14 may 13:48olke

Bu dəfə "məğlublar" sevindi, final 3-cü oyuna qaldı

Bu dəfə "məğlublar" sevindi, final 3-cü oyuna qaldı
Şənbə günü futzal üzrə yüksək liqanın pley-off mərhələsinin ikinci oyunları keçirildi. İlk mərhələdən fərqli bu dəfə günün ilk oyunu “Ekol”la “Araz” arasında baş tutdu. Bu dəfə də Emin Kürdov komandasına kömək edə bilmirdi. “Araz”da isə Xətai Bağırova İsa Atayev də qoşulmuşdu. Əvəzində Rizvan Fərzəliyev təxminən bir aylıq fasilədən sonra yaşıl meydana döndü. Yeri gəlmişkən, oyunu izləyənlər arasında AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov da yer almışdı.
İlk matçda məğlub olan “Araz” seriyanı növbəti görüşə daşımaq üçün mütləq qələbə qazanmaq istəyirdi. Elə ilk dəqiqlərdən fəal olan da Alesionun yetirmələri idi. “Araz” 7-ci dəqiqədə hesabı açdı. Neyməti “çərçivə”yə düşməklə komandasını ümidləndirdi. “Ekol” mübarizədən qopmadı. “Yaşıllar” hesabı bərabərləşdirmək üçün irəli atılsa da, Rövşən bir neçə epizodda səhvsiz oynamaqla hesabın dəyişməsinə imkan vermədi. “Araz”da isə Sadiqin zərbəsindən sonra Oktaya düşən topu sonuncu dirəyə tuşladı. Əldən verilən qarşılıqlı qol imkanlarından növbətisi, nəhayət, 19-cu dəqiqədə reallaşdırıldı. Nihadın paralel ötürməsini Əli qapıdan keçirdi. İranlı oyunçu fasilədə Fərid Ələkbərovla mübahisə etdiyinə görə sarı vərəqə almaqla da yadda qaldı. “Ekol”un oyunçusu da eyni aqibəti yaşatdı. Onu da qeyd edək ki, Ələkbərov ilk oyunda da sarı vərəqə alıb və növbəti matçda komandasına kömək edə bilməyəcək.
İkinci hissəyə “Ekol” fəal başladı. Künc nöqtəsindən hava ötürməsini Çovdarov dirəyə tuşladı. 23-cü dəqiqədə Rövşən növbəti dəfə Ramizin sevinməsinə mane oldu. “Araz”ın bu dəqiqələrdəki hücumları isə kəsərsiz alınırdı. Nəhayət, 26-cı dəqiqədə nominal qonaqlar varlığını hiss etdirdi. “Ekol” üstün tərəf olsa da, bunu tabloya daşıya bilmədi. Son 5 dəqiqədə isə “yaşıllar” qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu funksiyanı Radik Əhmədov yerinə yetirdi. Ancaq sona 3 dəqiqə qalmış Ramiz rəqibinə aşkar ayaq zərbəsi endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Azlıqda qalan “Ekol” tezliklə topu da qapısından çıxarmalı oldu. Beləliklə, ikinci oyunda 3:0 qələbə qazanan “Araz” duelin taleyini 3-cü oyuna daşıdı. Bu komandalardan hansının finala yüksələcəyi mayın 14-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşmadan sonra məlum olacaq.
İkinci oyunda da ilk təhlükəli vəziyyəti birinci matçda məğlub olmuş “Xəzər Cənub” yaratdı. İsaq Surqalının sağ cinahdan paralel ötürməsinə Şahab toxunsa da, top dirəyin dibindən meydanı tərk etdi. Əvəzində “Neftçi” hesabı açdı. Təcrübəli Borisov qolun müəllifi oldu. Lənkəran təmsilçisinin cavabı gecikmədi. Hakimin “avantaj”a buraxdığı epizodda Fərid tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq 5-ci dəqiqədə Həmid həmyerlisi Vahidin təxminən 15 metrlik məsafədən zərbəsinin qarşısını ala bilmədi. Beləliklə, “Neftçi” yenidən üstünlük qazandı – 1:2.
Növbəti qol iranlı futzalçıdan gəldi. Bu dəfə Qalapurun zərbəsi uzaq dirəyə dəyib toru silkələdi. Fərid 11-ci dəqiqədə bakılıların qapısına yol tapmaqla “Xəzər Cənub”u ilk dəfə hesabda önə keçirdi. Bundan sonra oyuna nəzarəti tam ələ alan lənkəranlılar üstünlüyünü fasiləyə qədər daha da möhkəmləndirdi. Şocayi və Surqalı hesabı 5:2-yə çatdırdılar. Bununla belə, Vahid son saniyələrdə dubl etməklə “Neftçi”ni ümidləndirdi. Ümumiyyətlə, fasiləyə qədər 8 qol vuruldu ki, “Xəzər Cənub” istirahətə 2 top üstünlüklə yollandı. Yeri gəlmişkən, Aura İdman Kompleksinin yetirmələrinin “Xəzər Cənub”u tribunadan fəal şəkildə dəstəklədiyini də vurğulayaq.
“Neftçi” ikinci hissənin əvvəlində qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, tezliklə bunun acısını yaşadı. Şahnazi və Pənahande hesab arasındakı fərqi 4 topa çatdırdı. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqləndi. Xocayevin qoluna Şebli cavab verdi – 8:4. Beləliklə, üstünlüyü əldən verməyən Lənkəran təmsilçisi inamlı qələbə qazandı. Nəticədə finalçının müəyyənləşməsi üçün daha bir oyunun keçirilməsi labüdləşdi.
Ekol – Araz 0:3 (0:2)
Ekol: 1. İntiqam Babayev, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 7. Ramiz Çovdarov, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev.
Məşqçi: Radik Əhmədov.
Araz: 12. Rövşən Hüseynli, 7. Əli Mikaili, 10. Nihad İsmayılov, 13. Hüseyn Seyidəbülfəz, 15. Məhəmmədtaha Neyməti; 1. Kamran Hacıyev, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 14. Məsud Nasirzadə, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: M.Neyməti, 7 (0:1). Ə.Mikaili, 19 (0:2). H.Seyidəbülfəz, 38 (0:3).
Vərəqələr: R.Çovdarov, 20. F.Ələkbərov (fasilədə). Ə.Mikaili (fasilədə). İ.Babayev, 26. M.Neyməti, 38 – sarı. R.Çovdarov, 38 – qırmızı.
Hakimlər: Mehman Mahmudov, Azər Əskərov, Kənan Məlikov.
11 may. Bakı İdman Sarayı.
İlk oyun - 6:4.

Xəzər Cənub – Neftçi 8:4 (5:3)
Xəzər Cənub: 24. Həmid Rəşidi, 9. Fərid Məzahiri, 11. Şahab Şahnazi, 13. Əmir Şocayi, 20. İsaq Surqalı; 1. Əli Xadimheydəri, 33. Rza Təbrizi, 7. Hadi Rizvan, 10. Mehdi Pənahande (k), 12. Rəşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Neftçi: 23. Elnur Zamanov (k), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 14. Vitali Borisov; 1. Seyidəhməd Yaqubi, 3. Salar Şahnazi, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Qollar: V.Borisov, 3 (0:1). F.Məzahiri, 4 (1:1). V.Şəfaye, 5 (1:2). R.Qalapur, 10 (2:2). F.Məzahiri, 11 (3:2). Ə.Şocayi, 19 (4:2). İ.Surqalı, 20 (5:2). V.Şəfaye, 20 (5:3). Ş.Şahnazi, 23 (6:3). M.Pənahande, 27 (7:3). V.Xocayev, 36 (7:4). B.Şebli, 37 (8:4).
Vərəqələr: V.Xocayev, 23. H.Rizvan, 29. S.Şahnazi, 30. S.Yaqubi, 37 – sarı.
Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Elmir Quluzadə.
11 may. Bakı İdman Sarayı.
İlk oyun - 3:4.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar