21 may 14:38olke

Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi

Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi
“Çox istərdim ki, futbolçu kimi uzun yolun başlanğıcına məhz doğma klubumda çıxım”
Başa çatan mövsümü “Sumqayıt”ın əvəzediciləri adına da uğurlu saymaq olar. Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda klub tarixində ilk dəfə mövsümü ikinci pillədə başa vurmaqla gümüş medallara sahib çıxdı. “İkincilər”in uğurunun kökündə heyətdə yer alanların hamısının zəhməti olsa da, elə oyunçular var ki, onları xüsusi fərqləndirmək lazımdı. Belə futbolçulardan biri də “Sumqayıt” Futbol Akademiyasının yetirməsi Fərid Kərimzadədi. Yarımmüdafiəçi olmasına baxmayaraq, 2018/19 “futbol ili”ndə Fərid rəqib qapılarından 10 top keçirməklə yadda qaldı. Hazırda əvəzedici komanda istirahətdə olsa da, o, fərdi şəkildə məşq edir, məzuniyyət müddətində də formada qalmağa xüsusi diqqət yetirir. Onunla elə “Kapital Bank Arena”da, fitnes zalında məşqdən çıxandan sonra görüşdük. Fürsətdən istifadə edib sakit təbiətli, bir qədər utancaq gənclə söhbətləşmək fürsətini əldən vermədim.
- Artıq mövsüm başa çatıb. Komanda məzuniyyətdə olsa da, məşqlərə ara vermirsən...
- Həftədə bir neçə dəfə fitnes zalında fərdi şəkildə məşq edirəm, tez-tez uşaqlarla “dır-dır” oynayırıq. Məzuniyyəti tam istirahətə həsr etsək, bunun sonu yaxşı qutarmaz (gülür). Formada olmaq üçün hər bir futbolçu özü-özünün məşqçisi olmalı, orqanizminin qayğısına qalmalıdı.
- Şərəfini qoruduğun əvəzedici komanda birinci divizionda gümüş medallara sahib çıxsa da, çempion olmaq şansınız da var idi. “Qızıl”ı boynunuzdan asmağa nə mane oldu?
- Məncə, bu suala baş məşqçimiz daha düzgün cavab verə bilər.
- Hər halda, komandanın aparıcı oyunçusu kimi sənin də müəyyən fikirlərin olmamış deyil...
- Fikrimcə, başlıca səbəb bəzi oyunlarda yersiz xal itirməyimiz oldu. Elə matçlarda oldu ki, komanda meydana “onsuz da udacağıq” düşüncəsi ilə çıxdı ki, 90 dəqiqənin tamamında bunun acısını çəkdik. Belə deyim, arxayınlığın qurbanı olduq. Həmin görüşlərdə itirdiyimiz xal və xalların qədrini son turlarda hiss etdik. Çempion ola bilməməyimizin başlıca sabəblərindən biri də hər iki qarşılaşmada MOİK-ə uduzmağımız oldu. Hamı bilirdi ki, qızıl medalların taleyi onlarla bizim aramızda baş tutacaq matçlarda həll olunacaq. Təəssüf ki, onlar bizdən üstün oldular. Doğma meydanda uduzmağımız daha pis oldu. Halbuki o görüşü qələbə ilə başa vura bilərdik. Rəqibdən üstün oyun sərgilədik. Ancaq yaxaladığımız qol şanslarından istifadə edə bilmədik. MOİK isə əksinə, yarımqol epizodlarından maksimum yararlanıb, istədiyi nəticəni qazandı.
- Artıq 22 yaşın var. Sənə elə gəlmir ki, artıq əsas komandada oynamağın vaxtı çatıb?
- Özüm də artıq əvəzedicilərdə oynamaq istəmirəm. Mən elitada debüt edəndə 15 yaşım var idi. Aqil Məmmədov “Sumqayıt”ın baş məşqçisi olduğu dönəmdə məni əsas komandaya dəvət etmişdi. Səhv etmirəmsə, “Simurq”la səfərdə oynayırdıq. İkinci hissənin başa çatmasına 25 dəqiqə qalmış baş məşqçi məni meydana buraxdı. Ondan sonra U-17, U-19 və U-21-in şərəfini qorumuşam. Hərbi xidmət zamanı birinci divizionda MOİK-də çıxış etmişəm. Bir sözlə, premyer-liqada oynamaq üçün bütün mərhələləri keçmişəm. İndi əsas hədəf “Sumqayıt”ın əsas komandasında özümə yer etməkdi.
- Necə düşünürsən, niyə bu günə kimi əsas komandanın məşqçilər korpusunun diqqətini cəlb edə bilməmisən?
- Yəqin səhv özümdə olub (bir qədər düşünür). Əslində tam diqqətdən kənarda qaldığımı da deyə bilmərəm. Bəzən həftəiçi Ayxan Abbasovun komandası ilə məşq etmişəm. Sadəcə, premyer-liqa oyunlarına çıxmamışam. Bunun daha bir səbəbi limitlə bağlıdı. Əsas komandanın məşqçilər korpusu daha çox limitə düşənləri heyətə dəvət edir.
- Məndə olan məlumata görə, qış fasiləsində legioner həyatı yaşamağa yaxın olmusan. Konkret təklif alsan da, “Sumqayıt-2”də qalmağa üstünlük vermisən. Niyə?
- Bəli, qış fasiləsində ölkədən kənara çıxa bilərdim. Baltikyanı ölkələrin birinin yüksək liqasında mübarizə aparan klubdan təklif gəlmişdi. Birbaşa, yəni baxış olmadan müqaviləyə qol çəkməyimi istəyirdilər. Özüm də legioner həyatı yaşamaqda maraqlı idim. Lakin məsələhət oldu ki, yayı gözləyim. Qışı başqa kluba keçid üçün heç də münasib dönəm hesab etmədilər. Bu üzdən təklifi geri çevirdim. Bəlkə də səhv etdim, deyə bilmərəm. Ancaq hər işdə bir xeyir var. İnşallah, daha yaxşı, daha güclü çempionatda çıxış edən klubdan təklif alaram.
- Bu gün sənə “Sumqayıt”ın əsas komandasına cəlb olunursan” desələr və eyni zamanda ölkə xaricindən təklif alsan, hansı qərarı verərsən?
- Bu elə sualdı ki, götür-qoy etmədən, hərtərəfli düşünmədən cavab vermək olmaz. Bir də xoşlayıram ki, olan şey barədə danışım.
- Bir ara başqa elita klublarının maraq dairəsinə düşdüyün də deyilirdi...
- Keçmişdə qalanlar haqda danışmağın nə mənası var? Ola bilsin, kimlərsə bunu ucuz reklam kimi başa düşə bilər. Ona görə də bu məsələyə toxunmaq istəmirəm. Sizin bundan xəbəriniz varsa, deməli, hansısa klublar məni heyətində görmək istəyib, maraqlanıblar. Mən “Sumqayıt” Futbol Akademiyasının yetirməsiyəm. Futbolda ilk addımlarımı da bu məktəbdə atmışam. Çox istərdim ki, futbolçu kimi uzun yolun başlanğıcına məhz doğma klubumda çıxım. Yuxarıda qeyd etdiyim kimi, indi əsas məqsədim mövsümlərarası fasilədə əsas komanda ilə birgə olacağım məşqlərdə etimadı doğruldub heyətə düşməkdi. Ondan sonrasını zaman göstərəcək.
RƏŞAD
Ferid Kerimzadeni taniyiriq cox potensialli futbolcudu solaxaydi deyesen Qocalar imkan verse cavanlar inkiwaf eder

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar