17 may 21:45olke

Azarkeşlər finala xüsusi hazırlaşır

Azarkeşlər finala xüsusi hazırlaşır
Cavad Şərifli: “Bu fanatlara, bu kluba olan kubok borclarını vermək üçün vuruşmalıdılar”
Sənan Mirzəyev: “İstəyirik ki, komandamız Sumqayıtın yubileyinə kuboku hədiyyə etsin”

Mayın 19-da 2018/19 mövsümünə yekun vurulacaq. Həmin gün Naxçıvanda kubokun sahibinin adı bilinəcək. Sözügedən titula yiyələnmək üçün “Qəbələ” ilə “Sumqayıt” var gücünü ortaya qoyacaq. Onu da qeyd edək ki, bu, “qırmızı-qaralar” üçün 4-cü finaldı. Ancaq bölgə təmsilçisi əvvəlki üç cəhdin heç birində qalib gələ bilməyib. Odu ki, Sənan Qurbanovun rəhbərlik etdiyi komanda sindromu qırmaq üçün əlindən gələni edəcək. “Sumqayıt” isə finala çıxmaqla klub tarixində ilkə imza atıb. “Kimyaçılar” bunun davamını finalda da gətirmək istəyir. Özü də hər iki komanda üçün kubok Avroliqaya vəsiqə baxımından önəm daşıyır. Bu üzdən Naxçıvan şəhər stadionunda gerçəkləşəcək qarşılaşmada güzəştsiz mübarizənin şahidi olacağımız şübhə doğurmur.
Təbii, istənilən qarşılaşmaya rəng qatan azarkeşlərdi. Hərçənd Naxçıvanda istər “Qəbələ”, istərsə də “Sumqayıt” fanatlarının sayı elə də çox olmayacaq. Bununla belə, hər iki klub tərəfdarları üçün şərait yaradacaq. Ötən saylarımızdan birində bu haqda məlumat vermişdik. “Qırmızı-qaralar” fanatları üçün avtobus ayırıbsa, “kimyaçılar” azarkeşlərinə təyyarəyə bilet alıb. Maraqlıdı, hər komandanı neçə nəfər tərəfdar dəstəkləyəcək? Azarkeşlər oyuna necə hazırlaşır? Səfər proqramları, detallar necədi?
Cavad Şərifli, “Red Black Army” fanklubunun rəhbəri: “Bildiyiniz kimi, klub gedib-qayıtmaq üçün avtobus ayırıb. Qalan xərcləri isə özümüz çəkəcəyik. Bir avtobus gedəcəyik, sayımız təxminən 40-45 nəfər olacaq. Müəyyən pankartlar düşünmüşük, ancaq hansı məzmunda olacağını oyundan öncə açıqlamaq istəmirik. Naxçıvanda qəbələli çox deyil. Hardasa 3-5 nəfər olar, onlar da qarşılaşma zamanı bizə qoşulacaq. Elə vaxt çıxmağı planlaşdırıq ki, Naxçıvana səhər çataq və oyundan sonra qayıdaq. Komandamızdan da qələbə gözləyirik. Əslində final oyunlarında favorit olmur. Bununla belə, biz hər zaman “Qəbələ”yə güvənirik. Ona görə də çıxdığı hər bir qarşılaşmada komandamızı favorit görürük. Ümid edirik ki, finallarla bağlı uğursuzluğa bu dəfə son qoyacağıq. Yekunda isə illərlə gözlədiyimiz kuboku – ilk titulumuzu qazanacağıq. Hər kəs canını qoyub sona qədər mübarizə aparsa, qələbə əldə edə bilərik. Şans yaranıb. Məncə, futbolçularımız da özlərinə borc bilməlidi ki, bu fanatlara, bu kluba olan kubok borclarını vermək üçün vuruşmalıdılar”.
Sənan Mirzəyev, “Sumqayıt”ın azarkeşlərlə əlaqələndiricisi: “Öncə qəzetiniz vasitəsilə bütün sumqayıtlıları komandanın finala vəsiqə qazanması münasibətilə təbrik edirəm. Gözlənilməz bir haldı, əla şansdı. Bu il şəhərimizin 70 yaşı olur. İstəyirik ki, komandmız Sumqayıtın yubileyinə kuboku hədiyyə etsin. O ki qaldı səfərin detallarına, Naxçıvanda 40-a yaxın sumqayıtlı tələbə var. Onlar da bizə qoşulacaq. Ayın 19-u saat 13.10-da bizi daşıyacaq təyyarə Naxçıvana uçacaq. 35 nəfərlə gedirik. Sağ olsunlar, səfəri klub təşkil edib. Hər şey hazırdı, artıq aksesuarlarımızı hazırlamaqla məşğuluq. Bu gün bəzi şeylər də alacağıq. Plakatlar da aparacağıq, ancaq hələ ki sürpriz qalsın. Bəlkə də 100-dən çox tərəfdarla komandaya dəstək verdik. Şəhərdən də öz hesabına gedənlər olacaq. Naxçıvana kuboku qazanmaq üçün gedirik. Qışdan sonra bir neçə tur xal qazana bilmədik. Çoxları bizim yüksək liqanı tərk edəcəyimizi, kubokdakı nəticənin təsadüf olduğunu düşünürdü. Ancaq zaman “Sumqayıt”ın sıradan bir komanda olmadığını göstərdi. Bir azarkeş kimi 80 faiz komandamızı şanslı görürəm. Rəqibin legionerlərinin olması hər şey demək deyil. Bu komandadan səfərdə xal almışıq, evdə məğlub etmişik. Bütün “Sumqayıt” azarkeşləri adından deyirəm ki, futbolçulara inanırıq. Komandamız finalda əzmkarlıq nümayiş etdirəcək və əlindən gələni edəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar