21 may 14:54olke

Cavid Hüseynov rəhbərliklə görüşəcək

Cavid Hüseynov rəhbərliklə görüşəcək
"Sabah" və bir neçə başqa klub var ki, məni transfer etmək istəyir”
Final qarşılaşmasında meydanda olanlar arasında ən yaxşılardan biri də “Qəbələ”nin kapitanı Cavid Hüseynov idi. Kapitan matçboyu əzmkar çıxışı və qələbə istəyi ilə seçildi. Mükafatlandırma mərasimindən sonra Hüseynov ona yönələn sualları cavabladı.
- Uzun illərdən sonra, nəhayət, komandanız arzusuna çatdı. Bu tarixi qələbəni necə şərh edərdin?
- Uzun həsrətdən sonra, şükürlər olsun ki, bu gün kubok qazandıq. Buna qədər bir neçə dəfə finalda iştirak etsək də, qazana bilmirdik. Deməli, qismət bu günə imiş. Bu gün az da olsa, "Qəbələ"yə nəsə qazandıra bildik.
- Səni uzun fasilədən sonra çox istəkli gördük, sanki bu gün meydanda "Qəbələ"yə borcunu qaytarmaq istəyirdin...
- Düzdü, borcum var idi və bu gün bu borcu qaytarmaq üçün gözəl şans yaranmışdı. Allaha şükürlər olsun ki, bu dəfə istəyimizə çatdıq. Tale Heydərov kimi insanın və prezidentin etdiklərinin qarşılığında bu kubok çox kiçik bir şeydi. Onun mənə etdiklərinə baxanda borcunu qaytara bilmərəm. Kubokun qazanılmasında rolum varsa, çox xoşbəxtəm.
- Belə söz-söhbətlər gəzir ki, mövsümün sonunda müqavilənin müddəti bitir və klubdan ayrılacaqsan. Bu haqda nə deyə bilərsən?
- Doğrudu, müqaviləmin müddəti bitir. Komandadan ayrıla da bilərəm, qalmağım da mümkündü. Əvvəlcə klub rəhbərliyi ilə görüşüb danışacam. Ona görə də bu barədə indidən nəsə deyə bilmərəm.
- "Qəbələ"də növbəti mövsüm üçün büdcə kəskin şəkildə azaldılacaq və gəncləçdirmə siyasəti aparılacaq. Ancaq Zaur Həşimov mətbuat konfransında qeyd etdi ki, bu kubok artıq yeni səhifənin açılmasına təkan verə bilər. Belə olsa, klubda qalmaq üçün danışıq aparacaqsan?
- Bəzi məqamlar, öz prinsiplərim var. Maddiyyatla bağlı məsələlər deyil. Rəhbərliklə danışıq aparacam və qərar verəcəm.
- "Sabah"a keçəcəyin deyilir...
- "Sabah" və bir neçə başqa klub var ki, məni transfer etmək istəyir. Görüşmüşük, danışığımız olub. Demişəm ki, mənə vaxt verin, kuboku qazanım, rəhbərliklə danışım və sizə dəqiq söz deyim.
- Qeyd etdin ki, klubun sabiq prezidenti Tale Heydərova borcunuz var. Bu kuboku ona həsr edirsiz?
- Bu, 100 faiz belədi. Çempionatın sonuna 5 tur qalmış onun klubu tərk etməsi bizə, komandaya pis təsir etdi. Gözümüzü açandan onu prezident kimi görmüşdük, onun da prezident kimi davam etməsini istəyirdik. Amma əlbəttə, biz onun işinə qarışa bilmərik. Bunun hansı səbəbdən baş verdiyini də bilmirik. Bizim üçün onun gedişi gözlənilməz oldu.
RƏŞAD, Naxçıvan
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar