19 may 14:33olke

Platellas Bakını “kiçik Dubay” adlandırdı

Platellas Bakını “kiçik Dubay” adlandırdı
“Orda hər şey saat kimi işləyir”
"Neftçi"nin yarımmüdafiəçisi Vangelis Platellas ölkəsi Yunanıstanın mətbuatına müsahibə verib. "Arena FM"ə danışan 31 yaşlı yarımmüdafiəçi premyer-liqamız və ölkəmiz haqda müsbət fikirlər səsləndirib.
- "Neftçi"yə keçidin və Azərbaycan futbolu haqda nə deyə bilərsən?
- Həqiqət budu ki, təklif üzərində çox düşünmədim, çünki Yunanıstanı heç vaxt tərk etməmişdim. Azərbaycan çempionatı yaxşıdı, hazırda yüksəlişdədi. Futbol oynamaq üçün hər cür şərait var, insanlar komandaya yaxın olur və bizə hörmət edirlər. Meydanda və ondan kənarda heç bir problemimiz yoxdu. Hər şey həll edilir və saat kimi işləyir. "Neftçi" ölkənin ən köklü klubudu. Əksər insanlar "Qarabağ"ı tanıyır və dəstəkləyirlər. Çünki bu komanda son 6 ilin çempionudu.
- Yunanıstanı tərk etmək üçün doğru zaman idimi və qərarınızdan məmnunsan?
- Legioner həyatı yaşamaq əlavə motivasiya verdi. Qərarımdan peşman deyiləm, mənim üçün önəmli oldu. Fikrimcə, məndə hər şey yaxşı alındı. Sakit həyat üçün daha bir neçə il burda qalmaq istəyirəm.
- "Neftçi" Avropa Liqasının təsnifat mərhələsində "Aris"lə qarşılaşa bilər?
- Bəli, eşitdiyimə görə, belə bir ehtimal var. Salonikiyə gəlmək istəyirəm, amma rəqib kimi yox, daha sonra. Bir ildən çoxdu "Aris"i tərk etmişəm. Orda gözəl günlərim olub. Belə bir vəziyyətdə "Neftçi" ilə "Aris" asan cütlük olmaz.
- "Aris"lə bağlı xatirələrin necədi?
- Orda gözəl günlərim olub, bizim xoş münasibətimiz var. Əvvəlki illərdə yüksəlişə keçə bilməyən "Aris"ə kömək etmişdim.
- Azərbaycanda mövsüm başa çatdı. "Neftçi" ilə toplanışa nə zaman başlayacaqsan?
- Klubla müqaviləm var. Təxminən 25 gün sonra bir araya gəlib, toplanışa start verəcəyik. İstirahət üçün çox vaxtımız olmayacaq. Ancaq bu bizim işimizdi və vacibdi. Salonikiyə yenidən gəlmək gözəldi. Bura yaxşı şəhərdi, bizi sevən insanlar var.
- Azərbaycana uyğunlaşa bilmisən?
- Bakı yaxşı şəhərdi, kiçik Dubaydı. Ora gedən hər kəs fərqli şeylər görür. Şəhərə çox yatırım olub, xeyli binalar var, onlar bitmir. Şəhər yenilənib, qaz və nefti var. Uyğunlaşmaqda çətinlik çəkəcəyimi düşünürdüm. Çünki Yunanıstandan kənara çıxmamışdım və kiçik Saloniki şəhərində yaşayırdım. Orda çox avropalı var, xüsusən də, fransızlar və ispanlar. Yunanıstandan isə mənəm.
- Gələcəkdə Yunanıstan millisindən dəvət gözləyirsən?
- Hər bir idmançı üçün millinin formasını geymək ən vacibidi. Çünki ölkəni təmsil edirsən. Bu, hər kəs kimi, mənim üçün də şərəf olar.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar