insana yaraşan hərəkət deyil. Necə başqa komandaların çempion olmasına imkan verilmədiyini iddia edirsən, amma xəbərin yoxdu ki, 2014/15 mövsümünün qalibi “Xəzər adaları” olub”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar