17 may 21:48olke

Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb

Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb
Stuxlik onu Fransadakı turnir üçün qoruyur
Azərbaycan hakimliyinin Avropadakı fəxri Əliyar Ağayev son vaxtlar gözdən itib. Xaqani Məmmədovun Hakimlər Komitəsinə sədrlik etdiyi vaxtlarda prinsipial və derbi oyunların adı çəkiləndə, ağla dərhal Əliyar gəlirdi. Lakin indi kölgəyə çəkilib. Gənc və təcrübəsiz hakimlər “meydan sulayır”, Ağayev isə ikinci dərəcəli matçlara təyinat alır. Rəhim Həsənov, Orxan Məmmədov, Rauf Cabbarov, Rəvan Həmzəzadə kimi təcrübəlilər, ümumiyyətlə, kənarda qalır. Mətləbdən uzaqlaşmadan 2019-da “bərkgedən” oyunlara və hakim təyinatlarına nəzər salaq.
Razılaşarsız ki, ən səs-küylü qarşılaşmalar “Qarabağ”, “Neftçi” və “Qəbələ” arasında baş tutan oyunlardı. Bölgə təmsilçisi çempionluq iddiasını itirdiyindən, başa çatan mövsümdə əsas duellərə ağdamlılarla bakılılar arasında şahidlik etdik. Elə isə 2019-un üzdə olan matçlarına və hakim təyinatlarına nəzər salaq.
15-ci tur: Qarabağ – Neftçi - Rəvan Həmzəzadə
17-ci tur: Qarabağ – Qəbələ - Rəhim Həsənov
21-ci tur: Neftçi – Qəbələ - Səbuhi Bayramov
23-cü tur: Qəbələ - Qarabağ – Səbuhi Bayramov
27-ci tur: Qəbələ - Neftçi – Səbuhi Bayramov
28-ci tur: Nefçi – Qarabağ – Kamal Umudlu
Kubok: Qəbələ - Qarabağ – Vüqar Həsənli
Kubok: Qarabağ – Qəbələ - İnqilab Məmmədov
Əliyarın təyinat aldığı oyunların siyahısı isə belədi:
15-ci tur: Qəbələ - Qarabağ
16-cı tur: Səbail – Zirə
18-ci tur: Sumqayıt – Zirə
21-ci tur: Səbail – Qarabağ
22-ci tur: Keşlə - Neftçi
24-cü tur: Zirə - Sumqayıt
25-ci tur: Qarabağ – Səbail
26-cı tur: Səbail – Qəbələ
28-ci tur: Sabah – Zirə
Oyun sayı baxımından nə Əliyarın gileylənmək haqqı var, nə də kiminsə nədənsə şübhələnməsi. Burda ən diqqətçəkən məqam 9 oyunun arasında 1 dənə də mərkəzi qarşılaşmanın və ya derbinin olmamasıdı. Hakimlər Komitəsi Ağayevi 2019-dakı bütün “mənəm-mənəm” deyən oyunlardan kənarda saxlayıb. Açığı, bu addımın kökündə kubokun final qarşılaşmasının dayandığını təxmin edirdik. Sanki hakimlərin başbilənləri Əliyarı qorumaq niyyətdi güdürmüşlər. Lakin mayın 19-dakı görüşdə İnqilab Məmmədovun fit çalacağı çoxdan dəqiqləşib.
Kifayət qədər şübhəli görünən məqamla bağlı Hakimlər Komitəsinin sədri Frits Stuxlik, ən pis halda “sağ əli” sayılan Elçin Məmmədovla danışmaq istəsək də, təyinatlarla bağlı açıqlama vermək imkanları olmadıqlarına görə sualımıza rəsmi cavab ala bilmədik. Əvəzində Stuxlik - Məmmədov cütlüyünə yaxın olan mənbədən Əliyara olan münasibətin səbəbini öyrəndik. Məlum oldu ki, avstriyalı sədr Avropadakı fəxrimizi məhz Avropa üçün qoruyur. Belə ki, iyunun 1-17-si aralığında Fransada U-21-lər arasında beynəlxalq turnir təşkil olunacaq ki, həmin yarışa üzdə olan referilər təyinat alacaq. Onlardan biri də həmyerlimizdi. Stuxlik Ağayevin fiziki və psixoloji cəhətdən hazırlıqlı olması, həm də ölkə daxilindəki derbilərdə hansısa səhvdən sonra mümkün səs-küydən uzaq durması üçün gənclərə şans verməyi üstün tutub. Təbii, burda Fritsin vaxtında üzə çıxanları inkişafı etdirmək niyyəti də həlledici rol oynayıb.
Başadüşüləndi, hardasa razılaşmaq olar. Amma sədr bir məqamı da unutmasın ki, hakim yarım il meydanda ayaq sürüyəndən, yəni derbilərdən kənarda qalandan sonra birdən-birə ağır oyun idarə etməklə həm də “yana” bilər. Ümid edək ki, Əliyarın belə bir problemi olmayacaq. İstənilən halda, Ağayevin 2019-da iddialıların bir-biri ilə qarşılaşmasından kənarda qalması özlüyündə ciddi sual doğurur.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar