19 may 14:35olke

“Səbail”in məşqçisindən narazıların sayı artır

“Səbail”in məşqçisindən narazıların sayı artır
Feyzulla Feyzullayev: “Məncə, top itsəydi, ona daha tez reaksiya verilərdi”
Daimi oxucularımız, yəqin ki, qəzetimizin 13 may tarixli sayında dərc olunan “Valideyn “Səbail”in məşqçisindən Futbol+”ə şikayət etdi” yazısı ilə tanışdı. Qısaca xatırladaq ki, övladı “Səbail”in 2005-ci il doğumlulardan ibarət komandasında çıxış edən Rövşən Məmmədov sözügedən yaş qrupunun baş məşqçisi Fərid Namazovdan narazılıq etmişdi. Rövşən bəy Namazovu imkanlı şəxslərin uşaqlarına xüsusi diqqət ayırıb, başqalarına laqeyd yanaşamaqda ittiham etməklə yanaşı, B kateqoriyasına malik çalışdırıcının Vərəm Dispanserində qeydiyyatda olduğunu vurğulamışdı. Valideyn Fərid bəyə görə neçə-neçə istedadlı uşağın “Səbail”i tərk edərək başqa klublara üz tutduğunu da bildirmişdi. Və ardınca Məmmədov rəhbərliyin ünvanına da “danışmışdı”. Onun sözlərinə inansaq, “Səbail”də uşaq futboluna nəzərət sıfır səviyyəsindədi. Bu boşluqdan yararlanan Namazov və onun kimiləri istədiyini edirlər.
Dünən redaksiyamıza təşrif buyuran Feyzulla Feyzullayev də Fərid Namazovdan şikayətçi olduğunu bildirdi. Hazırda təqaüddə olan hərbçini dinləyək: “Fərid Namazov Azərbaycan futbolunun gələcəyini məhv edən məşqçilərdən biridi. Ona heç məşqçi demək də düz deyil. O uşaqları daim qorxu, həyəcan içində saxlayır. Hansısa valideyn nəyə görəsə baş məşqçiyə iradını bildirirsə, onun övladının adı “qara siyahı”ya düşür. Baş məşqçi valideynin acığını isə uşaqdan çıxır. Onu əsas heyətdən kənarlaşdırmaqla psixoloji cəhətdən “sındırır”. 14 yaşı olmayan uşaqlara qarşı belə davranmağa ona kim haqq verib? O istəyir ki, hamı qarşısında “ləbbeyk” desin, hamı haqqı nahaqqın ayağına versin, onun səhvlərinə göz yumsun. O özünü toxunulmaz sayır. Mənim oğlumla “düşməyinin” səbəbi də mən olmuşam. Niyə? Səbəbini deyim. 3-4 ay öncə yağışlı havada komanda məşqə gedərkən uşaqlar köməkçi məşqçinin sözü ilə avtobusa miniblər. Köməkçi uşaqların üşüdüyünü görərək bu addımı atıb. Üstündən bir müddət keçəndən sonra Namazov gəlib və uşaqlara “siz niyə məndən icazəsiz avtobusa minmisiz” deyərək, onlara düşməyi əmr edib. Yalnız özü avtobusa minəndən sonra komandaya yerlərini tutmaq göstərişi verib. Bu nə deməkdi? Belə çıxır ki, Fərid bir saata gəlməsə də, uşaqlar soyuqdan donaraq onu gözləməliymişlər. Bir də uşaqlara avtobusa minməyi öz köməkçisi deyib. Burda komandanın nə günahı var? Mən də bu söhbəti biləndən sonra klubun sabiq əlaqələndiricisi Samir Əliyevə narazılığımı bildirdim. Həmin gündən Namazov oğlumu əsas heyətdən kənarlaşdırıb. Səbəbini soruşanda da “zəifləyib” cavabını verir. Ancaq mən bilirəm ki, söhbətin kökündə Nihatın zəifləməsi yox, mənim ondan şikayətçi düşməyim durur. Dəfələrlə valideynlər iclas keçirilməsini istəyib. Orda da ancaq Fərid, bir dəfə də Cahangir Həsənzadə olub. Fəridin iclasda iştirakı bizə nə verir? Biz onun əməllərindən təngə gəlmişik, rəhbərliklə görüşmək istəyirik. Ancaq görünür, “Səbail”də uşaq futbolu heç kimi maraqlandırmır”.
Feyzulla bəy baş məşqçinin Vərəm Dispanserində qeydiyyatda olduğunu da vurğuladı və bu səbəbdən övladını komandadan ayrıdğını bildirdi: “Fərid vərəmdən müalicə alıb və bu gün də vaxtaşırı müayinədən keçir. Allah şəfasını versin. Hamı bu xəstəliyə düçar ola bilər. Ancaq vərəmdən əziyyət çəkənin biri necə olur ki, uşaqlarla işləyir? Kim ona bu şəraiti yaradıb? Bunu biləndən sonra Nihatı məşqə getməyə qoymadım. Artıq 2 aydı oğlum məşqlərdən uzaq düşsə də, klubdan bir nəfər də olsun, zəng vurub maraqlanmadı ki, uşaq niyə məşqə gəlmir? Sanki canlı insan yox, hansısa top yoxa çıxıb. Məncə, top itsəydi, ona daha tez reaksiya verilərdi. Nihatın klubla müqaviləsi olduğu halda, heç kim maraqlanmır. Bu da ondan xəbər verir ki, “Səbail”də uşaq futbolu nəzarətsizdi, hansı məşqçi nə istəyir, onu da edir. Başverənlərlə bağlı AFFA-ya, Gənclər və İdman Nazirliyinə məktub ünvanlamışam (bir nüsxəsini də bizə təqdim etdi – R.). Çox istərdim ki, aidiyyatı qurumlar bu məsələ ilə maraqlansın, Fərid kimi futbolumuzun gələcəyini məhv edən “məşqçilər” layiqli cəzasını alsınlar”.
Ötən sayımızda məsələ ilə bağlı “dənizçilər”in İdarə Heyətinin üzvü Cahangir Həsənzadə ilə əlaqə saxlayıb, yaşananlara münasibət bildirməsini istəmişdik. Həmin vaxt ölkə xaricində olan funskioner vətənə döndükdən sonra məsələyə aydınlıq gətirəcəyini söyləmişdi. Bu artıq “Səbail”dən, məhz Fərid Namazovdan şikayətçi düşən ikinci valideyndi. Yaxşı olardı ki, Həsənzadə və ya “Səbail”in rəhbərliyində təmsil olunanlardan kimsə bu işə ciddi yanaşıb, narazı valideynlərlə görüşərdi, onların problemləri ilə maraqlanardı. Klub rəhbərliyinə də tribuna verməyə hazırıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar