03 apr 14:13olke

Klubların sifariş etdikləri stadionların adı “Futbol+”də!

Klubların sifariş etdikləri stadionların adı “Futbol+”də!
Yalnız “Kəpəz” qərar verməyib

Mövsümün sonuna 5 tur qalmasına baxmayaraq, yalnız AZAL-ın bu yay ölkəmizi avrokuboklarda təmsil etməyəcəyi dəqiqləşib. Premyer-liqada mübarizə aparan 7 klubdan ikisi - “Qarabağ” və “Qəbələ”nin isə qitəmiqyaslı turnirlərdə iştirak edəcəyinə heç kim şübhə etmir. Sadəcə, “köhlən atlar”la “qırmızı-qaralar” öz aralarında kimin Çempionlar Liqasında, kimin Avroliqada çıxış edəcəyini müəyyənləşdirməlidi. Yerdə qalan 5 klub – “Kəpəz”, “Zirə”, “Sumqayıt”, “İnter” və “Neftçi” – hələ də iyunda Nyonda keçiriləcək püşkatma mərasiminə nümayəndəsini göndərmək şansını saxlayır.
Bəs görəsən, avrokuboklara vəsiqə qazanacaq təmsilçilərimiz beynəlxalq oyunları hansı arenalarda keçirəcək? Yeri gəlmişkən, ötən il bölgədəki stadionlar UEFA-nın tələblərinə cavab vermədiyindən “Qəbələ” və “Kəpəz” rəqiblərini paytaxtda qəbul edirdi. Son bir ildə bu yöndə müsbət dəyişikliklərin olub-olmadığını aydınlaşdırmağa çalışdıq.
“Qızıll dubl” etməyə yaxın olan “Qarabağ” qaçqın komanda statusu daşıdığından, bu yay da avrokuboklardakı ev qarşılaşmalarını Bakıda keçirəcək. Klubun mətbuat katibi Nurlan İbrahimovdan əldə etdiyimiz bilgiyə görə, “köhlən atlar” bu dəfə də Tofiq Bəhramov adına Respublika stadionunun xidmətindən yararlanacaq.
Çempionluğa və kuboku başı üzərinə qaldırmağa daha bir iddialı “Qəbələ” nin baş meneceri Zaur Əzizov qitə futbol qurumuna iki stadionun adını təqdim etdiklərini bildirdi. “Qırmızı-qaralar” bu yay rəqibləri həm Qəbələ şəhər stadionunda, həm də “Bakcell Arena”da qəbul etmək niyyətindədi. Zaur bəy onu da bildirdi ki, rəhbərlik təsnifar mərhələsinin ilk matçlarını doğma azarkeşləri önündə keçirmək istəyir. Bunun üçün mövsüm başa çatandan sonra Qəbələ stadionunda müəyyən işlərin görülməsi planlaşdırlır.
Əhalisinin sayı az qala yarım milyona yaxınlaşan, ölkənin üçüncü ən böyük şəhəri olan Sumqayıtın eyniadlı komandası da tarixində ilk dəfə ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil edə bilər. “Kimyaçılar”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın infrastrukturu beynəlxaq qarşılaşmaları qəbul etməyə imkan vermədiyindən “ağ-göylər” avrokuboklara vəsiqə qazanacağı halda Mərdəkandakı “Dalğa Arena”ya üz tutacaq. Bu haqda məlumatı klubun mətbuat katibi Rəşad Məmmədovdan aldıq.
Bu il 80 illik yubileyini qeyd edən, çempionluqdan əlini üzən, kubokda da işini çətinə salan “Neftçi” xoş təsadüf nəticəsində Avropa Liqasına vəsiqə qazansa, çempionat oyunlarında olduğu kimi, rəqiblərini “Bakcell Arena”da qəbul edəcək. “Ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov beynəlxalq görüşlər üçün adı “8-ci km stadionu” kimi qeyd olunan arenanı sifariş etdiklərini söylədi.
Son illər ölkəmizi müntəzəm avrokuboklarda təmsil edən “İnter”in mətbuat katibi Səbuhi Məmmədov da beynəlxalq oyunlar üçün “ağ-göylər”in “Dalğa Arena”nı sifariş etdiklərini vurğuladı. Səbuhi bəy bunu “İnter Arena”nın süni örtüyünün keyfiyyətini itirməsi ilə əlaqələndirdi.
Ötən il premyer-liqada debüt etməsinə baxmayaraq, gümüş medallara sahib çıxan, ancaq bəlli səbəblərdən qitəmiqyaslı turnirlərə qatıla bilməyən “Zirə”nin bu yay Avropa Liqasında çıxışına icazə verildiyini ötən sayımızda xəbər vermişdik. Bununla bağlı AFFA-nın Lisenziyalaşdırma qrupu bəyanat da yayıb. Bu il qarşısında “yaşıl işıq” görən “qartallar”, heç şübhəsiz, Avropada debüt etməli olsa, Zirə İdman Kompleksinin stadionundan istifadə etməyəcək. Bakıətrafı qəsəbənin arenası bunun üçün əlverişli deyil. “Qartallar”ın mətbuat katibi Elman Himayətoğlu avrokuboklara vəsiqə qazanacaqları halda qonaqları “Dalğa Arena”da qəbul edəcəklərini bildirdi.
Ötən yay ölkəmizi beynəlxalq arenada təmsil edən “Kəpəz” Gəncə stadionunun durumunun qənaətbəxş olmaması səbəbindən “Dalğa Arena”nın xidmətinə ehtiyac duymuşdu. Geridə qalan bir ildə “sarı-göylər”in premyer-liqa matçlarını keçirdiyi stadionun durumunda dəyişiklik olmadığından, böyük ehtimalla, gəncəlilər yeni də paytaxta üz tutmalı olacaq. Ancaq klubun mətbuat katibi Azad Mustafayev bizimlə söhbətdə cari mövsüm üçün hansı arenanın sifariş olunacağına aydınlıq gəlmədiyini vurğuladı.
Açılqlamalardan da göründüyü kimi, bu yay avrokuboklarda iştirakı gözlənilən klublarımız ancaq paytaxtdakı arenaların xidmətindən yararlanmağı düşünür. Xüsusən “Dalğa Arena” peşəkarlıqdan dəm vuran klublarımızın son ümid yeridi. Sonra da futbol təsərrüfatına rəhbərlik edənlər futbolumuzun dayanmadan, böyük sürətlə, qarşısına keçən maneələri əzməklə inkişaf etdiyini söyləyir. Ötən əsrin 90-cı illərində də avrokubok təmsilçilərimiz paytaxta üz tuturdu, indi də. O illərdə çuvalımızı sudan “Tofiq Bəhramov” çıxarırdısa, indi deyəsən, bu missiyanı “Dalğa Arena” üzərinə götürüb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar