15 may 12:56olke

“Uğur”dan Sumqayıtın 70 illiyinə hədiyyə

“Uğur”dan Sumqayıtın 70 illiyinə hədiyyə
Yurçeviç: “Hamısını deyə bilmərəm, ancaq aralarında premyer-liqada oynamağa qadir futbolçular da var idi”
Dünən “ASCO Arena”da Region Liqasının cari mövsümünə yekun vuruldu. Xəbər verdiyimiz kimi, həlledici qarşılaşmada “Uğur”la “Şahdağ” üz-üzə gəldi. Xatırladaq ki, sumqayıtlılar artıq ikinci dəfə final həyəcanı yaşayırdısa, qusarlılar ilk dəfə həlledici matçda oynamaq hüququ qazanmışdı.
Qusardan Bakıya 20 avtobus gəlmişdi
“Şahdağ”ın finala vəsiqə qazanması qusarlı futbolsevərləri əməlli-başlı sevindirmişdi desək, yanılmarıq. Oyunun startına 1 saat qalmasına baxmayaraq, Qusardan gələn fanatlar dəstə-dəstə tribunada onlar üçün nəzərdə tutulmuş sektorları doldurmağa başladılar. Artıq yarımsaatdan sonra şimaldan gələn qonaqların sayı təxminən 300 nəfər idi. Düşünmək olardı ki, “Şahdağ”a könül verənlər elə bu qədər olacaq. Ancaq hər 10 dəqiqədən bir qusarlıların sayı artır, hər yeni dəstə stadiona daxil olduqca isə tribunada yer alanlar onları gur səslə salamlayırdılar. Hakimin start fiti səslənəndə artıq “Şahdağ”ın fanatları 600-dən çox idi. Sonradan əldə etdiyimiz bilgiyə görə, oyun günü saat 12.00-da rayon mərkəzindən və Qusarın müxtəlif kəndlərindən “ASCO Arena” istiqamətində 20 iritutumlu avtobus çıxıb. Hamısı da azarkeşlərlə dolu. Sumqayıt Bakıya daha yaxın olsa da, azarkeş sayında “Uğur” “Şahdağ”dan çox geri qalırdı. “Gənclik şəhəri”nin təmsilçisini dəstəkləmək üçün Bayıldakı arenaya maksimum 100 sumqayıtlının gəldiyini vurğulayaq. Dəstək baxımından da qusarlılar sumqayıtlılardan üstün idi. Şimaldan gələn fanatlar 90 dəqiqə bir tempdə, dayanmadan sevimli komandalarını irəli səsləyir, rəqib komandanı fitə basırdılar. Bir sözlə, dünən “ASCO Arena”da əsl futbol ab-havası yaşanırdı ki, baş rolun ifaçısı da qusarlı azarkeşlər idi.
Şimallılar stadionda yanğına səbəb oldular
Oyunboyu sevimli komandalarına dəstək verən qusarlı fanatlar zaman-zaman meydana ağ kağız lentlər atmağı da unutmurdular. Futbolçular və topdaşıyan uşaqlar isə oyunun axarına maneə yaratmasın deyə, həmin kağız lentləri bir yerə - yan xəttin yanına yığmışdılar. 63-cü dəqiqədə “Şahdağ” azarkeşləri hesab 0:0 olarkən artıq petard yandırmağa üstünlük verdilər. Bir neçə nəfər yandırdığı petardın söndüyünü görüb onu meydanın kənarına tullamağa qərar verdi. Onlardan biri isə düz kağız lentlərin üstünə düşdü. Saniyələrin içində kağız toplusu alovlanmağa başladı ki, artıq hər tərəfi tüstü bürümüşdü. Çox təəccüblüdü ki, hamının başı alova qarışdığı vaxtda nə baş hakim, nə də meydandakı futbolçular yanğına fikir vermir, mübarizəyə davam edirdilər. “ASCO Arena”nın örtüyünün süni olması alovun qısa vaxtda yayılması təhlükəsi yaratmışdı. Bunu görən stadion və təhlükəsizlik xidməti əməkdaşları, polis işçiləri və AFFA-nın nümayəndələri qaçaraq özlərini haqdisə yerinə çatdırdılar. Yalnız bundan sonra baş hakim fitini səsləndirib oyunu saxladı. Fövqalədə Hallar Nazirliyinin matça ezam olunmuş əməkdaşları bir göz qırpımında şlanqları işə salaraq alovun daha da böyüməsinin qarşısını aldılar. Yanğın söndürülsə də, meydanın yan xəttinə yaxın müəyyən ərazisində qaralmış yer qaldı.
Bayıla üz tutan tanınmışlar
Ötən ilk dəfə təşkil olunan Region Liqasının finalında AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak etmişdi. Lakin bu dəfə baş katibi “ASCO Arena”da görə bilmədik. Məmmədovun yoxluğunun səbəbi ilə maraqlandıqda məlum oldu ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşmasının təşkilatı işləri ilə bağlı o bu dəfə mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Elxan bəy finalla bağlı Bakıya gələn UEFA nümayəndələri ilə görüşdə idi. Əvəzində 2018-in finalı ilə müqayisədə başqa qonaqlar daha çox idi. Məşqçilər Komitəsinin üzvləri tam tərkibdə fəxri lojadan qarşılaşmanı izləyirdi. Onlardan başqa yığmanın baş məşqçisi Nikola Yurçeviç və köməkçisini, Hakim və Hakim-İnspektorlar Komitəsinin rəhbəri Frits Stuxliklə köməkçilərini də qeyd etmək olar. Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Sumqayıtın futbol veteranı Telman Salahov, artıq tarixin yaddaşına köçmüş “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov da oyunu izləyənlər arasındaydı. “Səbail”dən Rahid Əmirquliyevin, “Keşlə”dən Slavik Alxasovun “Şahdağ”a azarkeşlik etmək üçün stadiona gəldiyi bəlli idisə, “Sabah”ın kapitanı Cavid İmamverdiyevin hansı komandaya dəstək üçün “ASCO Arena”ya gəldiyini sona qədər bilmək mümkün olmadı. Cavid hər iki komandanın oyunçuları ilə isti görüşüb, matçdan öncə hamısına uğurlar arzuladı.
Nəfəskəsən 97 dəqiqə
Oyundan əvvəl stadiondakı mükəmməl ab-hava, deyəsən, hər iki komandanın üzvlərinə də təsir etmişdi. İstər “Uğur”un, istərsə də “Şahdağ”ın oyunçuları ilk dəqiqələrdən açıq futbol oynayıb, xoşbəxtliyi rəqib qapısı önündə axtarırdılar. Hər iki komanda dayanmadan hücum edir, meydanın hər qarışı uğurunda mübarizə aparırdılar. Bəzən futbolçular heç nədən çəkinməyərək, ayaq əvəzinə az qala başla “sürüşmə” fəndi edirdilər ki, bu da onların qələbə istəyindən irəli gəlirdi. İlk yarısı qolsuz bitən qarşılamanın ikinci hissəsi daha maraqlı, daha sürətli keçdi. Demək olar ki, hər dəqiqə hansısa qapının qarşısında təhlükəli vəziyyət yaranırdı. Azarkeşlər də belə açıq futboldan həzz alır, gördüklərindən məmnun qalırdılar. Matç sona yaxınlaşdıqca meydandakıların da gücünün tükəndiyini görmək mümkün idi. Bəzən ayağında gü qalmayan oyunçu yerə yıxılıb qalsa da, əvəzlənməsinə razılaşmayaraq, çətinliklə də olsa, ayağa qalxıb mübarizəni davam etdirirdi. Nəhayət, 83-cü dəqiqədə tribunalara toplaşanlar qol gördülər. Sumqayıtlıların yerinə yetirdiyi künc zərbəsindən sonra qusarlıların müdafiəçilıəri topu uzalaşdırsalar da, “mərmi” cərimə meydançasının xəttinə yaxın yerdə dayanan Vüsal Baimovun qarşsına düşdü. Müdafiəçi isə zaman itirmədən sol ayağı ilə yaxın küncü dəqiq nişan aldı. Matçın sonlarına yaxın itiriləsi heç nəyin qalmadığını görən Kamran Əlibabayevin komandası baş məşqçinin götərişi ilə qapıçı istisna olmaqla, bütün heyətlə irəli atıldı. Artıq müdafiə yaddan çıxmış, müdafiəçilər də “Uğur”n cərimə meydançasını mahasirəyə almışdı. 90-cı dəqiqədə şimallılar az qala bunun bəhrəsini görəcəkdi. Lakin sumqayıtlıların qokiperi inanılmaz reaksiya göstərərək, “Şahdağ”ın forvardının təxminən 5 metrdən başla vurduğu zərbəni zərərləşdirdi. Əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə isə ötən ilin çempionu matçda son nöqtəni qoydu. Vüqar Nadirov komanda yoldaşının ötürməsini dəqiq tamamladı və oyunun yekun nəticəsini müəyyənləşdirdi – 2:0. Bu həm də “Uğur”un ardıcıl ikinci dəfə Region Liqasının qalibi olması demək idi. Beləliklə, Sumqayıtın 70 illiyinə ilk hədiyyə “Uğur”dan gəldi. Maraqlıdı, şəhərin elitadakı təmsilçisi də yubileyə töhfə verə biləcəkmi? Təbii ki, söhbət ölkə kubokunun finalından gedir...
“Uğur”dan Sumqayıtın 70 illiyinə hədiyyə
Oyun başa çatandan sonra mükafatlandırma mərasimi təşkil olundu. Əvvəlcə oyunun ən yaxşısı kimi Vüqar Nadirov mükafatına qovuşdu. Ardınca isə “Şahdağ”a gümüş, “Uğur”a qızıl medallar təqdim olundu. Medalla yanaşı, sumqayıtlılara kubok da verildi. Komandalara mükafatları yığmanın baş məşqçisi Nikola Yurçeviç, Məşqçilər Komitəsinin sədri, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri İsgəndər Cavadov təqdim etdi.

Reaksiyalar
Nikola Yurçeviç (yığmanın baş məşqçisi): “Bu gün arenada çox mükəmməl ab-hava gördüm ki, bu da məni çox sevindirdi. Hər iki komanda qələbəyə layiq oyun nümayiş etdirdi. Açığı, artıq özümü əlavə vaxta, hətta penalti vuruşlarına hazırlayırdım. Lakin gördüyünüz kimi, futbolda hər saniyənin öz hökmü var. Bu gün meydana çıxan futbolçular həvəskarlar olsa da, əzmkarlığı, bəzilərinin sərgilədiyi oyunu bəyəndim. Hamısını deyə bilmərəm, ancaq aralarında premyer-liqada oynamağa qadir futbolçular da var idi. Onlardan yığmaya düşən ola bilərmi? Bu haqda danışmaq hələ tezdi. Qoy onlar özlərini daha yüksək liqalarda göstərsinlər, sonra bu haqda düşünmək olar”.
Vaqif Sadıqov: “Əsl futbol bayramı yaşadıq. Stadionda yanğına da şahidlik etdik, azarkeşlərin komandalara yüksək səviyyədə dəstəyini gördük. Bu oyun bir daha göstərdi ki, bölgələrdə futbolu inkişaf etdirmək lazımdı. Qusardan bura bir oyunu izləmək üçün bu qədər azarkeş gəlirsə, deməli, rayonda futbola çox böyük sevgi var. Çox istərdim ki, növbəti mövsümdə birinci divizionda bu gün finalda oynayan komandalardan ən azı birini görüm. Ancaq hər şey qanunla tənzimlənməlidi. Bu komandalar minimum tələbləri yerinə yetirməlidilər ki, Lisenziyalaşdırma Komissiyası onların istəyini reallaşdırsın. Bununla bağlı “Uğur”un prezidenti ilə söhbətimiz oldu. Bildirdi ki, yaxın vaxtlarda bank təminatını AFFA-ya təqdim edəcəklər. Bu proseduru da yerinə yetirsələr, məncə, aşağı dəstədə çıxış edə bilərlər. Çünki Sumqayıt klubunun nəzdində həm müxtəlif yaş qrupları üzrə komandalar, həm də qız kollektivi var”.
Vasif Maşayev (Uğur”un prezidenti): “Ardıcıl iki il Region Liqasının qalibi olduğumuza görə çox sevinirik. Mövsümün əvvəlində bilirdik ki, ötən illə müqayisədə bu dəfə bizi çətin mövsüm gözləyir. Çünki liqada çıxış edən komandaların hamısı heyəti gücləndirmək üçün addım atmışdılar. Biz də işimizi bunun üzərində qurduq. Şükürlər olsun ki, sonda yenə çempion olmağı bacardıq. Zirvəyə qalxmaq asandı, nəinki orda qalmaq. Biz isə bu uşaqların sayəsində bunu bacardıq. İndi qarşımıza məqsəd qoymuşuq ki, divizonda çıxış edək. Artıq iki ildi Region Liqasında çıxış edirik. Böyümək vaxtıdı. Bunun üçün əməli addımları artıq indidən atmağa başlamışıq. Bizi bir qədər sıxan bank təminatı idi. Bu problemi də həll etmək üzrəyik. Yaxın günlərdə lazım olan bank sənədini AFFA-ya təqdim edəcəyik. Gələcək fəaliyyətimizi hansı istiqamətdə quracağımız da bu proseslərdən asılı olacaq”.
Kamran Əlibabayev (“Şahdağ”ın baş məşqçisi): “Matçboyu üstün tərəf biz olduq. Sadəcə, yaxaladığımız qol şanslarından yararlana bilmədik. İlham Allahverdiyev oynasaydı, hücumda çətinliklə üzləşməzdik. Lakin AFFA futbolçunun sənədinin Türkiyədən gəlmədiyini bildirib, meydana çıxmasına icazə vermədi. Ötən dəfə sizə dediyim kimi, divizionda oynamaq üçün elə də çətinliymiz yoxdu. Lazım olan sənədləri, o cümlədən bank təminatını bugünlərdə assosiasiyaya təqdim edəcəyik”.
Qəzənfər Abbasov (“Uğur”un baş məşqçisi): “Bu çempionluğu şəhərimizin 70 illiyinə hədiyyə edirik. Növbəti dəfə kuboku başımız üzərinə qaldırmaq üçün çox əziyyət çəkdik. Və bunun da qarşılığını finalda qalib gəlməklə gördük. Bütün futbolçularıma, texniki personala, klub prezidentinə təşəkkür etmək istəyirəm. Hamı kimi biz də böyümək, özümüzü peşəkar çempionatda görmək istəyirik. Məncə, hamı görür ki, “Uğur” artıq bunun üçün yetişib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar