15 may 13:44olke

Elşad Əhmədov 3 legioner, 4-5 yerli futbolçu istəyir

Elşad Əhmədov 3 legioner, 4-5 yerli futbolçu istəyir
“Təmkin iclaslara gecikirdi, meydanda verilən tapşırığı yerinə yetirmirdi”
Mövsümün əvvəlində “çempionatın sürpriz komandası hansıdı” sualını kimə versəydin, birmənalı şəkildə “Sabah”ın adını eşidərdin. Premyer-liqada debüt etməsinə baxmayaraq, rəqiblərinə boyun əyməyən “tələbələr” xüsusilə ilk dövrədə adından söz etdirməyi bacarmışdı. Bir müddət 2-ci pillədəki yerini qoruması yaddan çıxmayıb. Lakin sonradan nə baş verdisə, qış fasiləsinə yaxın və ondan sonra Elşad Əhmədovun yetirmələri qeyri-sabit çıxışla yadda qaldılar. 10 oyun qələbəyə həsrət qaldıqlarını xatırlamamış olmazsız.
Və ən maraqlısı “Sabah”ın mövsümü 7-ci pillədə başa vurmasıydı. Halbuki ən pis halda 5-cı sırada yer alacaqlarını düşünürdük. Heç şübhəsiz, yay fasiləsində komandada dəyişikliklər olacaq. Gedən futbolçular kimi, yeni gələnləri də görəcəyik. Belə bir vaxtda, yəni keçid dövründə baş məşqçi ilə danışmaq vacib idi. Əhmədovla söhbətdə keçmişə nəzər salıb, gələcəklə bağlı suallara cavab tapmaq istədik.
- Öncə komandanızın başa çatan mövsümdəki çıxışını dəyərləndirərdiz.
- Çempionata çox yaxşı başlamışdıq. 4 turdan sonra 9 xalımız vardı ki, turnir cədvəlində yalnız 10 xala sahib “Neftçi”dən geri qalırdıq. Düzü, bundan sonra daha yaxşı nəticələr gözləyirdik. Qış fasiləsində yeni transferlər gerçəkləşdirərkən əvvəlkindən daha uğurlu olacağımızı düşünürdük. Lakin alınmadı, istədiyimiz nəticələri qazanmaqda çətinlik çəkdik. İkinci yarıda keçirdiyimiz 14 oyunda cəmi 10 xal yığa bildik. Halbuki bu qədər xalı ilk 5 turda toplamışdıq. Məncə, daha yaxşı ola bilərdi.
- Qış fasiləsindən sonra problem nədə idi? Yeni gələnlər ümidləri doğrultmadı, oyun fəlsəfənizi onlara aşılamaqda çətinlik çəkdiz, yoxsa bilmədiyimiz başqa nəsə var?
- Oyun planında ciddi problemin olduğunu düşünmürəm. Nəticə olmasa da, oyun var idi. Günahı futbolçuların üzərinə yıxmaq da istəmirəm. Bəzi başqa səbəblər var idi ki, bunlar bizə mane oldu.
- Hansı səbəblər?
- Zədəli futbolçularımızın çoxluğunu deyə bilərəm. Bir neçə dəfə azlıqda qalmağımız da yekunda özünü göstərirdi.
- Bu qədər qırmızı vərəqələrin olması kimin günahıydı? Təhlil etmisiz?
- Oyundan dərhal sonra təhlil edirdik. 6 qarşılaşmanı azlıqda başa vurmuşuq. Bu, sıradan göstərici deyil. Lakin heç bir futbolçunu “qırmızı”ya görə cərimələməmişəm. Halbuki klubun intizam kodeksində bununla bağlı bənd var.
- Elədisə, niyə cərimələmirdiz?
- Çünki heç kim vərəqəni yersiz hərəkətə, yaxud intizamsızlığa görə almayıb. Ya hakim səhvləri olurdu, ya da uşaqların hədsiz istəkli olması vəziyyəti bu həddə çatdırırdı.
- Bəs Deviçin “Qəbələ” ilə qarşılaşmada iki dəfə simulyasiyaya əl atması?
- “Qəbələ”ylə oyunu hardasa başa düşmək olar. Amma “Sumqayıt”la qarşılaşmadakı “sarı”lar heç nədən verilmişdi. Hakim həmin oyunda haqlı qərar qəbul etməmişdi. Ona qalsa, bütün komandalarda futbolçular sarı vərəqəyə etiraz edir, hansısa formada narazılığını bildirir. Belədə dərhal ikinci “sarı”nı vermirlər axı.
- 8 komanda arasında 7-ci yer. Yaxşı, yoxsa kafi?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar