15 may 13:00olke

Superkuboku “Binə” qazandı

Superkuboku “Binə” qazandı
Vaqif Davudov: "Bu, yarışa təmənnasız qatılan komandalar üçün stimul olar"
Ötən həftə Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarların yarışında mövsümə yekun vurulub. Həlledici görüşdə 17-ci birinciliyin qalibi “Qardaşlar” və “Banişevski kuboku”nun qalibi “Binə” superkubokda münasibətlərinə aydınlıq gətiriblər. Superkuboku binəlilər qazanıb. 5:3 hesabı ilə qalib gələn “Binə” mövsümü iki titulla başa vurub. Oyundan sonra təşkil olunan mükafatlandırma mərasimində BKFF-nin rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, AFFA və təşkilatçı qurum tərəfindən ayrılan mükafatlar sahiblərinə çatdırılıb. Beləliklə, birinciliyin qalibi “Qardaşlar” qızıl, 2-ci yeri tutan “Müşfiq” gümüş, 3-cü yerin sahibi “Azəri” isə bürünc medalına qovuşub, həmçinin hər birinə kubok, diplom və toplar təqdim olunub. Birinciliyin ən məhsuldar oyunçusu (17 qol) olan “Hövsan”lı Məcnun Əliyev onun üçün ayrılan fərdi mükafata sahib çıxıb. Daha sonra superkubokun qalibi olan “Binə”yə kubok və medal verilib.
Yarışın yekun olaraq, Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudovla söhbətləşdik. O, əvvəlcə təşkilatçılıqdan və bu yöndə üzləşdikləri çətinliklərdən danışdı: "Paytaxtın bir neçə rayonunun kənd və qəsəbə komandaları arasında keçirdiyimiz yarışın baş tutduğunu deyə bilərəm. Bizim federasiya üzərinə təhlükəsizlik və tibbi xidmətlə bağlı öhdəlik götürmüşdü ki, bütün oyunlarda hər ikisi olub. AFFA hakim və stadion təminatına söz vermişdi, yerinə yetirdilər. Cəmi bir oyun "ASK Arena"da oldu, qalanları AFFA-nın ayırdığı stadionlarda keçirildi. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi isə mukafatlar ayırdı. Bundan başqa, tərəfimizdən komandalara forma təminatında yardım etdik. Yarışın keçirilməsində əməyi keçən hər kəsə, o cümlədən təbliğimizlə məşğul olan "Futbol+"ə təşəkkürümü bildirirəm.
Bu yarımildə üzləşdiyimiz çətinliklər də oldu. İştirakçıların təmsilçisi olduğu rayonlardan bir neçəsi zəmanət sənədi təqdim etmişdi, buna rəğmən, həmin komandalar oyuna gəlməyəndə problemlə maraqlanmadılar. Bir oyunda isə sifariş olunmamış futbolçu iştirak etdiyinə görə həmin qarşılaşmanın nəticəsinin ləğvinə və görüşün yenidən keçirilməsinə qərar verdik. Baxmayaraq ki, Qobustan təmsilçisi sonra da görüşə gəlmədi, yəni oyun, ümumiyyətlə, baş tutmadı".
Davudov qarşıdakı planları və AFFA-ya çatdırdığı təklifləri də açıqladı: "Çempionat iştirakçılarını həvəsləndirmək üçün yarışda iştirak edən 5 komandanın məşqçisini məşqçilik kurslarına cəlb edəcəyik. Təqdimatıma əsasən məşqçilər iyunda AFFA-da keçiriləcək C kateqoriyalı məşqçilik kursunda təmənnasız iştirak edəcəklər.
Çox istərdim ki, ölkə kubokuna həvəskar komandaları da buraxsınlar. Dünya praktikasında bu var, bizdə də olmalıdı. Bu, futbolun kütləviliyinə kömək edər. Futbol bayramını bütün ölkə yaşamalıdı.
Birinciliyin qalibinin ölkə xaricində təşkil olunan turnirlərə, təlim-məşq toplanışına göndərilməsi çox gözəl olardı. Bu, yarışa təmənnasız qatılan komandalar üçün stimul olar".
MİRAGA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar