03 apr 19:45olke

Yarımfinal oyunlarına damğa vuran olaylar

Yarımfinal oyunlarına damğa vuran olaylar
Kubokda yarımfinalın ilk oyunlarından sonra, demək olar, finala kimlərin adlayacağı böyük ölçüdə bəlli oldu. “Neftçi”ni səfərdə 2 cavabsız qolla üstələyən “Qarabağ”ın doğma meydanda bu üstünlüyü əldən verməsi inandırıcı deyil. Həmçinin evdə “Qəbələ”yə 1:3 hesabıyla uduzan “İnter”, çətin ki, cavab görüşündə məğlubiyyətin əvəzini artıqlaması ilə çıxsın. Yarımfinalın ilk oyunlarında təkcə nəticələr yox, başqa məqamlar da diqqəti çəkdi.

Azarkeş klub rəsmisindən yardım istədi
“Neftçi” - “Qarabağ” matçından öncə, “Bakcell Arena”nın media sektoruna qalxmamış maraqlı bir mənzərənin şahidi olduq. Belə ki, azarkeşlərdən biri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulova yaxınlaşıb, “orda dəstək vermək üçün ayaqüstə dururuq, polis icazə vermir” şikayətində bulundu və klub rəsmisi problemi aradan qaldırmaq üçün dərhal həmin sektora üz tutdu. Dünən Rəsulovla əlaqə saxlayıb problemin nədən qaynaqlandığını öyrəndik: “Həmin azarkeş “Köhnə 13” fanklubunun üzvü idi. Onların pankart açmasında problem yaranmışdı. Əslində plakatda mübahisəli bir şey yazılmamışdı. Kiçik anlaşılmazlıq idi. Getdik, polis əməkdaşları ilə birgə məsələni yerində araşdırdıq. Nəticədə həmin pankartın açılmasına icazə verildi. Belə deyək, anlaşılmazlığı aradan qaldıra bildik. Problem yaşanmadı”.

Xanım fanatlar və “CBC Sport”un işçiləri problemlə üzləşdi
“Bakcell Arena”dakı görüşdə “Qarabağ”ın 50-yə yaxı xanım fanatı tribunaya qalxmaq istəyəndə problemlə üzləşdi. Polis əməkdaşları "Lady`s of Qarabag"ın üzvlərinin tribunaya daxil olmasına icazə vermədi. Oyunun əvvəlində xeyli müddət xanım fanatlar girişdə gözləməli oldu. Daha sonra zərif cinsin nümayəndələri VİP-sektora üz tutdu. Əldə etdiyimiz bilgiyə görə, əvvəlcədən klublar arasında bu məsələ haqda razılaşma olub. Odu ki, hər iki tərəfdən məsələyə münasibət öyrənməyi lazım bildik. Öncə “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovu dinləyək: “Biz oyundan öncə “Neftçi” tərəfinə 50-yə yaxın xanım azarkeşimizin gələcəyini bildirmiş və onların xüsusi sektorda yerləşdirilməsini xahiş etmişdik. Qarşı tərəf də buna razılıq vermişdi. Qarşılıqlı anlaşmaya görə bir-birimizə biletsiz yer ayırırıq. Ancaq onlar rəsmi prosedur qaydalarına uyğun bilet satdıqlarına görə nə qədər istəyiriksə, bizi o qədər biletlə təmin edəcəklərini bildirmişdilər. Fanklublardan soruşduq və ona uyğun “Neftçi”dən 500 bilet verildi. Bütün biletlər “5A” sektoruna idi. Ancaq xanımların media sektorundan sağ tərəfində olan yerdə əyləşdirilməsi ilə bağlı razılığımız vardı. Bizə 500 bilet verdilər və bildirdilər ki, xanım fanatlar üçün narahat olmayın, həmin sektorda yerləşdirəcəyik. Lakin polis əməkdaşları oyun başlayan vaxt onları ora buraxmadı. Bildirdilər ki, biletlər haradısa, həmin sektorda oturmalıdılar. Təbii, “5A” sektorunda “Neftçi”nin böyük banneri də var idi. Ora dolmuşdu və qızların gedib orda əyləşməsi üçün yer də yox idi. Təxminən 15-20 dəqiqə müzakirə getdi. Bundan sonra xanımlar VİP-lojada əyləşdilər. İkinci hissənin əvvəlində də təxminən 10 dəqiqəlik problem oldu. “Neftçi” rəsmilərinin də müdaxiləsindən sonra xanımlardan ibarət azarkeş qrupu nəzərdə tutulan sektorda yerləşdi. Aydın məsələdi ki, “ağ-qaralar”ın rəsmiləri də belə uyğunsuz vəziyyətin yaranmasını istəməzdilər. Ancaq nəticə budu ki, xanım fanatlar xeyli müddət çöldə qaldılar”.
“Neftçi”dən isə Mehman Rəsulov məsələ ilə bağlı danışdı: “Qarabağ”ın xanımlardan ibarət azarkeşlərinin rahatlığını nəzərə alıb, çalışdıq ki, onları media sektorunun sağ tərəfində olan boş sektorda əyləşdirək. Bütün “Qarabağ” fanatları üçün “5A” sektoruna yer ayrılmışdı. Eləcə də xanım azarkeşlərə. Hər hansı rəsmi razılıqdan söhbət gedə bilməz. Sadəcə, şifahi şəkildə bildirmişdik ki, xanım fanatlar üçün çılğın azarkeşlərin yanından bir az aralıda yer təşkil etməyi nəzərdə tutmuşuq. Onsuz onlar yenə də ayrıca əyləşdilər. Amma media sektoruna olan girişdən onların buraxılmaması tam normaldı. Nəticədə onlar azarkeşdi, polislər tərəfindən icazə verilməməsi başadüşülən haldı. Çünki onların biletləri “5A” sektoruna idi. Onlar daha sonra tribunadan rahat şəkildə oyunu izləyə bildilər. Razılaşma deyəndə, biz şifahi şəkildə “Qarabağ”dan Nurlan İbrahimova bildirmişdik ki, xanımların yerləşdirilməsində sizə kömək edərik. Hər oyun kömək edirik, burda heç bir problem yoxdu. Borcumuzdu. Təki azarkeşlər stadionlara gəlsin. Onların yerləşdirilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Yenə deyirəm, özüm də orda idim. Məsələ ondan ibarət idi ki, onların bileti “5A” sektoruna olduğundan polis baxıb, ora yönləndirirdi. Düzdü, biz əvvəlcədən şifahi razılaşmışdıq. Ancaq polis azarkeşi uyğun sektora buraxır. Qaydalarla götürəndə bu doğru addımdı. Bilet uyğun gəlmirsə, ora qalxa bilməzlər. Biz hər zaman xanım azarkeşlərin rahatlığını düşünürük. Onlar yenə də VİP-sektorda əyləşdirildi. Ordan oyunu izlədilər. Sadəcə, media sektoruna girişə nəzarət ikiqat güclü idi. Bu üzdən xanımların ora keçməsində problem yaranmışdı. Biz onları VİP-sektorda yerləşdirməklə problemi həll etdik”.
Yeri gəlmişkən, Mehman bəydən bir məqamla bağlı da fikir öyrəndik. Belə ki, əldə etdiyimiz məlumata görə, oyunu yayınlayan “CBC Sport”un işçiləri mətbuat otağına girmək istəyib. Nəzarətçilər isə buna imkan verməyincə, arada narazıllıq yaranıb. Rəsulovu dinləyək: “CBC Sport” ölkə çempionatının və kubok oyunlarının rəsmi yayınçısıdı. Onlar stadion ərazisində sərbəst şəkildə gəzirlər. Sadəcə, mətbuat otağına yalnız yaradıcı heyət – redaktor, müxbir, şərhçilər daxil ola bilər. Amma texniki işçilərin ora keçməsi mümkün deyil. Çünki ora texniki heyət üçün nəzərdə tutulmayıb. “CBC Sport”un da xeyli sayda işçisi var. Biz orda hər hansı problem yaratmadıq. Elə Şəmsəddinə də (“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovu nəzərdə tutur – F.) bildirdim ki, redaktor, müxbir, şərhçi heyəti rahat ora keçə bilər. Bunda heç bir problem yoxdu. Özü də anlayışla qarşıladı, çox sağ olsun. Bir-birimizi başa düşdük. Belə xırda məsələlər var idi ki, yerində həll etdik”.

“Forza Neftçi”dən maraqlı addım
Prinspial qarşılaşmaya rəng qatan məqamlardan biri də azarkeşlərin açdığı plakatlar, səsləndirdikləri şüarlar, qarşılıqlı atmacalar idi. Xüsusən “Forza Neftçi” bu baxımdan diqqəti çəkdi. Adı çəkilən azarkeş qrupunun “Qarabağ”ın yaranma tarixi ilə bağlı mübahisələrə, eləcə də xeyrinə verilən penaltilərə işarə vuran “19??, No penalty, no party” plakatı qeyd edilməlidi. Bundan başqa, matçın gedişində qışda “Neftçi”ni “Qarabağ”a dəyişən Elşən Abdullayevi hədəf seçmələri nəzərdən qaçmadı. İkinci hissənin ortalarında isə onların ayaqqabılarını əllərinə alaraq, bir müddət maraqlı görüntü yaratmalarını da vurğulayaq. Bunun nəyə işarə olduğunu “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevdən öyrəndik: “Adətən, o dəqiqələrdə qol gəlir. Biz də bunu ona görə edirdik. Başqa ölkələrdə də belə addım atırlar. Yəni dəstək baxımından bunu etmişdik”.

“İnter Arena”da hay-küy
Yarımfinalın digər oyunundan – “İnter” – “Qəbələ” matçından sonra həmin qarşılaşmadakı əməkdaşımız maraqlı mənzərənin şahidi olub. Belə ki, dəhlizdə AFFA nümayəndəsi Arif Fərəcov hansısa məqamla bağlı polis kapitanına iradlarını bildirib, poqonlu şəxs isə onunla razılaşmayıb. Hər ikisi dəhlizin ağası olduğunu sübut etməyə çalışıb. Arif bəyin çıxış yolunu “sən dayan, protokolda hər şeyi yazacam” deməsinə kapitan “get, nə istəyirsən, elə” sözləri ilə reaksiya verib. Yaşananlarla bağlı Fərəcəovun fikirlərini öyrənməyi lazım bildik: “Bununla bağlı protokola qeyd etmişəm. Vermişəm Hakim-inspektorlar Komitəsinə. Bundan başqa, sizin əməkdaşınız, demək olar, hər şeyi işıqlandırıb. Özü də obyektiv şəkildə”.

Dino Namiqi yaxaladı, ikisi cəzalı duruma düşdü
Kubokun bombardirlər siyahısında dəyişiklik olub. Dino Ndlovu yarışın ən məhsuldar oyunçusu ünvanına şərik çıxıb. O, “Neftçi” ilə səfər matçında vurduğu qolla sabiq komanda yoldaşı Namiq Ələsgərova çatıb. Sonuncu da “ikinci cəbhə”də 4 dəfə fərqlənib. “İnter” – “Qəbələ” qarşılaşmasında isə sarı vərəqə alan oyunçulardan ikisi cavab matçını buraxacaq. Bunlar paytaxt klubundan Tərlan Quliyev və “Qəbələ”dən Rafael Santosdu. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Qəbələ” ölkə kubokunda yubiley - 25-ci qələbəsini qazanıb. Bu uğur komandanın kubokdakı 51-ci qarşılaşmasında gerçəkləşib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar