21 may 14:50olke

"Qəbələ": final lənətinə son və ilk titul!

"Qəbələ": final lənətinə son və ilk titul!
Ölkə kuboku
final
11. Qəbələ – Sumqayıt 1:0 (1:0)

1. Anar Nəzirov
34. Ürfan Abbasov
3. Voislav Stankoviç
27. Bəhlul Mustafazadə
18. İlqar Qurbanov
4. Elvin Camalov
14. Cavid Hüseynov (k)
21. Atakora Lalavele
(11. Asif Məmmədov, 90)
28. Stiven Jozef-Monroz
9. Davit Volkov
10. Rauf Əliyev
(98. Rövlan Muradov, 90+4)
Ehtiyat oyunçular
22. Dmitri Bezotosnı
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Rüstəm Nuruyev
7. Roman Hüseynov
8. Qismət Alıyev
33. Vüsal Məsimov
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

1. Mehdi Cənnətov
74. Yusif Nəbiyev
4. Şəhriyar Əliyev
(7. Cavid Tağıyev, 84)
3. Vurğun Hüseynov (k)
5. Adil Nağıyev
21. Arif Daşdəmirov
(17. Nicat Qurbanov, 78)
99. Əli Babayev
15. Əmir Ağayev
60. Elvin Məmmədov
22. Əfran İsmayılov
(70. Ülvi İsgəndərov, 62)
8. Peyman Babayi
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
13. Aydın Bayramov
2. Rail Məlikov
18. Süleyman Əhmədov
25. Baxşəli Baxşəliyev
34. Elvin Bədəlov
49. İbrahim Əliyev
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Ayxan Abbasov
Qol: S.Jozef-Monroz, 3 (C.Hüseynov).
Vərəqələr: R.Əliyev, 45 (hakimin qərarına etiraz). A.Nağıyev, 60 (qeyri-idman hərəkəti). Y.Nəbiyev, 70 (qeyri-idman hərəkəti). V.Hüseynov, 90+1 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+2 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 90+5 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 90+6 (qeyri-idman hərəkəti) - sarı. C.Tağıyev, 90+5 (rəqibi vurmaq) - qırmızı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
19 may. Naxçıvan. İbrahimxəlil Axundlu adına şəhər stadionu. 10000 tamaşaçı (12800 yerlik).
Birinci hissəyə 2 , ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Dünən bütün diqqətlər Naxçıvana dikilmişdi. Muxtar Respublikada “Qəbələ” ilə “Sumqayıt” kubokun finalında üz-üzə gəlirdi. "Qırmızı-qaralar" bu arenada 2-ci, ümumilikdə isə 4-cü dəfə kubokun həlledici matçına çıxırdı. Əvvəlki bütün cəhdləri uğursuz alınan bölgə təmsilçisi sindromu qırmağa köklənmişdi. Sənan Qurbanovun yetirmələri qalib gəlməklə tarixində ilk titulunu qazanmaq, eləcə də Avroliqaya vəsiqə əldə etmək niyyətində idi. Finala yüksəlməklə tarixi uğura imza atan “Sumqayıt” da təmsil etdiyi şəhərə ilk dəfə kubok aparmaq niyyətində idi. Özü də bu il Sumqayıtın 70 illiyi qeyd olunur və komandanın belə nailiyyəti ikiqat bayram olacaqdı. Bundan başqa, “kimyaçılar” tarixində ilk dəfə Avroliqada mübarizə aparmaq istəyirdi. Bunun üçün də kubokun qazanılması şərt idi.
Hər iki komandanın heyətində itkilər vardı. Xüsusən "Qəbələ"də onların sayı daha çox idi. "Qırmızı-qaralar"ın 4 üzvü oyunu buraxmaq məcburiyyətində qalmışdı. Amin Seydiyevlə Sabien Lilay cəza üzündən komandasına kömək edə bilmirdi. Ceyms Adeniyi oyundan öncə xəstələnmişdisə, Bezotosnı isinmə hərəkətlərini yerinə yetirərkən sıradan çıxmışdı. Üstəlik, "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov da cəzalı olduğu üçün qarşılaşmanı tribunadan izləyirdi. "Sumqayıt"da isə Aleksey İsayevin yoxluğu diqqəti çəkirdi. O da cəza üzündən finalda iştirak edə bilmirdi.
"Qəbələ" erkən qolla hədəfinə doğru ilk addımı atdı. Cavidin qapı önünə asması zamanı heç kimin mane olmadığı Stiven dəqiq baş zərbəsiylə hesabı açdı. Uzaq küncə gedən topu Mehdinin çıxarmaq cəhdi faydasız idi. 3-cü dəqiqəyə təsadüf edən (hərçənd "CBC Sport"un yayınında qol vurulanda 4-cü dəqiqə idi - F.) bu qol ölkə kuboku tarixinə ən erkən vurulan qol kimi düşdü. "Qəbələ"ni tərk edəcəyi şübhə doğurmayan Jozef-Monroz isə sanki bununla komandasına təşəkkür etdi. Qolda həm Arifin, həm də Adilin səhvi var idi. Onu da qeyd edək ki, hesab açılmazdan az əvvəl mübahisəli vəziyyət yaşanmışdı. Belə ki, "Sumqayıt"lılar Əmirin qapıya vuruşundan sonra Bəhlulun əllə oynadığını iddia etsə də, hakim davam işarəsi verdi. Yetərincə şübhəli epizod idi.
Əslində 9-cu dəqiqədə "qırmızı-qaralar" üstünlüyünü bir qədər də möhkəmləndirə bilərdi. Cavid bu dəfə uzun ötürmə ilə Volkova fərqlənmək imkanı yaratdı. Lakin sonuncunun zərbəsindən sonra top cüzi fərqlə qapının yanından keçdi. Az sonra Volkov yenə diqqət mərkəzinə düşdü. Ancaq bu dəfə də müsbət mənada yox. Çünki o, Raufun ötürməsi anında lənglik nümayiş etdirməsəydi, rəqibi cəzalandıra bilərdi. "Qəbələ"nin üstünlüyü şəraitində keçən matçın 20-ci dəqiqəsində "kimyaçılar" hesabı bərabərləşdirmək imkanı qazandılar. Camalovun səhvindən sonra qurulan əks-hücumun yekununda Əfranın ötürməyəbənzər zərbəsini Voislav zərərsizləşdirdi. Bir qədər sonra isə Əmirin vuruşu yaddaqalan, lakin qeyri-dəqiq alındı.
Bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Matçın tempi də o qədər yüksək deyildi. Hissənin sonlarına doğru isə "Qəbələ" iki dəfə hesab arasındakı fərqi artırmağa yaxın idi. 39-cu dəqiqədə İlqar əla ara ötürməsi ilə Atakoranı qapıçıyla üzbəüz çıxardı. Ancaq Cənnətov rəqib oyunçu ilə dueldən qalib ayrıldı. Az sonra Mehdi yenidən xilaskar rolunu oynadı. O bu dəfə Volkovla təkbətək mübarizədən qalib ayrıldı.
"Sumqayıt" ikinci yarıya daha fəal başladı. Fasilədən dərhal sonra Əmirin təhlükəli və qüvvətli zərbəsində cüzi dəqiqlik çatmadı. "Qəbələ" isə sanki əks-hücumlar üçün fürsət gözləyirdi. 57-ci dəqiqədə belə imkan ələ düşdü. Ancaq Volkovun qapı önünə ötürməsinə Rauf toxuna bilmədi. Daha sonra Jozef-Monrozun asması zamanı Rauf yaxın məsafədən bərbad baş zərbəsiylə yadda qaldı. Matçın axarı Abbasovu qane etmədiyi üçün Əfranı Ülvi ilə əvəzlədi. Bundan sonra "Sumqayıt"ın fəallığı xeyli artdı. 69-cu dəqiqədə isə daha bir mübahisəli vəziyyət yaşandı. Elvin qapı önünə asma etdi, Vurğun başla topu "çərçivə"yə ünvanladı, Anar "kürə"ni dəf edə bilməsə də, ondan arxada olan Bəhlul "qırmızı-qaralar"ı qoldan xilas etdi. "Kimyaçılar" topuna xətti keçdiyini iddia etsə də, əslində qol deyildi. Bunu təkrardan da görmək mümkündü.
74-cü dəqiqədə Peymanın vuruşu qüvvətli alınsa da, Anar topu ələ keçirdi. Çox keçmədən Ülvi cərimə zərbəsindən topu birbaşa qapıya ünvanlamaq istəsə də, zərbəsi o qədər də effektli alınmadı. 84-cü dəqiqədə Rauf komandasının daha rahat oynamasını təmin etməyə yaxın oldu. Volkov topu qapı önünə havalandırdı, irəli şığıyan Əliyevin başla vuruşu qapıdan yan keçdi. Qalan dəqiqələrdə "Sumqayıt"ın məğlubiyyətdən xilas olmaq üçün etdiyi cəhdlər fayda vermədi. Əlavə olunan 5-ci dəqiqədə isə Tağıyev Jozef-Monroza arxadan zərbə endirdiyi üçün haqlı olaraq qarşısında "qırmızı" gördü.
İnqilab Məmmədovun final fiti "Qəbələ"nin tarixində ilk tituluna qovuşmasını rəsmiləşdirdi. Kubokun qalibləri arasına yeni komanda əlavə olundu. Bu, "qırmızı-qaralar"ın Avroliqaya sonuncu vəsiqənin sahibi olması demək idi. Nəticənin klubun taleyinə təsir edib-etməyəcəyini zaman göstərəcək. Bölgə təmsilçisi 4-cü cəhdində final lənətinə son qoydu. Özü də yerli, gənc mütəxəssisin rəhbərliyi altında. "Sumqayıt" isə ələ düşən fürsətdən yararlana bilməyib, titul və beynəlxalq arena şansını dəyərləndirməyi bacarmadı.
FARİZ

Maraqlıdı...
* Nə oyundan əvvəl, nə də matç günü Naxçıvanda final qarşılaşmasının afişalarına rast gəldik. Yalnız stadionun yaxınlığındakı bir yerdə üzərində Tünzalə Ağayevanın şəkli olan poster var idi ki, orda da xırda hərflərlə əməkdar artistin futbol oyunundan öncə oxuyacağı göstərilmişdi.
* PFL final qarşılaşması üçün Muxtar Respublikada bilet satışının təşkil olunacağını bildirsə də, Naxçıvanda olduğumuz müddətdə bilet satışının olmadığını müəyyənləşdirdik.
* Mövsümün son qarşılaşmasını izləmək üçün Naxçıvan stadionuna maksimum 5 min azarkeş gəlmişdi ki, onun da minimum 1000 nəfəri hərbçilər idi.
* Həlledici qarşılaşmanı izləmək üçün AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı, Muxtar Respublikaya baş katib Elxan Məmmədov, assosiasiyanın vitse-prezidenti Rauf Əliyev, Sahə Futbol Federasiyasının rəhbəri Elxan Tağızadə təşrif buyurmuşdu. Onlarla yanaşı, Naxçıvanın bəzi rəsmi şəxsləri də oyunu izləyənlər arasında idi. Ancaq Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov stadiona gəlmədi. Halbuki onun da mükafatlandırma mərasımındə olacağı deyilmişdi.
* Oyundan 1 saat əvvəl Naxçıvana yağan güclü leysan hər iki komandanın rəsmilərini qorxutsa da, hakimin start fiti səslənərkən əsl futbol havası var idi. Muxtar Respublikanın dəymədüşər qızı xatlırladan havası bir də özünü mükafatlandırma mərasimində göstərdi. Anidən qalxan güclü külək az qala səhnəni yerindən qoparacaqdı. Könüllülərin bir qismi çətinliklə səhnəni arxadan tutub saxlayır, yarısı da texniki avadanlıqların aşmasının qarşısını almağa çalışırdılar. Medalları təqdim edən milli geyimdəki qızlar da küləyin əsirinə çevrilmişdilər. Onlardan birinin fatasını külək başından alıb apardı.
* Oyundan öncə konsert proqramı ilə çıxış edən əməkdar artist Tünzalə Ağayeva hər nə qədər populyar mahnılarını ifa edib tribunalara toplaşanların əhval-ruhiyyəsini yüksəltməyə çalışsa da, onun çıxışı istənilən effekti vermədi. Şoumen Kamran Həsənlinin də replikaları cavabsız qaldı.
* Naxçıvan stadionunda mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı da yetərincə çox idi. Onlar özlərini büruzə verməməyə çalışsalar da, sistem işçiləri olduqları açıq-aydın seçilirdi. “Mülki geyimli” azarkeşlərin oyunu qoyub, matçın əksər hissəsində tribunalara göz gəzdirmələri onların hansı peşənin sahibi olduğuna işarə idi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar