14 may 13:34olke

Valideyn “Səbail”in məşqçisindən “Futbol+”ə şikayət etdi

Valideyn “Səbail”in məşqçisindən “Futbol+”ə şikayət etdi
“7 saylı Vərəm Dispanserində qeydiyyatda olan birinin məşqçi işləməsi nə dərəcədə düzdü?”
Vaxtaşırı “Futbol+” olaraq, uşaq futbolunda yaşanan problemləri qabardır, çatışmazlıqları işıqlandırırıq. Bəlkə də bu səbəbdəndi ki, övladı futbolla məşğul olan və haaqsızlığa məruz qalan valideynlər üzləşdikləri xoşagəlməz durumla bağlı şikayətlərini məhz qəzetmizə bildirməyə çalışırlar. Dünən redaksiyamıza təşrif buyuran Rövşən Məmmədov da belələrindəndi.
Oğlu, “Səbail”in 2005-ci il doğumlu futbolçulardan ibarət komandasında çıxış edən İsmayıl İsmayıllının məşqçi tərəfindən haqsızlığa məruz qaldığını bildirən Rövşən bəyi dinləyək: “5 ildi oğlum İsmayıl Fərid Namazovun rəhbərliyi altında məşq edir. Geridə qalan illərdə Fərid müəllim daim ona güvənib. Əsas heyətdə oynamaq şansı yaradıb. İsmayıl da bunun qarşılığını artıqlaması ilə verib. Ancaq hansısa səbəbdən Namazov bu ildən etibarən övladıma meydana çıxmaq şansı yaratmır. Səbəbini də soruşanda “uşağın zəifləyib” deyir. Birincisi, bir valideyn kimi bilirəm ki, İsmayıl bu gün “Səbail”in heyətində daim çıxış edən uşaqların heç birindən zəif deyil. Lap belədisə, günah kimdədi? Təbii ki, baş məşqçidə. Son günlər bilmişəm ki, Fərid müəllim vərəm dispanserində qeydiyyatdadı. O “Vətən” Futbol Məktəbində, eləcə də “Leon”da işlədiyi dönəmdə də vaxtaşırı bu xəstəlikdən müalicə alıb. Futbol oynadığı dönəmdə də “Bakılı”dan buna görə uzaqlaşdırılıb. 7 saylı Vərəm Dispanserində qeydiyyatda olan birinin məşqçi işləməsi nə dərəcədə düzdü? Hamı bilir ki, vərəm yoluxucu xəstəlikdi və istənilən vaxt uşaqlara da keçə bilər. Mən bilmirəm, “Səbail”in rəhbərliyi hara baxır, niyə belə xoşagəlməz duruma şərait yaradırlar? Fikrimcə, rəsmilərin bundan xəbəri olsa, Namazovu klubdan uzaqlaşdırarlar. Dəfələrlə məsələ ilə bağlı AFFA-ya müraciət etmişəm, klub rəhbərliyi ilə görüşmək istəmişəm. Ancaq heç kim məni qəbul etməyib. “Səbail”in icraçı direktoru Ramin Həsənova görüşmək istəyimlə bağlı mesaj göndərmişəm. Lakin istəyimə müsbət cavab gəlməyib. Onu da bildirim ki, Fərid Namazovun fəaliyyətindən narazı qalan tək mən deyiləm. O atdığı addımlarla əksər valideynləri klubdan küsdürür. Onun əsas işi uşaqları “sındırmaqdı”. Kimin pulu, vəzifəsi, bahalı maşını var, həmin şəxslərin uşaqları daim heyətdə oynayırlar. Mənim kimi kasıbların övladları isə kənarda qalır. Uşaqlara qarşı belə haqsızlıq etmək olmaz. Başqa klublarda heyətə düşməyənlər “Səbail”ə gələndən sonra Fərid müəllim tərəfindən daim oynamaq şansı qazanırlar. Çox qəribədi ki, Namazovun “Səbail”də oynatmağa imkan vermədiyi uşaqlar başqa klublara üz tutunca əsas heyət üzvü olurlar, komandanın liderlərinə çevrilirlər. Belə nüminələr yetərincədi. Hazırda “Zirə”də, “Keşlə”də Namazovun üzündən “Səbail”i tərk edən yetərincə uşaq var. Yaxşı olardı ki, klub rəhbərliyi bu faktları araşdırıb, məsələyə ciddi diqqət ayıraydı. Fərid müəllimlə dəfələrlə bu barədə mən və başqa valideynlər söhbət etmişik. Hətta bir dəfə Cahangir Həsənzadənin iştirakı ilə iclas da keçirildi. Təəssüf ki, toplantının heç bir faydası olmadı. Cahangir müəllim bizimlə görüşdə məsələni araşdıracağını bildirsə də, heç nə dəyişmədi. Ən pisi odu ki, sözügedən toplantıdan sonra Fərid müəllim, ümumiyyətlə, şikayət edən valideynlərin uşaqlarını meydana buraxmadı. Bununla da bildirdi ki, klubda heç kimi saymır. Nə rəhbərlikdən çəkinir, nə də bir başqasından. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. İndi siz mənə deyin görüm, uşaq futboluna belə yanaşma ilə hansı inkişafdan danışmaq olar? Niyə hər şey maddi maraq üzərində qurulmalıdı? Bir məşqçinin 13 yaşda uşaqla prinsip aparması nə dərəcədə düzdü? İsmayılı bu yaş qrupunda çalışan bütün məşqçilər tanıyır. Dəfələrlə başqa klublardan təklif almışıq. Hətta uşaq futbolunda ilk pillədə olan “Qəbələ” Futbol Akademiyasından da təklif gəlmişdi. Ancaq nə oğlum klubunu dəyişməyə razı oldu, nə də mən valideyn kimi onun “Səbail”dən getməsini istədim. Sonu da belə oldu. Artıq uşağı “Səbail”dən çıxarmışam. Ancaq istəyirəm ki, klub rəhbərliyi, futbol ictimaiyyəti “Səbail”də yaşananlardan xəbərdar olsun”.
Rövşən bəyin şikayətini dinlədikdən sonra “Səbail”in İdarə Heyətində təmsil olunmaqla yanaşı, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri olan Cahangir Həsənzadə ilə əlaqə saxladıq. Cahangir bəy ölkə xaricində olmasına baxmayaraq, valideynin şikayətinə münasibət bildirdi: “Fərid Namazov “Səbail”dən öncə “Vətən” Futbol Məktəbi və “Leon”da çalışıb. “Səbail”ə gələndə isə hamı kimi ondan da sağlamlıq haqda arayış tələb olunub və o da sənədi təqdim edib. Bizə verilən həkim arayışında Namazovun vərəm dispanserində qeydiyyatda olması barədə məlumat yoxdu. Bundan başqa, Fərid müəllim B lisenziyasına malik məşqçidi və kurslara qatılanda da həkimdən arayış təqdim edib. Valideynin şikayətinə gəlincə, məsələni diqqətdə saxlayıb, bütün qaranlıq məqamlara ayadınlıq gətirəcəyik. Söylənilənlər təsdiqini taparsa, günahkarlar layiqli cəzasını alacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar