23 may 19:24olke

Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır

Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır
“Hansı komandaya gedirəmsə, sonuncu yeri tutur”
Başa çatan mövsümdə premyer-liqanı sonuncu pillədə başa vuran “Keşlə”nin rəhbərliyi 13 futbolçu ilə müqaviləni yeniləmədi. Yerli futbolçuların və legionerlərin yer aldığı geniş siyahıda bir neçə adı görəndə təəccüblənməmək mümkün deyildi. Açığı, Nikola Mitroviç, Amil Yunanov, Con Ayite, Denis Silva kimilərlə yeni anlaşma imzalanacağını təxmin edirdik.
Məlum qərarla bağlı adı çəkilənlərdən biri ilə danışmaq niyyətində olsaq da, heç biriylə əlaqə saxlaya bilmədik. Belədə ayrılanlar arasında ən təcrübəli sayılan Davud Kərimini aradıq.
- “Keşlə”nin yolları ayırdığı futbolçuların siyahısında adının olacağını gözləyirdin?
- Düzün desəm, xeyr. Son turlara qədər komandada qalacağımı düşünürdüm. Amma Zaur Axundovun “futbolçuların 95 faizi göndərilməlidi” açıqlamasından sonra müəyyən şübhə yarandı.
- Yekunda 95 yox, təxminən 60-70 faiz göndərildi.
- Ola bilər. Deməyim odu ki, həmin açıqlamadan sonra yeni müqavilə bağlanmayacağını təxmin edirdim. Artıq qərar qəbul edilib, nəsə danışmağın mənası yoxdu. Allah hamımızın işini avand etsin. Başqa nə deyə bilərəm ki?
- Səncə, göndərilməliydin?
- Dediyim kimi, qalacağımı düşünürdüm. Ancaq meydana çıxdığım oyunlarda əlimdən gələnin ən yaxşısını etməyə çalışmışdım. “Qəbələ”yə evdə 1:2 hesabıyla uduzduğumuz oyundakı səhvimdən başqa kobud nöqsana yol verdiyimi düşünmürəm. Məncə, qalan görüşləri normal keçirmişdim. Qərar verilibsə, düməli, məsləhət beləymiş.
- “Keşlə”dəki maaşın yüksək idi?
- Xeyr. Ən az məvacib alan üç nəfər var idisə, biri mən idim. Pul söhbəti deyil.
- O zaman niyə göndərsinlər?
- Fikrimcə, yaş amili əsas götürülüb. Artıq 35 yaşım var. Ola bilsin, heyəti gəncləşdirmək istəyirlər. Fikir vermisizsə, saxladıqlarının çoxu yaşı 25-26-ya qədər olanlardı. Yoxsa rəhbərlikdən tutmuş məşqçilər heyətinə qədər hamıyla yaxşı münasibətim var idi, indi də var. İndiyə qədər heç kimlə problem yaşamamışam.
- Səni başa düşdük. Belə addım atmaq, yəni 13 nəfərlə yolları ayırmaq məqsədəuyğun idi?
- Komanda sonuncu yeri tutubsa, kütləvi dəyişiklik olmalıydı. Axırıncı yeri tutmuşuq, kiməsə “məni niyə çıxardın” deyə bilməzsən axı. Adama sual verərlər ki, yaxşı futbolçuydunsa, “Keşlə” niyə çempionatın sonuncusu oldu? Adam gərək obyektiv danışsın.
- Niyə sonuncu olduz?
- Razılaşarsız ki, çempionat yetərincə maraqlı alındı. Mövsümboyu gərgin mübarizə izlədik. İstər çempionluğa namizədlər arasında, istərsə də elitada qalmaq uğrunda. Sona iki tur qalmışa qədər hər şey öz əlimizdəydi. Sadəcə, elə nəticələr qeydə alındı ki, vəziyyət kökündən dəyişdi. “Zirə” 5-ci yerə yüksəldi, “Sabah” 7-ci oldu, “Keşlə” nə qədər çalışsa da, sonunculuqdan qurtula bilmədi. Halbuki “Sumqayıt” axırıncı yerdən çıxa bilmirdi. Son oyunlarda 1-2 qələbə olsaydı, hətta 5-ci yeri də tuta bilərdik.
- Bəs niyə bacarmadız?
- Fərdi səhvlərimiz ucbatından. Məncə, əsas problem sonuncu pilləyə düşəndən sonra psixoloji gərginlikdən qurtula bilməməyimiz idi. Üzərimizdə ağır yük var idi sanki, ondan qurtula bilmirdik. Amma ayrı-ayrı futbolçuların səviyyəsinə baxsaq, heyətimiz heç də zəif deyildi.
- Ötən il “Kəpəz”dəydin, komanda elitanı tərk etdi. Bu il “Keşlə”nin heyətində oldun və yenə eyni aqibət yaşandı. Nə məsələdi?
- İnanırsız, dünən evdə oturub bu haqda fikirləşirdim. Hansı komandaya gedirəmsə, sonuncu yeri tutur. Amma “Kəpəz”dəki ilk ilimdə çempionatı 5-ci pillədə başa vurmuşduq. Özüm də başa düşə bilmirəm. Desəm ki, zəif oynayıram, bacarmıram, doğru olmaz. Allaha şükür, pis deyil, sadəcə, alınmır.
- Bundan sonra nə etmək fikrindəsən?
- Açığı, hələ ki fikirləşirəm. Gözləyirəm, görək nə olur. Belə baxıram, qapıçı sayı da azdı. Yerli qapıçı qıtlığı yaşanır.
- Qıtlıq deməzdim. Hazırda özünə yeni iş yeri axtaran gör nə qədər qapıçı var: Kamran Ağayev, Kamal Bayramov, Tərlan Əhmədli, sən...
- Kamalı boşda qalan deməzdim. “Zirə”dən ayrılıbsa, yəqin ki, təklifləri var. Məncə, Kamalın işi çətin olmayacaq. Digər tərəfdən, müqaviləsinin müddəti bitən qapıçıların sayı çox olduğu kimi, qapıçıya ehtiyac duyan komandaların sayı da çoxdu.
- Təklif yoxdu?
- Hələ ki heç nə yoxdu. Mövsüm yeni qurtarıb, hamı istirahətə çəkilib. Yəqin ki, bir-iki həftəyə nəsə olar.
- Elitadan təklif olmasa, karyeranı birinci divizionda davam etdirmək perspektivinə necə baxırsan?
- Başımdan böyük danışmağı xoşlamıram. Ona görə də susmaq yaxşıdı. Ailəni dolandırmaq üçün hər şey ola bilər. Düzü, oynamaq istəyirəm. Çünki özümdə güc hiss edirəm. Təklif olmasa, məşqçiliyə də başlaya bilərəm. Gözləyirəm.
- Məşqçiliyə başlamaq üçün lisenziya almalısan.
- Şükürlər olsun, C kateqoriyam var. Yəni klubların akademiyalarında uşaq komandalarında çalışa bilərəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar