19 may 14:43olke

Naxçıvanda ölüm-qalım savaşı

Naxçıvanda ölüm-qalım savaşı
Finalların uğursuzu Sumqayıtı yubileydə sevindirmək istəyənə qarşı
Ölkə kuboku, final
11. Qəbələ - Sumqayıt
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Cəzalılar: Sabien Lilay, Amin Seydiyev (hər ikisi “Qəbələ), Aleksey İsayev (Sumqayıt).
19 may. Naxçıvan. Muxtar Respublika stadionu. Saat 17.00
Sabah bütün futbol azarkeşlərinin diqqəti Naxçıvana yönələcək. Muxtar Respublika stadionunda keçiriləcək oyunda ölkə kubokunun qalibi müəyyənləşəcək. Həm “Qəbələ”, həm də “Sumqayıt” qələbə üçün əlindən gələni edəcək. Sözügedən qarşılaşma ilə 2018/19 mövsümünə də yekun vurulacaq. Oyunu “CBC Sport” telekanalı canlı yayınlayacaq. Onu da qeyd edək ki, kubokun final qarşılaşması Naxçıvanda ilk dəfə keçirilmir. İki il əvvəl də Muxtar Respublika “ikinci cəbhə”nin son görüşünə “qucaq açmışdı”. Həmin matçda “Qarabağ” “Qəbələ”ni iki cavabsız qolla məğlub etmişdi. Daha öncə isə - 2015-ci ildə Naxçıvanda “Xəzər Lənkəran”la “Neftçi” superkubok matçında üz-üzə gəlmiş, cənublular qələbə qazanmışdı (2:1). Muxtar Respublikada bu dəfə hansı komandanın sevinəcəyi maraq doğurur.
İstər “Qəbələ”, istərsə də “Sumqayıt” kuboku qazanmaqla ilk tituluna yiyələnmək niyyətindədi. “Kimyaçılar” əslində finala vəsiqə qazanmaqla nəinki klub tarixində, hətta təmsil etdiyi şəhərin komandaları adına ilkə imza atdı. Bu uğurun davamını gətirmək arzusunda olan “gənclik şəhəri” təmsilçisi Sumqayıta ilk dəfə kubok aparmağa köklənib. Özü də bu il şəhərin 70 illiyi qeyd olunur və komandanın belə uğuru ikiqat bayram olacaq. Bundan başqa, “kimyaçılar” tarixində ilk dəfə Avroliqada mübarizə aparmaq istəyir. Bunun üçün də kubokun qazanılması şərtdi.
“Qəbələ” isə buna qədər üç dəfə final oynayıb. Ancaq “qırmızı-qaralar” heç birində uğurlu ola bilməyib. “Neftçi”, “Qarabağ” və “Keşlə” şimalıların aruzusunu gözündə qoyub. Sənan Qurbanovun komandası sindromu qırmaq üçün mübarizə aparacaq. Klub tarixində ilk titul, Avroliqaya vəsiqə məhz Naxçıvanda gerçəkləşəcək qarşılaşmada əldə olunacaq qələbədən asılıdı. Komanda Tale Heydərovun gedişlindən sonra prezident təyin olunan Fariz Nəcəfova “xoş gəldin” hədiyyəsi vermək istəyir. Nə bilmək olar, bəlkə də klubun taleyi ilə bağlı müəmmalara da kubokun finalındakı nəticə təsir edəcək? Hər halda, “Qəbələ” titul həsrətini bitirməklə yanaşı, Avroliqaya da vəsiqə qazanmaq istəyir. Mümkün uğursuzluq ilk dəfə cari mövsüm premyer-liqada baş məşqçi kimi çalışan Sənan bəyin də karyerası üçün xoş olmayacaq. Bir sözlə, hər iki tərəf Muxtar Respublikadan bayram əhval-ruhiyyəsində qayıtmaq üçün vuruşacaq.
Xatırladaq ki, final yolunda “Sumqayıt” “Qaradağ Lökbatan”ı (4:0), “Neftçi”ni (2:0, 0:1) və “Zirə”ni (0:0, 3:3) yolundan kənarlaşdırıb. Mübarizəyə 1/4 finaldan başlayan “Qəbələ” isə “Sabah” (1:0, 1:0) və “Qarabağ”dan (1:0, 1:2) üstün olub. Maraqlıdı ki, bu komandaların cari “futbol ili”ndəki oyunlarında bərabərlik hökm sürür. 4 qarşılaşmanın ikisi heç-heçə bitibsə, hərə öz meydanında qələbə qazanıb. Kubokda qələbə qazanan mövsümdəki balansı da xeyrinə dəyişəcək.
FARİZ

Yeri gəlmişkən…
1992-ci ildən keçirilən Azərbaycan kubokunun tarixində 27 mövsüm start götürsə də, biri sona çatdırılmayıb və beləliklə, “Qəbələ” – “Sumqayıt” oyunu 26-cı final kimi tarixə düşəcək. Keçirilən 25 finalda 16 komanda oynayıb, “Sumqayıt” 17-ci finalçı olacaq. Mütləq rekord “Neftçi”yə məxsusdu – 10 final. Doqquz dəfə həlledici matçda iştirak edən “Qarabağ” ikincidi. 5 belə qarşılaşmanın iştirakçısı olan “Xəzər Lənkəran” 3-cü sırada qərarlaşıb.

bütün finallar
1992 İnşaatçı (Bakı) - Kür (Mingəçevir) 2:1, əlavə vaxtda
1993 Qarabağ (Ağdam) - İnşaatçı (Sabirabad) 1:0, ə.v.
1993/94 Kəpəz (Gəncə) - Xəzər (Lənkəran) 2:0
1994/95 Neftçi (Bakı) - Kür 1:0
1995/96 Neftçi - Qarabağ 3:0
1996/97 Kəpəz - Xəzri (Bakı) 1:0
1997/98 Kəpəz - Qarabağ 2:0
1998/99 Neftçi - Şəmkir 0:0, p. - 5:3
1999/00 Kəpəz - Qarabağ 2:1
2000/01 Şəfa (Bakı) - Neftçi 2:1
2001/02 yarımçıq qalıb
2003/04 Neftçi - Şəmkir 1:0, ə.v.
2004/05 Bakı - İnter (Bakı) 2:1, ə.v.
2005/06 Qarabağ - Karvan (Yevlax) 2:1
2006/07 Xəzər Lənkəran - MKT-Araz (İmişli) 1:0
2007/08 Xəzər Lənkəran - İnter 2:0, ə.v.
2008/09 Qarabağ - İnter 1:0
2009/10 Bakı - Xəzər Lənkəran 2:1, ə.v.
2010/11 Xəzər Lənkəran - İnter 1:1, p. - 4:2
2011/12 Bakı - Neftçi 2:0
2012/13 Neftçi - Xəzər Lənkəran 0:0, p. - 5:3
2013/14 Neftçi - Qəbələ 1:1, p. - 3:2
2014/15 Qarabağ - Neftçi 3:1
2015/16 Qarabağ - Neftçi 1:0, ə.v.
2016/17 Qarabağ - Qəbələ 2:0
2017/18 Keşlə - Qəbələ 1:0
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar