19 may 14:49olke

Futzal mövsümü qalmaqalla bitdi

Futzal mövsümü qalmaqalla bitdi
“Xəzər Cənub” mükafatlandırma mərasimini boykot etdi!
Xəbər verdiyimiz kimi, dünən futzal üzrə yüksək liqada mukafatlar uğrunda həlledici oyunlar keçirildi. Əvvəlcə "Ekol"la "Neftçi" arasında 3-cü yer uğrunda qarşılaşma baş tutdu. "Ekol"da cəzasının müddəti başa çatan Emin Kürdovla Fərid Ələkbərov meydana döndüyü halda, Ramiz Çovdarov matçı yenə tribunadan izləyirdi. Oyunöncəsi “Neftçi”də vəziyyət çox acınacaqlı idi. Kapitan Rüfət Balakişiyevin cəzası davam etdiyi bir məqamda Vitali Borisovla Elnur Zamanov zədə üzündən komanda yoldaşlarına kömək edə bilmirdi. Düzdü, Salar Şahnazinin cəzasının müddəti başa çatmışdı, amma itkilər daha ağır idi.
Oyunda hesabı "Ekol" açdı. Elə 1-ci dəqiqədə rəqib qapısına yol tapan Namiq Məmmədkərimov hesabındakı qolların sayını artırdı. “Neftçi”nin cavabı da gecikmədi. "Ağ-qaralar"dan Şahnazi adını tabloya yazdırdı. Di gəl ki, 10-cu dəqiqədə müdafiədəki “hədiyyə” bərabərliyin yenidən "Ekol"un xeyrinə dəyişməsinə şərait yaratdı. Bu dəfə də Məmmədkərimov adını tabloya yazdırdı. Sonrakı dəqiqələrdə "Ekol" iki, "Neftçi" bir qol vurdu və birincilər fasiləyə 2 top fərqi ilə üstün yollandı. "Şirkət təmsilçisi"ndə Fərid Atakişiyev dubl etdisə, "Neftçi"də Tural İsmayılov fərqləndi.
İkinci hissədə qapılara qol vurulmadı və beləliklə, 4:2 hesabı ilə qələbə qazanan "Ekol" yüksək liqanın bürünc medallarını qazandı.
Sözsüz ki, bütün diqqətlər final oyununa yönəlmişdi. Bunu tribunaların tədricən dolmasından da hiss etmək olardı. Yeri gəlmişkən, qarşılaşmanı izləyənlər arasında AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev də var idi. Maraqlıdı ki, Futzal Federasiyasının prezidenti Zaur Axundov çempionatın əsas oyununa gəlməmiş, yüksək çinli AFFA məmurunu yalqız qoymuşdu. Sonradan öyrəndik ki, Axundov Bakıda deyil.
Gərginlik vəd edən qarşılaşma üçün təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Belə ki, asayiş keşikçilərinin sayı artırılmışdı. Onların sayı 15-ə çatırdı. Mərkəzi arenada "Xəzər Cənub"un tərəfdarlarının sayı daha çox idi. Onların coşqusu, "Xəzər", "Xəzər" qışqırıqları, "haydı, irəli, Lənkəranın "Xəzər"i" şüarı böyük futbolun "Xəzər Lənkəran"lı dönəmini xatırladırdı. Ümumiyyətlə, tribunalarda çox az boş yer var idi.
Oyun dövlət himninin səsləndirilməsi ilə başladı. Bu zaman "Xəzər Cənub"un iranlı kapitanı Mehdi Pənahandenin əlini ürəyinin üstünə qoyub himnin bəzi yerləri zümzümə etməsini görməyə dəyərdi. Bir sözlə, oyunətrafı ab-hava möhtəşəm idi. Bakı İdman Sarayı çoxdan bəri belə ajiotaj yaşamamışdı...
Final oyununa komandalar fərqli vəziyyətdə çıxmışdı. Daha doğrusu, “Araz” tam heyətlə mübarizəyə hazır olduğu halda “Xəzər Cənub” iki əsas oyunçusunun xidmətindən istifadə edə bilmirdi. Söhbət cəza üzündən matçı buraxan İsaq Surqalıdan və Behzad Şeblidən gedir.
Oyun qolla başlaya bilərdi. Belə ki, 1-ci dəqiqədə Rövşənin qapıda inamsız oyunundan sonra Fərid Məzahiri qapıya düşə bilmədi. O, yüzfaizlik şansı boşa verdi. Bir qədər sonra isə "Araz"ın qapıçısı iki ardıcıl qurtarışla az əvvəlki səhvini artıqlaması ilə “sığortaladı”. Debütantın hücumlarının daha kəsərli alındığını vurğulamaq lazımdı. Ancaq "Araz" da boş dayanmırdı. Tərəflərin cəhdlərinə baxmayaraq, azarkeşlər ilk yarıda qol görmədilər.
İkinci hissə daha gərgin keçdi. 25-ci dəqiqədə hakimin şübhəli qərarından sonra "Xəzər Cənub" azlıqda qaldı, bu dəqiqələrdə "Araz" hesabı açdı. Qapıçı Həmid Rəşidi topa cərimə meydançasından kənarda əllə toxundu ki, Azər Əsgərov onu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırdı. 50 saniyə sonra Məhəmmədtaha Neyməti naxçıvanlıları hesabda önə keçirdi. Ancaq debütant yenidən 4 meydan oyunçusu ilə oynamağa keçən kimi, cəmi 8 saniyə sonra dərhal tarazlığı bərpa etdi. Əmir Şocayi "Araz"ın sevincini qurşağında qoydu. Bərabərlik qolundan sonra Marat Salyanski ilə "Xəzər Cənub"lu Rəşid Qalapur arasında gərginlik yaşandı. İranlının qol sevincini onun qarşısında aqressiv şəkildə qeyd etməsi sabiq qapıçını özündən çıxardı və nəticədə "Araz"ın idman direktoru texniki zonadan qovuldu.
Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyinə görə komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə apardı. Yalnız ikinci əlavə vaxtın sonlarına yaxın “Araz” ardıcıl iki qol vurmaqla çempionluğu bayram etdi. Əvvəlcə İsa Atayev qarşısıalınmaz zərbə ilə “9-luğ”u nişan aldı, ardınca Fərzəliyev boş qapıya düşməklə məsələni həll etdi. Nihad isə oyunda son nöqtəni qoydu. Beləliklə, “Araz” 14-cü dəfə ölkə çempionu oldu.
Ancaq sonluq qanqaraldıcı oldu. Qonq səslənən kimi qarışıqlıq düşdü, hətta bir neçə azarkeş də meydana axışdı. Lakin polislər və mühafizə dərhal olaya müdaxilə etdi və ara sakitləşdi. Bundan sonra mükafatlandırma mərasimi baş tutdu. Amma "Xəzər Cənub" medallarını almağa gəlmədi. Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio da Silva (Araz), ən yaxşı oyunçusu Vitali Borisov (Neftçi), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (Araz) seçildi. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rizvan ölkə çempionatının bombardiri oldu. Ancaq o da mükafatını almağa gəlmədi. Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin üzvü Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim etdilər.
Ekol – Neftçi 4:2 (4:2)
Ekol: 99. Emin Kürdov, 2. Radik Əhmədov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 4. Fərid Atakişiyev, 5. Sərxan Məstiyev, 9. Əsgər Abasov,14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev.
Məşqçi: Radik Əhmədov.
Neftçi: 23. Seyidəhməd Yaqubi, 5. Vahd Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 13. Əjdər Əjdərov (k); 1. Samir Mehtiyev, 3. Salar Şahnazi, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Qollar: N.Məmmədkərimov, 1 (1:0). S.Şahnazi, 5 (1:1). N.Məmmədkərimov, 10 (2:1). F.Atakişiyev, 14 (3:1). T.İsmayılov, 14 (3:2). F.Atakişiyev, 16 (4:2).
Vərəqələr: M.Katebi, 2. S.Şahnazi, 20. O.Baxşəlizadə, 29 - sarı.
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov
17 may. Bakı İdman Sarayı.
Araz – Xəzər Cənub 4:1 (0:0)
Araz: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 15. Məhəmmədtaha Neyməti; 1. Kamran Hacıyev, 7. Əli Mikaili, 9. Oktay Rüstəmli, 13. Hüseyn Seyidəbülfəz, 14. Məsud Nəsirzadə, 17. İsa Atayev, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Xəzər Cənub: 24. Həmid Rəşidi, 9. Fərid Məzahiri, 8. Səcəd Nəsihi, 11. Şahab Şahnazi, 13. Amir Şocayi; 33. Rza Təbrizi, 7. Hadi Rizvan, 10. Mehdi Pənahande (k), 12. Rəşid Qalapur, 20. Nayim Sayarı, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Qollar: M.Neyməti, 26 (1:0). Ə.Şocayi, 26 (1:1). İ.Atayev, 49 (2:1). R.Fərzəliyev, 49 (3:1). N.İsmayılov, 50 (4:1).
Vərəqələr: N.Sayarı, 18. Ə.Şocayi, 19. Ş.Şahnazi, 19. İ.Atayev, 24. R.Qalapur, 26. X.Bağırov, 30. Ə.Mikaili, 49. E.Həsənzadə, 49 - sarı. H.Rəşidi, 25. Ə.Şocayi, 50 (ikinci sarı). R.Qalapur (oyundan sonra) - qırmızı.
Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, Fuad Həsənov.
17 may. Bakı İdman Sarayı.

Çempionları yaxından tanıyaq...
“Araz” 14 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” ilə “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Xəzər adaları” qırıb. Bu, sayca 26-ci ölkə çempionatıdı. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-də keçirildiyi qeyd edilir. Ancaq fakt odu ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib. İndiyə qədər baş tutan çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
1993 Nicat
1994/95 Azadə
1995/96 Avtomobilçi
1996/97 Avtomobilçi
1997/98 Avtomobilçi
1998/99 Azərneftyanacağ
1999/00 Azərneftyanacağ
2000/01 Turan AİR
2001/02 Turan AİR
2002/03 Tribut
2003/04 Turan AİR
2004/05 Araz
2005/06 Araz
2006/07 Araz
2007/08 Araz
2008/09 Araz
2009/10 Araz
2010/11 Araz
2011/12 Araz
2012/13 Araz
2013/14 Araz
2014/15 Xəzər adaları
2015/16 Araz
2016/17 Araz
2017/18 Araz
2018/19 Araz
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar