17 may 19:46olke

Finalda Naxçıvan – Lənkəran dueli

Finalda Naxçıvan – Lənkəran dueli
Çərşənbə axşamı futzal üzrə yüksək liqanın pley-off mərhələsində sonuncu - 3-cü qarşılaşmalar baş tutdu. Bakı İdman Sarayına əvvəlcə əzəli rəqiblər “Araz” və “Ekol” çıxdı. Pley-off mərhələsində hərəyə bir qələbə qazanan tərəflərin düşərgəsində ab-hava fərqli idi. Belə ki, cəzası başa çatmış Xətai Bağırovla İsa Atayev “Araz”a kömək edirdisə, “Ekol”da vəziyyət fərqli idi. İkinci oyundan sonra cəzalıların sayı artmışdı. Fərid Ələkbərov, Ramiz Çovdarov və Emin Kürdov matçı tribunadan izləməyə məhkum idi. Bundan başqa, Zaur Fərziyevin adı protokola daxil edilsə də, zədəsi ciddi olduğundan komandasına ehtiyat oyunçular skamyasından dəstək verirdi. Oyuna gəlincə, qarşılıqlı hücumlarla müşayiət olunan ilk yarıda cəmi bir qol vuruldu. Hissənin ortalarında Əli Mikaili “Araz”ı hesabda önə çıxardı və komandasının fasiləyə qalib yollanmasını təmin etdi. İkinci hissədə əvvəlcə “Ekol” Əsgərin sayəsində “status-kvo”nu bərpa etdi, amma cəmi 1 dəqiqə sonra İsa hesabı yenidən “Araz”ın xeyrinə dəyişdi. Atayev 31-ci dəqiqədə dubl etməklə fərqi artırdı. Oyunun başa çatmasına 2 dəqiqə qalmış Xətai Bağırov boş qapını nişan almaqla həm dönüşünü qolla qeyd etdi, həm də komandasının finala gedən yolda son qolunu vurdu. Beləliklə, seriyada 2:1 hesabı ilə önə keçən “Araz” finalda oynamaq hüququ qazandı. “Ekol” isə üçüncü yer uğrunda təsəlli matçına çıxacaq.
Mərhələnin ikinci oyununda “Xəzər Cənub”la “Neftçi” münasibətlərinə aydınlıq gətirdi. Bəribaşdan sonuncuların heyətində ciddi itkilərin olduğunu bildirək. Rüfət Balakişiyevdən sonra Salar Şahnazi də cəza səbəbindən komandasına kömək edə bilmirdi. “Xəzər Cənub” isə meydana tam heyətlə çıxmışdı. Oyunda hesabı “Neftçi” açdı. Katebinin zərbəsi Həmidi üçün qarşısıalınmaz oldu. Baxşəlizdə isə 11-ci dəqiqədə künc nöqtəsindən ötürməni tora qovuşdurmaqla fərqi 2 topa çatdırdı. Növbəti qolun müəllifi olan Katebi 17-ci dəqiqədə dubl etməklə komandasına bir qədər sakit oynamaq üçün şərait yaratdı – 3:0. Ancaq hissənin sonlarına yaxın “Xəzər Cənub” fərqi azaltdı. Bombardirlər yarışına başçılıq edən Hadi Rizvan pley-off mərhələsində ilk qolunu vurdu. 19-cu dəqiqədə isə Surqalı 10 metrlik cərimə zərbəsini kənara vurmaqla hesab arasındakı fərqi minimuma endirə bilmədi. Fasiləyə 3 saniyə qalmış eyni aqibəti Borisov yaşadı.
İkinci hissəyə nominal qonaqlar qolla başladı. Surqalının uzaq küncə istiqamətləndirdiyi top tora daxil oldu. 25-ci dəqiqədə Şahabın qapı xəttindən penalti nöqtəsinə ötürməsini Fərid qapıdan keçirdi. Beləliklə, “Xəzər Cənub” 3 topluq fərqi aradan qaldırmaqla bir qədər də ruhlandı. Hadinin 30-cu dəqiqəyə təsadüf edən 2-ci qolu komandasını hesabda ilk dəfə önə keçirdi. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi”də Baxşəlizadə 34-cü dəqiqədə tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq 20 saniyə sonra Qalapurun cərimə zərbəsindən fərqlənməsinə mane olan tapılmadı. Matçın başa çatmasına 8 dəqiqə qalmış Baxşəlizadə het-trik etməklə hesabı bərabərləşdirdi – 5:5. Nəticədə pley-off mərhələsində ilk dəfə komandalar hər bir 5 dəqiqədən ibarət iki hissədə mübarizə aparmalı oldu. Dramatik qarşılaşmada birinci əlavə vaxtda hesab dəyişmədi. İkinci əlavə vaxtın başa çatmasına 16 saniyə qalmış isə “Xəzər Cənub” duelin taleyini həll edən qolu vurdu. Məzahiri komandasını finala daşıyan qolun müəllifi oldu.
Araz – Ekol 4:1 (1:0)
Araz: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 11. Xətai Bağırov, 17. İsa Atayev; 1. Kamran Hacıyev, 7. Əli Mikaili, 10. Nihad İsmayılov, 13. Hüseyn Seyidəbülfəz, 15. Məhəmmadtaha Neyməti, 14. Məsud Nəsirzadə, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Ekol: 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 77. Faiq Əliyev; 5. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Radik Əhmədov.
Qollar: Ə.Mikaili, 11 (1:0). Ə.Abasov, 28 (1:1).İ.Atayev, 29 (2:1). İ.Atayev, 31 (3:1). X.Bağırov, 39 (4:1).
Vərəqələr: R.Əhmədiv, 32. F.Əliyev, 32. A.İsmayılov, 39 – sarı.
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov.
14 may. Bakı İdman Sarayı.
Əvvəlki oyunların nəticələri - 4:6, 3:0.

Neftçi – Xəzər Cənub 5:6 (3:1)
Neftçi: 23. Elnur Zamanov (k), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 14. Vitali Borisov; 1. Samir Mehtiyev, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Xəzər Cənub: 24. Həmid Rəşidi, 9. Fərid Məzahiri, 11. Şahab Şahnazi, 13. Əmir Şocayi, 20. İsaq Surqalı; 1. Əli Xadimheydəri, 33. Rza Təbrizi, 7. Hadi Rizvan, 10. Mehdi Pənahande (k), 12. Rəşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Qollar: M.Katebi, 7 (1:0). O.Baxşəlizadə, 11 (2:0). M.Katebi, 17 (3:0). H.Rizvan, 18 (3:1). İ.Surqalı, 23 (3:2). F.Məzahiri, 26 (3:3). H.Rizvan, 30 (3:4). O.Baxşəlizadə, 34 (4:4). R.Qalapur, 35 (4:5). O.Baxşəlizadə, 40 (5:5). F.Məzahiri, 50 (5:6).
Vərəqələr: B.Şebli, 17. İ.Surqalı, 29. V.Xocayev, 29. O.Baxşəlizadə, 40 - sarı. İ.Surqalı – qırmızı (oyundan sonra).
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev.
14 may. Bakı İdman Sarayı.
Əvvəlki oyunların nəticələri - 4:3, 4:8.
Beləliklə, finalda “Araz” və “Xəzər Cənub” üz-üzə gələcək. “Ekol” və “Neftçi” isə bürünc medal uğrunda oyunda çıxacaq. Mövsümün həlledici oyunlarının cədvəli də açıqlanıb. Mayın 17-də keçiriləcək çempionatın son görüşləri Bakı İdman Sarayında keçiriləcək:
3-cü yer uğrunda oyun
Ekol – Neftçi
17 may. Bakı İdman Sarayı. Saat 14.30
final
Araz – Xəzər Cənub
17 may. Bakı İdman Sarayı. Saat 17.00
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar