21 may 14:27olke

ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı”

ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı”
Futzal üzrə yüksək liqanın ardından birinci liqada da mövsümə yekun vurulub. İki günə sığan 30-cu turda 3 oyun baş tutmayıb. Məlum olduğu kimi, “Sabunçu” çempionatdan kənarlaşdırılıb və buna görə növbəti 3 xal “Ulduz”un hesabına yazılıb. Bundan başqa, turun ilk oyun günü keçirilməli olan “Baku Fans” – AZMİU görüşü birincilərin oyuna gəlməməsi üzündən baş tutmayıb. Şənbə günü isə “Yasamal MFK-2” təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-un hesabına daha 3 xal yazılıb.
Baş tutan oyunlara gəlincə, turun ilk qarşılaşmasında “Çinar Cəbrayıl”la üz-üzə gələn “Füzuli” qələbə qazanıb. “Abşeron” isə “Metropoliten” üzərində minimal hesablı üstünlük əldə edib. Ancaq ilk oyun günündəki nəticələr komandaların turnir mövqeyinə təsir göstərməyib. Şənbə günü “Zəngilan”ı sınağa çəkən “Green Log” 3 xal qazanıb. Qələbə “Green Log”a mövsümü 4-cü pillədə başa vurmağa imkan verib. Turun əsas oyunu isə “Standard”la ADBTİA arasında keçirilib. Bu matça qədər ikinci pillədə qərarlaşan “Standard” gümüş medala sahib olmaq üçün uduzmamalıydı. ADBTİA fasiləyə 2 top üstünlüyü ilə yollanıb. İkinci hissədə də üstünlüyü əldən verməyən “idmançılar” qələbə qazanıb. Nəticədə ADBTİA gümüş medallara sahib çıxıb. Bürünc isə “Standard”a qismət olub. Turun bağlanış matçında turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar – çempionluğu ötən tur rəsmiləşdirən “Baku Fire” ilə aşkar autsayder “Sovetski” üz-üzə gəlib. Çempion mövsümü 3 xalla başa vurub.
Turdan sonra mükafatlandırma mərasimi keçirilib. Mövsümü məğlubiyyətsiz bitirən və cəmi bir görüşdə heç-heçə etməklə xal itirən “Baku Fire”yə “qızıl”, ADBTİA və “Standard”a müvafiq olaraq, gümüş və bürünc medallar təqdim olunub. Həmçinin bütün iştirakçı komandalara federasiya adından təşəkkürnamə verilib. Liqanın ən yaxşı qapıçısı U-19-un üzvü Vladislav Reznov, ən yaxşı oyunçusu isə “Zəngilan”dan Qədir Rüstəmov seçilib. Ən yaxşı baş məşqçi mükafatı “Baku Fire”yə qızıl medallar qazandıran Teymur Eyvazova təqdim edilib. Liqanın bombardiri isə 85 qol vurmuş Emin Cəbrayılov (ADBTİA) olub. Komandalara mükafatları Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, federasiyanın əməkdaşı Xosrov Məmmədov və sabiq referi Elçin Səmədli təqdim ediblər.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Ulduz – Sabunçu +:- (5:0)
Çinar Cəbrayıl – Füzuli 2:5
Metropoliten – Abşeron 4:5
Baku Fans – AZMİU -:+ (0:5)
Yasamal MFK-2 – U-19 -:+ (0:5)
Green Log - Zəngilan 5:3
Standard – ADBTİA 2:5
Sovetski – Baku Fire 2:5
1. Baku Fire 30 29 1 0 222-47 88
2. ADBTİA 30 27 1 2 262-40 82
3. Standard 30 27 0 3 254-83 81
4. Green Log 30 19 2 9 157-91 59
5. U-19 30 18 2 10 202-76 56
6. AZMİU 30 18 2 10 154-102 56
7. Zəngilan 30 16 3 11 145-109 51
8. Baku Fans 30 15 2 13 132-110 47
9. Metropoliten 30 12 3 15 147-193 39
10. Yasamal MFK-2 30 11 2 17 134-166 35
11. Füzuli 30 10 4 16 103-172 34
12. Abşeron 30 8 1 21 103-237 25
13. Ulduz 30 6 1 23 121-185 19
14. Çinar Cəbrayıl 30 4 2 24 86-236 14
15. Sabunçu 30 3 2 25 48-215 11
16. Sovetski 30 2 2 26 69-259 8
Bombardir: Emin Cəbrayılov (ADBTİA) – 85.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar