"Araz"ın və millimizin üzvü legioner həyatı yaşamağa hazırlaşır. Xətai Bağırov Tayland çempionatında top qovacaq. "Sisaket" klubu həmyerlimizə dəvət göndərib. Asiyalıların təklifini qəbul edən Xətai Taylandda "Araz"dakının ikiqatını qazanacaq. Artıq bütün şərtlər razılaşdırılıb və futzalçı bu gün həmin ölkəyə yollanır. Bağırov "Sisaket"lə 6 aylıq müqavilə bağlayıb, ancaq hər şey yolunda getsə, anlaşmanın müddəti uzadılacaq.
Qeyd edək ki, Tayland çempionatında 14 komanda yarışır, 8 turdan sonra hesabında cəmi 3 xal olan "Sisaket" hazırda 13-cü pillədə qərarlaşıb. Ancaq heyəti gücləndirən klub bugünlərdə komandaya iki braziliyalı da cəlb edib.