14 may 14:02olke

“Bakcell Arena”da unudulmaz gün

“Bakcell Arena”da unudulmaz gün
Hələ oyundan bir neçə gün əvvəldən iki komandanın azarkeşləri arasında elə “atışmalar”a şahidlik edirdik ki, adam matçdan sonra stadiondan kimlərinsə sağ çıxacağına şübhə edirdi. Hər kəsin diqqət mərkəzində olan qarşılaşma qan-qadasız başa çatdı. Buna baxmayaraq, meydandakı gərginlik zirvə həddinə çatmışdı. Oyundan əvvəl, sonra, hətta gedişində bir çox maraqlı hadisələrə tamaşa etmək imkanımız oldu ki, onları sizinlə bölüşməsək, olmaz.
Xidməti və mülki geyimli polislər
Görüşün hansı prinsipial əhəmiyyət daşıdığını güc strukturları yaxşı bilirdi. Daha doğrusu, onlara bu haqda əvvəldən xəbər verilmişdi. Matç günü ölkə başçısının qızı Leyla Əliyeva yaxınlıqdakı ərazidə görülən abadlıq işlərinə baxmaq üçün gələcəkdi ki, artıq səhər saatlarından təkcə Nizami rayonunun yox, başqa rayonların polisləri və yüksək rütbəli zabitləri də adı çəkilən rayonda cəmlənmişdi. Leyla xanımın gəlişi oyun saatına qədər yubandığından, “Bakcell Arena”da asayişin necə təmin olunacağı sual doğururdu. Arenaya yaxınlaşanda bu yöndə hansısa problemə rast gəlinməyəcəyinə əmin oldum. Xeyli sayda polis çavuşu və onların komandirləri iş başındaydı. Biranlıq “olmaya ölkənin yarısı polisdi” sualı ağlıma gəldi. Amma heç də hamısı xidməti geyimdə deyildi. Şəxsən bir neçə mülki geyimli orqan işçisi ilə rastlaşdım ki, baxışları və hərəkətləri, istəməsələr də, kim olduqlarını bildirirdi. Deyilənə görə, xidməti geyimli polislərdən başqa 120-yə yaxın mülki geyimli “poqonlu” iş başındaydı. Təki azarkeşlər arasında iğtişaş yaşanmasın.
Klub rəsmilərinin müdaxiləsi
Stadiona daxil olmaq müşkülə çevrilmişdi. Hələ matçdan 1-1,5 saat əvvəl “Bakcell Arena”nın yolunu tutan fanatlar giriş qapıları önündə toplaşsalar da, içəri daxil olmaları mümkün deyildi. Azarkeşlər bir-bir, həm də çox ciddi şəkildə yoxlamadan keçir, səs-küy qaldırmalarına imkan verilmirdi. Yoxlamanın nəticəsiydi ki, oyuna 10 dəqiqə qalmışa qədər qapılar qarşısında böyük kütləni görmək olardı. Taxta ilə əlaqəli olan hər şey – bayraqlar, baraban və çubuqların içəri keçirilməsi qadağan olunmuşdu. Bununla bağlı azarkeşlərlə polislər arasında mübahisə düşsə də, klub rəsmilərinin müdaxiləsi sayəsində söhbət yoluna qoyuldu. Yəni barabanların tribunaya keçirilməsi qadağası aradan qaldırıldı. Amma bir şərtlə: alətlər polisin nəzarətində olacaq. Təbii ki, mümkün münaqişə zamanı kimlərinsə xəsarət almaması üçün qabaqlayıcı təhlükəsizlik tədbiri idi.
“Forza Neftçi” gec gəldi
Sevimli komandalarının çempion ola bilməməsinə görə özündən çıxan “Forza Neftçi”lilərin oyunda iştirakı sual altında olsa da, növbəti dəfə meydanda top dalınca qaçanları tək qoymamaqla dəstək nümayiş etdirdilər. Oyunboyu “Neftçi”nin şəninə bəstələr oxuyur, müxtəlif şüarlarla qələbəyə səsləyidilər. Düzdü, futbolçulara istilik nümayiş etdirmədilər. Yəni əvvəlki oyunlarla müqayisədə nə xüsusi şəkildə kiminsə ad-soyadını səsləndirdilər, nə də qol vuranları yada saldılar. Sırf “Neftçi”yə dəstək olmaq üçün gəlmişdilər. Lakin gözümüzdən qaçmayan bir epizod oldu. Futbolçular hakimlərlə birgə meydana ayaq basanda “forzalılar” yerində deyildilər. Sonradan yer alacaqları tribuna, demək olar, boş qalmışdı. Odu ki, Kamal Umudlunun start fiti zamanı yalnız “Qarabağ”lıların səsi eşidildi. Sonradan tədricən yerlərini tutsalar da, Dabonun qaçırdığı penaltini görməyənlərin sayı çox idi. Mahir hesabı açanda isə artıq hamı yerini tutmuşdu.
Öz aramızdı, candan şirin nə var?
Azarkeş demişkən, az öncə vurğuladığım kimi, hansısa münaqişənin baş qaldıracağı gözlənilsə də, oyun başladığı kimi bitdi. Bunda iki komandanın azarkeşlərinin bir-birinə loyal münasibət bəsləməsinin rolu da az olmadı. Daim alışdığımız söyüşlər eşidilmir, atmacalardan bacardıqca uzaq durmağa çalışırdılar. Yalnız bir neçə dəfə “Neftçi” Baku, ha, ha, ha” şüarını eşitdik ki, qarşı tərəfdən buna cavab gəlməyincə, ara sakitləşdi. Belə başa düşmək olardı ki, hər iki klubun rəhbərliyi fanatlarına təhqir və söyüşlərdən uzaq durmağı tapşırıb. Başqa cür olsaydı, yüksək vəzifəli orqan işçiləri özünü apara bilməyənlərə “əxlaq dərsi verməyi” tapşıracaqdı. Öz aramızdı, candan şirin nə var?
Kapitana nə olmuşdu?
“Qarabağ” uduzsa belə, çempionluq kubokuna sahib olacaqdı. Amma yenə də əsas istəkləri “Neftçi”ni udmaq idi. Bu istək kapitan Rəşad Sadıqovda daha çox özünü göstərirdi. Narazılıq dalğası qonaqların qapısına təyin olunan penaltidən başladı. “14 nömrə” öncə hakimə etiraz etdi, qərarın verildiyini düşünəndən sonra hirsini Miçelə tökdü. Həmin gün meydanda ən “zəif bənd” olan ispan günahını susmaqla etiraf etdi. İkinci penalti də sıradan olmadı. Rəşad bu dəfə öncə laysmana tərəf qaçdı, ona etiraz bildirəndən sonra Umudlu ilə haqq-hesab çürütmək qərarına gəldi. Hadisənin kuliminasiya nöqtəsi isə hissənin sonlarında yaşanan epizod idi. Geryenin qolunun qeydə alınmadığını görən Sadıqov bu dəfə “partladı”. Üzünü “Neftçi”nin ehtiyat oyunçular skamyasına, bir az da mərkəzi tribunaya tərəf tutub əl çaldı, ardınca baş barmaqları ilə “əla” jestini etdi. Kapitan növbəti dəfə mükafatlandırma mərasimində diqqətləri üzərinə çəkdi. Platellas nə demiş, nə jest etmişdisə, Sadıqov sakitləşmək bilmirdi. Rəqibin üstünə gedən “Qarabağ”lını “Neftçi”nin prezidenti Kamran Quliyev güclə sakitləşdirdi.
Bir-birini görən gözləri yox idi
Bu və digər qapılara qollar vurulduqca, yəni komandalardan biri məğlub duruma düşdükcə, əsəblər tarıma çəkilirdi. Və bu cür anlarda rəqiblər arasında müəyyən “atışmaları” görməmək mümkün deyildi. Məsələn, ilk yarının gedişində Miçellə Tural kəllə-kəlləyə gəlməyə imkan tapdı. Çılğın ispan nə demişdisə, Axundov sakitləşmək bilmirdi. Çox keçmədi ki, bu dəfə başqa bir ispanın – Daninin sözü Antonla çəp gəldi. Qarşılıqlı təhqirlərə yol versələr də, baş hakimlə komanda yoldaşları aranı sakitləşdirməyi bacardılar. Ən maraqlısı isə Rəşadla Bordinin “atışmasıydı”. Bir-birinə “ürək sözlərini” uzaq məsafədən çatdıran kapitanla baş məşqçi fasiləyə yollananda bir araya gəldilər. Daha doğrusu, italyan mütəxəssis Sadıqova yaxınlaşıb əlini sıxdı, daha sonra danışa-danışa paltardəyişmə otağına yollandılar. Hə, matçın sonlarına yaxın Gerye ilə Platellas arasında yaşanan gərginliyi də yada sala bilərik. Qaradərili bir neçə epizodda cinahdakı rəqibini yerə sərsə də, “Neftçi”nin yunanı sonda dözməyib etirazını kobud formada bildirdi. Sadəcə, Gerye polemikaya girmədi ki, ara qızışmasın.
Aqolli ilə Gözəlin gözlənilməz Bakı səfəri
9 il “Qarabağ” formasını geyən Ansi Aqolli hələ ABŞ-a yollanmamış qəzetimizə verdiyi müsahibədə ağdamlılar çempion olacağı təqdirdə Bakıya səfər edə biləcəyini dilə gətirmişdi. Alban futbolçu sözünün üstündə durmaqla ölkəmizə və “Qarabağ”a nə qədər bağlı olduğunu göstərmiş oldu. Matçı klub rəhbərliyi ilə birgə “skay-boks”da izləyən müdafiəçi oyunboyu bir neçə dəfə azarkeşlərin “Ansi, qaqa” səsini eşitməli oldu. Oyun başa çatandan sonra isə meydana çıxdı. Onu sevən azarkeşlərə tərəf gedincə, komanda yoldaşları Aqollini qucaqlarına alıb, bir neçə dəfə atıb-tutdular. Və ən maraqlısı çempionluq kuboku təqdim olunan vaxt səhnəyə kapitan Sadıqovla birgə Aqollinin çıxmasıydı. Kuboku da məhz ikisi qaldırdı. Albanın Bakıya səfəri nə kuboka görəydi, nə də medala. Sadəcə, əlamətdar gündə komanda yoldaşlarının yanında olmaq üçün okeanın o tayından Azərbaycana səfər etməyi özünə borc saymışdı. Yeri gəlmişkən, “Qarabağ”ın İsveçrədə yaşayan vitse-prezidenti Tahir Gözəl də məlum sevinci kollektivlə birgə yaşamaq üçün Bakıya səfər etmişdi.
“Qarabağ”ın çempionluğuna nə “forzalılar” baxdı...
Keçək günün ən maraqlı hissəsinə - mükafatlandırma mərasiminə. PFL bu dəfə də təşkilatçılığı ilə diqqəti çəkməyi bacarmışdı. Meydanın mərkəzində xüsusi səhnə hazırlanmış, futbolçuların tərinin daha gözəl görünməsi üçün iki model xanım dəvət olunmuş, atəşfəşanlıq təşkil olunmuşdu. Medalları təqdim edənlər isə görməyə alışdığımız “üçlük” idi: Rövnəq Abdullayev, Elxan Məmmədov və Ramin Musayev.
Buna qədər “Qarabağ”ın futbolçuları azarkeşləri ilə çempionluğun dadını çıxarmağa imkan tapmışdı. Rəqib meydanında – “Bakcell Arena”nın qazonunda bir-birinə sarılan futbolçular sevinclərini tribunadakı 1000-dən artıq azarkeşlə bölüşürdü. Çempionluq şüarları, bəstələr və atmacalar. Bu anda tribunalarda nə “Forza Neftçi”nin üzvləri qalmışdı, nə də “Neftçimaniya”nın. Çünki Kamal 90 dəqiqənin bitdiyini bildirən fitini səsləndirən kimi bakılı fanatlar yerlərini boşaltmışdı.
...nə də “Neftçi”
Təkcə qızıl və gümüş yox, bürünc medalların verilməsi də nəzərdə tutulduğundan, “Səbail”lilər “Keşlə”ylə oyunu başa vuran kimi “Bakcell Arena”ya təşrif buyurmuşdu. Lakin onlar tək deyildi. Azarkeşləri, yəni “dənizçilər”in üzvləri də stadiondaydı. Fasilədə tribunadakı yerlərini tutan fanatların səsi komanda üzvləri medallara qovuşandan sonra daha gur eşidilməyə başladı. Maraqlıdı ki, “Səbail”lilər ənamlarına qovuşandan sonra meydanı tərk etmədilər. Kollektiv halda kənarda toplaşıb həm “Neftçi”li, həm də “Qarabağ”lı həmkarlarının sevinclərinə şahidlik etmək qərarına gəlmişdilər. Təbii, “Neftçi”lilər “gümüş”ə görə sevincli görünmürdülər. Elə buna görə də medalları alan kimi kefsiz halda paltardəyişmə otağının yolunu tutdular. Başqa cür desək, azarkeşləri kimi onlar da “Qarabağ”ın çempionluq sevincini görmək istəmədilər.
Mahirdən atasına növbəti gözdağı
Ən çox sevinən Mahir Mədətov idi desək, yanılmarıq. Onun üçün ikiqat bayram idi. Həm kuboka qovuşurdu, həm də bombardirlik yarışında hamını qabaqladığı üçün nəzərdə tutulan xüsusi mükafata. Təbdirin aparıcısı Sənan Şəfizadə Mahiri təqdim etmək üçün xeyli əziyyət çəkməli oldu. Mədətov soyadı ilə tanıdığımız futbolçu şəxsiyyət vəsiqəsində soyadını “Əmrəli”yə dəyişdiyindən, Sənan çaş-baş qalırdı. Belədə çıxış yolunu Mahirin adını çəkəndən sonra hər iki soyadı səsləndirməkdə tapırdı. Çünki matçın protokolunda Mahir Mədətov kimi göstərilmişdi.
Yeri gəlmişkən, “11 nömrə” ata soyadından imtina etdiyini növbəti dəfə, həm də aşkar formada göstərdi. Qol vurandan sonra əlləri ilə kürəyini, yəni orda yazılan “Mədətov”u göstərib, “yox” işarəsini verdi ki, azarkeşlər onun bu addımını alqışla qarşıladılar. Amma kənardan heç də xoş görünmürdü. Hər kim olsa da, atadı. Məsələni bu qədər şişirtmək isə heç də hamıya xoş görünmür.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar