21 may 15:01olke

Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi”

Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi”
“Sumqayıt” üzərində qazanılan qələbədən sonra “Qəbələ”nin düşərgəsində hamı xoşbəxt görünürdü. Paltardəyişmə otağında ən çox sevinənlərdən biri də matç ərzində çox çalışsa da, rəqib torunu silkələməyi bacarmayan Rauf Əliyev idi. O da qələbə sevincini media nümayəndələri ilə bölüşdü.
- Əlbəttə, çox böyük sevinc hissi keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdi buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də avrokuboklara vəsiqə əldə etmək baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvlərini, hər kəsi təbrik edirəm.
- Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi?
- Sözün düzü, böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 əlverişli vəziyyətlərimiz oldu. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün o baxımdan yararlı oldu ki, ilk dəqiqədən üstünlüyə yiyələndik. "Sumqayıt" hələ özünə gəlməmişdi. Hava şəraitini də nəzərə alıb çətin oyun getdiyini deyə bilərəm. Meydanın da bəzi yerləri bizə çətinlik yaradırdı. Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi. Futbol dili ilə desək, qazon “ağır” idi. Ancaq əsas odu ki, sonda qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu.
- Oyunun şərtləri əvvəldən sizin üçün düşərli deyildi. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeniyinin yoxluğu, görüşün startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq. Bu məqamlar psixoloji cəhətdən sizə təsir etmədi?
- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdı. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların mövqelərində oynayanlar etimadı layiqincə doğrultdular. Əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladı.
- Oyunun sonunda özün də zədələndi, hətta başına sarğı qoyuldu...
- Vurğun Hüseynovla hava mübarizəsində başım partladı. Bu futboldu, belə şeylər olur. Nə edim...
- Kuboku qazanmısız, indi sevinirsiz. Bəs bundan sonrasını düşünmüsüz? O mənada ki, klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadı...
- O dərəcədə ciddi problemlər heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadı. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.
- "Qəbələ" ilə müqavilənin müddəti bitir. Təklifin var?
- Bəli.
- “Qəbələ”dən, yoxsa başqa elita təmsilçilərindən?
- Başqa təkiflərim də var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar