17 may 21:43olke

“Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb

“Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb
“Kimyaçılar”ın Naxçıvanda 60-dan çox qonağı olacaq
Premyer-liqanın altı klubu üçün mövsüm başa çatsa da, eyni sözləri “Sumqayıt” və “Qəbələ” barədə demək olmaz. Hər iki kollektiv mövsümün son akkordlarını Naxçıvanda vuracaq. Son 5 mövsümdə daim mükafatçılar sırasına düşən, 2018/19 “futbol ili”ni isə medalsız başa vuran şimallılar, ilk dəfə final həyəcanı yaşayacaq “kimyaçılar” Muxtar Respublikada kuboku başı üzərinə qaldırıb həm avrokuboklara vəsiqəni təmin edə, həm də azarkeşlərini titulla sevindirə bilərlər.
Həlledici oyun ərəfəsində finalçıların düşərgəsində nələrin yaşandığını bilmək üçün klub rəsmiləri ilə əlaqə saxlamağı lazım bildik. Bu məqsədlə öncə “ağ-göylər”in mətbuat katibi Rəşad Məmmədovu aradıq: “Premyer-liqanın son turundan sonra baş məşqçi komandaya 2 günlük istirahət vermişdi. Çərşənbə axşamından kollektiv bir araya gəlib və “Kapital Bank Arena”nın əsas meydanında məşqlərə başlayıb. Bu gün axşam da bir məşq olacaq. Sabahdan (bu gündən) etibarən isə komanda üzvləri bir yerdə qalacaq. Mayın 17-dən 18-nə keçən gecə Naxçıvana yollanacağıq. Aleksey İsayevin cəza səbəbindən final görüşünü buraxacağı əvvəlcədən bəlli idi. Premyer-liqanın 28-ci turunda, “Qəbələ” ilə qarşılaşmada zədələnən Peyman Babayi hələ ki məşq edə bilmir. Nə dünən, nə də bu gün hazırlıq prosesində iştirak edib. Final görüşündə meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. Ondan başqa Ehtiram Şahverdiyev də zədədən əziyyət çəkir. Böyük ehtimalla o da Naxçıvandakı matçı buraxacaq”.
Rəşad bəy bizimlə söhbətdə Naxçıvana böyük nümayəndə heyəti ilə yollanacaqlarını da vurğuladı: “Komanda və rəhbərlik Muxtar Respublikaya iki gün əvvəldən yollanacaq. Klubun əsas sponsoru olan “Azərikimya”nın rəhbərliyi və tərəfdaşlarımız - “Paşa Həyat”, “Kapital Bank” və “Universal” şirkətinin nümyəndələri isə oyun günü Naxçıvana gələcəklər. Məndə olan məlumata görə, “Paşa Sığorta”nın 30-dan çox rəsmisi final qarşılaşmasını stadiondan canlı izləyəcək. Ümumilikdə 60-dan çox qonağımızın olacağı gözlənilir”.
“Qırmızı-qaralar” da mayın 19-da keçiriləcək həlledici görüşə ciddi hazırlaşır. Şimallılar bazar ertəsindən etibarən Biləcəri Futbol Mərkəzində toplanışa start verib. Bu haqda bilgini klubun meneceri Səbuhi Səfiyarlıdan aldıq: “Komanda ayın 13-dən məşqləri bərpa edib. İtkilərimiz Sabien Lilay və Amin Seydiyevdi. Hər ikisi cəzalı olduğundan “Sumqayıt”la qarşılaşmanı buraxacaq. Bəhlul Mustafazadənin yüngül zədəsi olduğundan premyer-liqanın son turunda məşqçilər korpusu onun xidmətindən yararlanmadı. Artıq hər şey qaydasındadı. Bəhlul zədəsini sağaldıb və ümumi kollektivlə məşq edir”.
Səbuhi bəy “Qəbələ”nin səfər planları haqda da məlumat verdi: “Komanda mayın 17-si axşam saatlarında Naxçıvana yollanacaq və “Duzdağ” otelində məskunlaşacaq. Bizim “Sumqayıt” kimi geniş tərkibdə qonaqlarımız olmayacaq. Azarkeşlərimiz isə Muxtar Respublikaya klub tərəfindən ayrılmış avtobusla gedəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar