21 may 14:28olke

“Baku Fire” yüksək liqaya iddialıdı

“Baku Fire” yüksək liqaya iddialıdı
Əziz Vahidov: “Birinci liqanın qalibi olmuşuqsa, elitada oynamağı haqq edirik”
“Baku Fire” artıq köklü futzal klublarındandı. Doqquz ildi fəaliyyət göstərən klubun əsas komandası birinci, əvəzediciləri ikinci liqada yarışır. İkinci komanda ümidləri doğrultmasa da, təcrübəli Teymur Eyvazovun yetirmələri birinci liqanı qalib başa vurmağı bacardı. İndiyə qədər iki dəfə gümüş medallara sahib çıxan “Baku Fire”ın 2013/14 mövsümündə elitada çıxış etdiyini də xatırladaq. Komanda yenidən yüksək liqaya iddialıdı. Hər halda, “Bakı alovu”nun prezidenti Əziz Vahidov və baş məşqçi Teymur Eyvazovun açıqlamaları bu yöndədi.
Əziz Vahidov: “Bildiyiniz kimi, 9 ildi futzal yarışlarında iştirak edirik. Birinci liqanın qalibi olmağa can atsaq da, həlledici məqamda bunu bacarmırdıq. Ardıcıl iki mövsümdə buna çox yaxın olmuşduq, 2-ci yeri tutmuşduq. Bu il bizə nəsib oldu ki, yarışı qalib başa vuraq. İkinci dövrədə üç çətin oyunumuz var idi. Həmin oyunlardan sonra başa düşdük, inanmağa başladıq ki, çempion ola bilərik. Ağır oldu, sona 1 tur qalmış zirvədə yerimizi təmin etdik. Çox sevinirik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Mövsüm yüksək səviyyədə, təmiz idman mübarizəsi şəraitində keçdi. Məşqçi və futzalçı heyətimizə ayrıca “sağ ol” düşür. Planımızda yüksək liqada oynamaq var. Düzdü, birillik elita təcrübəmiz var. Ancaq bu, 5 il əvvəl olub. İndi daha çox təcrübə toplamışıq. “Baku Fire” klubdu və bütün yarışlarda – birinci və ikinci liqada, həvəskarların çempionatında, həmçinin U-15 komandamız var. Mövsümlərarası fasilə dönəmində yüksək liqa planı üzərində çalışacağıq. Bu, mənim və bütün komandanın istəyidi. İstəyirdik ki, hədəfə addım-addım yaxınlaşaq. Birinci liqanın qalibi olmuşuqsa, elitada oynamağı haqq edirik. Yüksək liqada oynamaq üçün həm maddi, həm də təşkilati tərəfdən dəstək lazımdı. Yayda maliyyəni tapmağa, təşkilati işləri yoluna qoymağa çalışacağıq. Çox ümidliyik ki, bunu bacaracağıq”.
Teymur Eyvazov: “Açığı, mövsümə başlayanda qarşımıza birinci dövrəni ilk “üçlük”də başa vurmağı məqsəd qoymuşduq. Çünki çempionata elə də güclü heyətlə başlamamışdıq. Ancaq qış fasiləsinə 1-ci yerdə yollandıq. Etiraf edim ki, uşaqlardan belə uğurlu çıxış gözləmirdim. Çempionatın həlledici mərhələsi üçün güclənməliydik. Çünki prinsipial rəqiblərimiz də sıralarını genişləndirmişdilər, yeni oyunçular cəlb etmişdilər. Biz də məcbur idik ki, heyəti gücləndirək. Qışda 5 yeni oyunçu götürdük. Onlar qısa müddətdə komandaya uyğunlaşdılar və beləliklə, uğurlu çıxışımızı davam etdirə bildik. Bunun heç də asan alınmadığını qeyd etməliyəm. Beş-altı oyun oldu ki, 3 xalı “dişlə-dırnaqla” qazandıq. Olurdu ki, son saniyə qolu ilə qələbə qazanırdıq, uduzduğumuz oyunda geridönüş edirdik. “Standard”, ADBTİA, U-19, “Green Log”, “Zəngilan”, hətta “Füzuli” də bizə çox başağrı oldu. Çempionluq çox əziyyət bahasına başa gəldi. Ümumiyyətlə, birinci liqanı ən rəqabətli yarış adlandırardım. Məqsədimiz yüksək liqadı. Mən iddialı məşqçiyəm və istəyirəm ki, elita komandası çalışdırım. Yeni çempionat, yeni rəqiblər, yeni həyəcan arzusundayam. Təbii ki, son sözü rəhbərliyimiz deyəcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar