19 may 14:53olke

Finalçı çalışdırıcılar qələbəyə kökləniblər

Finalçı çalışdırıcılar qələbəyə kökləniblər
Ayxan Abbasov: “Komandada hamı üzərinə düşən məsuliyyəti çox yaxşı başa düşür”
Sənan Qurbanov: “Bu dəfə də titulu əldən versək, bu daha ağır, sarsıdıcı zərbə ola bilər”

Ölkə kubokunun həlledici qarşılaşmasında üz-üzə gələcək komandalar artıq bu gün Naxçıvanda oyunöncəsi son məşqə çıxacaq. Ötən sayımızda Qəbələ ziyalılarının “qırmızı-qaralar”ın düşərgəsinə baş çəkib, finalda komandaya uğurlar dilədiyini xəbər vermişdik. Srağagün isə eyni hal “Sumqayıt”ın düşərgəsində yaşanıb. Şəhərin İcra Hakimiyyətinin rəsmiləri, “Azərikimya”nın rəhbərliyi “Kapital Bank Arena”ya gələrək “ağ-göylər”in futbolçularıyla görüşüblər, həlledici qarşılaşmada onlara qələbə arzlayıblar. Şəhərin gənclər və idman idarəsinin rəisi Elgün Nəbiyev futbolçulara kuboku Sumqayıta gətirəcəkləri təqdirdə möhtəşəm qarşılanma mərasimi təşkil olunacağına dair söz verib. Hadisələri qabaqlayaraq bildirək ki, ssenariyə uyğun olaraq komanda üstüaçıq, ikimərtəbəli avtobusda şəhərə daxil olacaq, Sülh küçəsi boyunca azarkeşlər onları qarşılayacaq. Tədbirin davamı isə “Kapital Bank Arena”da təşkil olunacaq.
2018/19 “futbol ili”nin son qarşılaşması ərəfəsində komandaların durumundan xəbərdar olmaq üçün hər iki kollektivin baş məşqçinin və futbolçularının fikirlərini öyrənməyi lazım bildik.
Ayxan Abbasov (“Sumqayıt”ın baş məşqçisi): “Bu gün (dünən) Bakıda son məşqə çıxıb, axşam Naxçıvana yollanacağıq. Sevindirici haldı ki, yüngül zədələri olan futbolçularımız sıraya dönüb, kollektivlə birgə hazırlıq keçiblər. Xüsusilə də Peyman Babayiyə görə şadıq. İtkilərimiz barədə ötən sayınızda xəbər vermisiz. Aleksey İsayev cəza, Ehtiram Şahverdiyev isə zədə üzündən meydana çıxmayacaq. Bilirik ki, bizi çox çətin oyun gözləyir. Komandada hamı üzərinə düşən məsuliyyəti çox yaxşı başa düşür ki, uşaqların məşqlərdə səylə çalışmağından da bunu görmək mümkündü. “Qəbələ” çox ciddi, bu cür oyunlarda böyük təcrübəyə malik bir komandadı. Onlar artıq üç dəfə final həyəcanı yaşayıblar. Naxçıvandakı qarşılaşma onlar üçün 4-cü olacaq. Əvvəlki 3 finalda titul qazana bilməmələri rəqibi bu matça xüsusi motivasiya ilə çıxmağa məcbur edəcək. Ayrı-ayrılıqda bəzi futbolçularımız başqa komandaların heyətində final oynasalar da, “Sumqayıt” ilk dəfə belə oyunun həyəcanını yaşayacaq. Final görüşlərində təcrübə çox şey deməkdi. Naxçıvanda havanın hərarətinin çox yüksək olmasına gəlincə, bu bizi narahat etmir. Ümid edirəm ki, sonda qalib gələn biz olacağıq. Düşərgədə ab-hava çox yüksəkdi”.
Sənan Qurbanov (“Qəbələ”nin baş məşqçisi): “Final oyunu ərəfəsində “Sumqayıt”la son çempionat görüşümüzü təhlil etdik və orda etdiyimiz səhvləri gözdən keçirdik. Həftəlik məşqlərdə çalışdıq ki, onların üzərində işləyək. Komanda üzvləri çox istəklidilər. Bunu hazırlıq prosesində də görmək olardı. Düşərgədə elə oyunçular var ki, artıq “Qəbələ” nin heyətində 4-cü dəfə final həyəcanı yaşayacaqlar. Onlar da, nəhayət, tilsimi qırıb kuboku başı üzərinə qaldırmağı istəyir. Finalın məsuliyyətini dərk edirlər. Hamı yaxşı başa düşür ki, bu dəfə də titulu əldən versək, bu daha ağır, sarsıdıcı zərbə ola bilər. Çempionatı istədiyimiz yerdə başa vura bilmədiyimizdən, ölkə kubokunu qazanıb, mövsümü major notda yekunlaşdıra bilərik. Bununla da azarkeşlərimizə uğursuz mövsümü unutdura bilərik. İnanıram ki, futbolçularım məşqlərdə çəkdikləri əziyyətin, tökdükləri tərin qarşılığını Naxçıvanda görə biləcəklər. Şükürlər olsun ki, komandada əhval-ruhiyyə də qaydasındadı.Oyunun Naxçıvanda keçirilməsi müəyyən dərəcədə işimizə təsir göstərsə də, artıq qərar verilib. Biz də istəyərdik ki, matç Bakıda keçirilsin. Naxçıvana da kubokun arxasınca gedirik. İstini, meydanın durumunu çox qabardıb, şikayətlənmək fikrimiz yoxdu. Çünki şərtlər hər iki komanda üçün eyni olacaq. Titul qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Finala qədər gəlib çıxmışıqsa, heç nəyə fikri vermədən məqsədə çatmalıyıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar